“Bəşəriyyətə qarşı cinayətdə İran rejimi ittiham olunur.”

Beynəlxalq Tribunalın yenicə açıqlanmış hökmündə 1979-cu il İran İslam İnqilabından bəri hakimiyyətdə olan rejim bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub. Ötən oktyabr ayında Haaqanın Sülh Sarayında keçirilmiş İran Tribunalının hökmü bu həftəsonu elan edilib.  İran hökumətinin opponentləri bildirirlər ki, belə bir hökm İslam Respublikasını 1980-ci illərdə törədilmiş kütləvi qətllərə görə hüquqi baxımdam məsul edir.  Hüquqşünaslar deyirlər ki, bu qərar, Beynəlxalq Cinayətlər Məhkəməsinin 2002-ci il tarixli Roma Qanununa əsasən bütöv bir ölkənin beynəlxalq qanunları pozması barədə hökm çıxarılması kimi presedent yaradır.
Tribunalın qərarında deyilir: “dinləmələrdə verilmiş ifadələr belə bir faktı isbat edir ki, cinayətlər ali dini rəhbərdən tutmuş həbsxanalarda edamları icra edənlərədək İran Respublikasının agentləri tərəfindən, beynəlxalq qanunlara zidd olaraq törədilmişdir”.  İran Tribunalının ittihamçıları Tehranı “insan haqlarının nəhəng miqyaslarda pozulmasında” günahlandırmışlar.

BİR FİTVANIN MİNLƏRLƏ QURBANI
Buraya 1988-ci ildə 5 min, 1981-1984-cü illərdə 12 min siyasi məhbusun edamı, fiziki və psixoloji işgəncələr, siyasi dissidentlərin, etnik və dini azlıqların təqibi, azadlıqdan məhkəməsiz məhrumetmələr, tələm-tələsik qondarma məhkəmələr, qəddar, qeyri-insanı və alçaldıcı rəftar daxildir.

Tribunalın hökmündə deyilir ki, pozuntular dövlət rəsmiləri, hakimlər, prokurorlar, həbsxana rəsmiləri, işgəncə verənlər və dindirənlər tərəfindən dövlət idarələrinin divarları arasında və dövlət rəsmilərinin birbaşa göstərişləri əsasında icra edilmişdir.
Tribunalın hökmündə bir məqam maraqlıdır ki, insan haqlarının pozulması yeganə mərkəz – hakimiyyət tərəfindən törədilib və bu, bütöv bir ölkəni – İranı məsul etmək imkanı yaradır.
İran Tribunalının sənədlərində deyilir ki, minlərlə siyasi məhbus ali dini rəhbər Ayətullah Xomeini-nin fitvası əsasında icra edilmişdir.
Şahidlər Tribunala onlara qarşı törədilmiş işgəncələr və təqiblıər haqqında təfərrüatlı məlumat vermişlər.
Bu məlumatlardan bəlli olur ki, 1980-ci ildə və 1988-ci ilin yaylında Xomeini-nin fitvası ilə minlərlə adam ucdantutma edam edilmişdir.
Şahidlər həmçinin İran həbsxanalarındakı ölüm dəhlizlərindən, bir neçə dəqiqə çəkən qondarma məhkəmələrdən və psixoloji işgəncə növü olan “məsxərə edamlar”dan danışmışlar.
Məhkəmə dinləməsini beynəlxalq insan haqları üzrə təcrübəli hakimlər aparıblar.
İran hökuməti bu məhkəmədə iştirak etməkdən boyun qaçırıb. İranda etiraz aksiyası – 1989 Ekspertlər deyirlər ki, bu, hazırda hakimiyyətdə olan rejim barədə çıxarılan ilk belə hökmdür.

“İSLAM SREBRENNİTSASI”
Əlavə məlumat üçün deyək ki, sözügedən Tribunal vaxtilə Bertrand Russel və Jean-Paul Sartre-ın təşəbbüsü ilə Amerikanın Vyetnamdakı hərbi cinayətlərini araşdırıb.
“The İndependent” qəzeti yazır ki, İran barəsində keçirilmiş məhkəmə əsnasında isə İslam rejimini “İranın Srebrennitsası” adlandırıblar.
Bu Bosniya şəhərində Bosniya serb qüvvələrinin komandanı Ratko Mladic müsəlmanlara qarşı qətliyamlar törətmişdi.
İranda isə bunu müsəlmanlar müsəlmanlara ediblər.
Tribunalın britaniyalı hakimi, Tribunal Baş Komitəsinin üzvü lord Geoffrey Nice “The İndependent” qəzetinə bildirib ki, dünyada bir neçə belə tribunal məhkəmələri gedir, lakin İrana aid məhkəmə fərqlidir. Bu mühakimənin nəticələrini rejimin qurbanları, məsələn, Avropada mühacirətdə olan İranlılar görəcəklər.
Hakim bildirib ki, tribunalda çox sayda İranlı siyasi mühacirin ifadələri dinlənilib.
Qəzet yazır ki, İranda ilk kütləvi edamlar artıq 1981-ci ildə geniş vüsət alıb. Ayətüllah Khomeini onunla birlikdə şah rejimini yıxmış solçuları edam edirdi.

BAKİRƏLƏRİN EDAMI
Hazırda Toronto Universitetində siyasi fəlsəfədən dərs deyən xanım Şekoufeh Sakhi ifadə verərkən ona qarşı tətbiq olunmuş işgəncə növündən danışıb.
İran həbsxanalarında bu işgəncə metoduna “tabut” deyirdilər.
Məhbusları doğrudan da tabuta bənzər dar qutulara yerləşdirir, saatlarla bu vəziyyətdə saxlayırdılar. Kiçicik bir hərəkət, məsələn, öskürmək daha ağır işgəncələrə səbəb olurdu.
Məhbusun “tabut”da olduğu müddətdə səsucaldanlar ona İslam dəyərləri və şəriət qanunları barədə “dərs” verirdilər.
Aylarla davam edən belə işgəncələr, məhbusarın beynini bütün zərərli ideyalardan “yuyub təmizləməli” idi.
Edamqabağı zorlamalar prosedur halını almışdı. Məsələn şəriət qanunları bakirələrin edamına icazə vermirdi. Onda həbsxana baxıcıları və cəlladlar edam qarşısında son maneəni özləri aradan qaldırıdılar.
Lord Geoffrey Nice bildirib ki, Avropa məhkəməsi öz işini gördü. İndi öz xüsusi komissiyasını yaratmaq növbəsi BMT-dədir.

“Azadliq Radiosu”

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER