Sabah Azərbaycanın parçalanmasının 185-ci ildönümüdür

GÜNEYLƏ BAĞLI İMZA KAMPANİYASI BAŞA ÇATDISabah Azərbaycanın parçalanmasının 185-ci ildönümüdür

ABŞ Konqresində Güney Azərbaycan türklərinin məruz qaldığı insani və milli təzyiqlərin müzakirəyə çıxarılması üçün başlanan imzatoplama kampaniyası uğurla başa çatıb. ANS PRESS-in məlumatına görə, tələb olunan 25 min imza artıqlaması ilə toplanıb. Amerikada yaşayan soydaşlarımızın ABŞ Konqresinə etdiyi müraciətin dəyərləndirilməsi üçün Ağ Evin internet saytında imza kampaniyasına start verilmişdi.

25 min imzanın toplanacağı təqdirdə müraciətə ABŞ Konqresində baxılmalı idi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın böyük dəstəyi ilə bir qədər əvvəl müraciəti imzalayanların sayı 25 mini ötüb. Qeyd edək ki, imzatoplama kampaniyası fevralın 12-dək elan olunsa da, vaxtından əvvəl yekunlaşıb. Azərbaycan türkləri bu kampaniyanı Barak Obama administrasiyasına İranda yaşayan azərbaycanlıların fundamental insan haqlarının pozulmasını tanımaq üçün başlatmışdılar. Sənəddə qeyd edilir ki, İran adlanan ölkədə yaşayan azərbaycanlılara öz ana dillərində təhsil almağa, müstəqil media orqanları qurmağa, öz mədəniyyətlərindən azad şəkildə faydalanmağa imkan vermir: “Bu hüquqları tələb edən milli-mədəni fəallar oğurlanır, həbsxanalardan işgəncələrə məruz qalır, hətta qətlə yetirilirlər”. Müraciətə imza atanlar Obama administrasiyasından xahiş edirlər ki, azərbaycanlıların üzləşdikləri bu problemləri də İran adlanan yerlə bağlı müzakirələrdə qaldırsın.

Bəzi ekspertlər Güney Azərbaycanda və İranın müxtəlif şəhərlərində yaşayan 35 milyon azərbaycanlının məsələsinin ABŞ Konqresində müzakirəyə çıxarılmasını ciddi məsələ sayır. Hesab olunur ki, İran ətrafında həlqənin daralmaqda olduğu bir zamanda milyonlarla azərbaycanlının təbii haqlarının tapdanmasının dünyanın supergücü tərəfindən etiraf olunması soydaşlarımızın faydasınadır. Bu, on illərdir hüquqları tapdanan, ana dilində təhsil belə ala bilməyən, fəalları zindanlara atılan cənublu qardaş və bacılarımızın taleyinə yaşıl işıq sala bilər. Eyni zamanda proseslərin Azərbaycanın bütövləşməsinə qədər davam edə biləcəyi barədə nikbin yanaşmalar da mövcuddur. Qeyd edək ki, fevralın 10-da ikinci Rusiya-İran müharibəsi nəticəsində Azərbaycanın bölüşdürülməsinin 185-ci ildönümü tamam olacaq. 1828-ci il 10 fevralda Rusiya ilə Egai arasında Türkmənçay kəndində bağlanan müqaviləyə görə, Azərbaycanın tarixi ərazilərinin Çar Rusiyası və İran arasında bölüşdürülməsinin birinci hissəsi rəsmiləşdirildi. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəfəkkiri A.A.Bakıxanov da iştirak etmişdi. Xalqımızın ürəyinə dağ çəkən həmin bədnam müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıb. Azərbaycanın Güneyindəki soydaşlarımız illərdir ki, haqları uğrunda mücadilədədir, şəhidlər verirlər, zindanlara düşürlər. Kim bilir, bəlkə elə ABŞ Konqresində müzakirəyə çıxarılacaq Güney Azərbaycan məsələsi 185 il öncəki qara ləkənin təmizlənməsi, xalqımızın qovuşması üçün ilk addım olacaq…

Cavid TURAN

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER