Fevralın 10-da ikinci Rusiya-İran müharibəsi zamanı Azərbaycanın parçalanmasından 185-il keçir.(VİDEO)

Birleshmish Azerbaycan

Son 185 il öncə  Azərbaycanın coğrafi məkanı.

Qeyd edək ki, fevralın 10-da ikinci Rusiya-İran müharibəsi nəticəsində Azərbaycanın bölüşdürülməsinin 185-ci ildönümü tamam olacaq. 1828-ci il 10 fevralda Rusiya ilə Egai arasında Türkmənçay kəndində bağlanan müqaviləyə görə, Azərbaycanın tarixi ərazilərinin Çar Rusiyası və İran arasında bölüşdürülməsinin birinci hissəsi rəsmiləşdirildi. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəfəkkiri A.A.Bakıxanov da iştirak etmişdi. Xalqımızın ürəyinə dağ çəkən həmin bədnam müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıb. Azərbaycanın Güneyindəki soydaşlarımız illərdir ki, haqları uğrunda mücadilədədir, şəhidlər verirlər, zindanlara düşürlər.

İran parlamentinin Urmiyadan olan millət vəkili Nadir Qazipur keçən aylarda  “Fars” xəbər agentliyinə müsahibəsində qeyd edib ki, əgər Azərbaycan sionistlərin yanında yer alaraq İran millətinə qarşı qəsdin iştirakçısı olarsa, onda Azərbaycan əsilli deputatlar Türkmənçay müqaviləsinə yenidən baxılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcəklər. Azərbaycan Respublikası bir neçə ildir müstəqilliyini qazanıb. Sənədlərə baxdıqda bu torpaqların İrana aid olduğu ortaya çıxır. İndiyə qədər Azərbaycanın müsəlman xalqının xətrinə susmuşuq” Bu açıqlamadan sonra İran İslam Respublikasının bir sıra dairələri tarixi təftiş etmək niyyətinə düşüblər. İran KİV-lərində  Tehrandakı Gülüstan Saray Muzeyində 1828-ci ildə çar Rusiyası ilə İran şahı arasında bağlanmış Türkmənçay sülh müqaviləsinin sonradan ləğv edilməsinə dair şok faktların təqdim olunacağı bildirilib. Məlumatda qeyd olunur ki, 1828-ci ildə bağlanmış bu müqavilə bir neçə ildən sonra dəyişdirilib. “Türkmənçay müqaviləsi Fətəli şahın zamanında İranla Rusiya arasındakı Azərbaycan və Cənubi Qafqazda aparılan müharibələrin yekununda imzalanıb. Bir neçə il ötdükdən sonra, yəni hicri-qəməri təqvimi ilə 1310-cu il zilhiccə ayının 23-də Nəsrəddin şahın terrora məruz qalmasından 3 il öncə İranın o zamankı şahı və çar 3-cü Aleksandr bir-birləri ilə müzakirə aparıblar, sonda yeni müqavilə ilə Türkmənçay müqaviləsinin bir çox bəndləri ləğv olunub”, Bununla da İran əlində guya Türkmənçay sülh müqaviləsinin ləğv olunmasına dair mühüm sənədin olduğunu göstərmək istəyir. Əslində isə bu demarşı son zamanlar Azərbaycan-İran arasında olan “soyuq müharibə” tendensiyasının bir detalı saymaq olar. İranın bir sıra dairələri xeyli zamandır ki, tarixi təftiş etmək eşqinə düşərək Azərbaycan torpaqlarının “ana İrandan” ayrı düşdüyü barədə səs-küy salırlar. Bu bəyanatın Türkmənçay müqaviləsinin 185-ci il dönümü zamanında elan edilməsi Azərbaycanı param-parça edən sülh müqaviləsinin erməni-rus oyunu olduğunu aşkara görə bilərik.

Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi – hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi əldən getmiş, Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra bu proses güclənmişdir.

XVIII-XIX əsrlərdə Xəzər regionu orta və yaxın Şərqdən gedən geosiyasi rəqabət arenasına çevirilir, və bu orbitə Türkiyə və İranla bərabər Rusiya, İngiltərə və Fransa cəlb olunmuşdur. Səfəvi dövlətinin zəifləməsi zamanı Xəzər regionunda hərbi-siyasi vəziyyətı gərginləşdirmiş, və bu da Türkiyə və Rusıyanın regionda möhkənmək istəyindən irəli gəlirdi.
Qara dənizə çıxışdan məhrum olan Rusiya Xəzər və Xəzəryani bölgənin üzərində öz hakimiyətini qurmaq və bütün Avropa-Asiya ticarətini Türk-Aralıq dənizindən Baltika-Volqa-Xəzər yoluna keçirmək arzusunda idi. Rusiyanın geosiyasi məqsədləri bu zaman I Pyotr tərəfindən dəqiq müəyyən olunmuşdur: “Bizim maraqlar heç bir dövlətin, hansı olursa olcun, Xəzər dənizində möhkəmlənməsinə yol vermir.”

Türkiyəyə isə rəsmi olaraq bildirilmişdir ki, Rusiya Xəzər sahillərinə heç bir ayrı dövləti və xüsusi olaraq Türkiyəni buraxmayacaq. Türkyə öz tərəfindən Rusiyanın Qara dənizə olan yolunu kəsərək Krım tatarlarının və özünün Qafqazda olan digər tərəfdarlarının köməyi ilə Volqa-Xəzər ticarət yolunu bağlamağa cəhd etmiş və bununla Rusiyanı Şərqi bazarlara çıxışdan məhrum etmişdir. Bu işdə o, Qərb ölkələrinin, və birinci növbədə İngiltərənin köməyinə arxalanırdı. İngiltərə öz növbəsində Rusiyanın Orta Asiyada mövqeinin möhkəmlənməsindən ehtiyat edərək bu regionda rus ekspansiyası ilə razılaşa bilməzdi. Lakin I Pyotr böyük quvvəsinə arxalanaraq öz rəqibini qabaqlamaqa nail olmuşdur və 1722-1723 illər ərzində Xəzər dənizinin qərb və cənub sahillərini işğal etmişdir.

 Qeyd edək ki, 1725-ci ildə yazılan, lakin 13 il sonra 1738-ci ildə elan I Pyotrun məşhur “Vəsiyyətnaməsi” Rusiya siyasətində maraqlı bir sənəd kimi diqqəti cəlb edir. Bu gün Rusiyada bu sənədin mövcudluğu inkar edilsə də “Vəsiyyətnamənin” mükəmməlliyi, deklarativ xarakteri, öz dövrü üçün dünya proseslərinə verdiyi siyasi traktovka Avropanın gələcək siyasi modelini formalaşdırmaq təklifləri və nəhayət böyük fatehlik iddiaları və s. belə bir “Vəsiyyətnamə”nin həqiqətən mövcud olduğunu sübut edir. Rus xalqına yazdığı “Vəsiyyətnamə”sində I Pyotr müqəddimə hissəsində yazırdı ki, “qoy mənim xalqım mənim bu vəsiyyətlərimə əməl etsin.”

“Vəsiyyətnamə”nin hazırda əldə olunan variantında xeyli təhriflər olmasına baxmayaraq məzmun etibarilə onun Türkləri məhv etmək üçün ilk öncə Qafqazı işğal etməyi vacib məsələ kimi rus xalqının qarşısında qoyur.   12 bənddən ibarət olan “Vəsiyyatnamə”-nin IX maddəsi Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, o zaman İran dedikdə burada Azərbaycan da nəzərdə tutulur. O vaxtkı Rusiya üçün “Azərbaycan” adlı coğrafi məkan mövcud olsada “Azərbaycan” adlı dövlət mövcud deyildi. Azərbaycan İranın tərkib hissəsi kimi qəbul edilirdi. Ona görə də I Pyotr “məxfi qalsın” qrifi altında vəsiyyət edirdi ki, “…siz vaxtı fövt etmədən Gürcüstanı və Qafqazı zəbt və işğal edib İranın daxili hakimlərini özünüzə xadim və müti ediniz”.

I Pyotr A.Rumyantsevə göndərdiyi məktubda yazırdı: “Erməni deputatları düşməndən qorunmaq xahişi ilə bizə sığınmışlar; əgər biz bunu etmək iqtidarında deyiliksə, onda bizim yeni ələ keçirdiyimiz İran əyalətlərində məskunlaşmağa icazə verək. Biz onlara…bizim Xəzərsahili əyalətlərimizdə məskunlaşmalarına icazə verdik və xatircəmlik fərmanı göndərdik. Əgər türklər bu barədə sizinlə danışsalar, onda cavab verin ki, biz erməniləri çağırmamışıq, amma onlarla həmməzhəb olduğumuzdan onları himayəyə götürməyi rica etdilər; biz, xristianlıq naminə xristian olan ermənilərə rədd cavabı verə bilməzdik…”

I Pyotrun hələ sağlığında müxtəlif dövlət adamlarına tapşırıqları da “Vəsiyyətnamə”nin ruhu ilə yaxından səsləşir. 1723-cü il iyul ayının 21-də rus general-mayoru Matyuşkin Bakı xanına təslim olmaq barədə ultimatum verdi. Rədd cavabı alan general Bakını 5 gün gecə-gündüz atəşə tutduqdan sonra iyulun 26-da şəhərə girdi. I Pyotr general-mayor Matyuşkinə tapşırıq vermişdi ki, “müsəlmanları ruslar tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarından köçürüb əvəzində orada rusları, erməniləri, yaxud digər xristian xalqlarından olan adamları yerləşdirsin”. I Pyotr özünün İstanbuldakı səfiri Rumyantsevə isə tapşırmışdı ki, “əgər Osmanlı Türkiyəsi də etiraz etməzsə, ruslar tərəfindən zəbt edilmiş ərazilərdə yaşayan müsəlmanlar Osmanlı Türklərinin ölkəsinə köçə bilərlər. Bu məqsədlə türklərə hər vasitə ilə yol tapmaq lazımdır”.

Bununla belə məhz bu dövrdən başlayaraq Rusiyanın bu regiondakı geosiyasi oyunlarında “xristian”, və xüsusən “erməni” amilləri mühüm rol oynamağa başladı. Lakin, I Pyotrun varislərinin fəal xarici siyasətdən, o cümlədən Xəzəryani vilayətlərə qarşı olan ekspansiyadan imtina etməsi və İranın Nadir şahın dövründə güclənməsi rus ordusunun 1735-ci ildə Bakı və Dərbəndi tərk etməsi ilə nəticələndi. 1775-ci ildə Quba xanı Fətəli xan II Yekaterinanın Dərbəndə göndərdiyi rus çinovnikləri Qaraqozov və Batıryevə bildirmişdi ki, Rusiya dövləti Azərbaycanın daxili işlərinə qarışmamalıdır. 1775-ci ilin əvvəlində II Yekaterina bir dəstə rus generalını öz sarayına dəvət edərək, Gürcüstanı və o vaxtlar mövcud olmayan Ermənistanı (Tarixi Azərbaycan torpaqlarını) müsəlman hökmdarlarının əlindən qoparmaq üçün xüsusi plan hazırlatdırmışdı. 1796-cı ildə Azərbaycana yürüş edərək 30 min nəfərlik ordu ilə Dərbənddən keçib Qubanı, Bakını, Salyan və Şamaxını tutan rus generalı qraf B.Zubov öz hökmdarlarından belə bir tapşırıq almışdı ki, “Muğanı ələ keçirdikdən sonra orada bir qala tikdirsin, adını “Yekaterina sert” (“Yekaterinanın ürəyi”) qoysun və orada iki min cavan rus əsgəri məskunlaşdırsın, həmin gənc əsgərləri erməni və gürcü qızları ilə evləndirib onları xüsusi torpaq sahələri və silahla təmin etsin.”

Bu ərazinin, və birinci növbədə Bakı və Dərbəndin, rus qoşunları tərəfindən zəbt edilməsi Orta Asiyada geotrateji məqsədləri olan İngiltərə və Fransanın ehtiyatına səbəb olmuşdur.  Cənubi Qafqazda əsas hərbi-siyasi hadisələr 19-cu əsrin əvvəlində baş vermişdi, bu vaxt Rusiya imperiyasi bu regionda möhkəmləşmək uğrunda öz üçüncü həll edici cəhdini başlayır. 1826-cı ildə Qacarın qoşunlarının Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar olur. 1826-cı ilin axırlarında Şəki və Lənkəran xanlıqları da ləğv olunur, 1827-ci ildə Rusiya Azərbaycanın ərazilərini işğal edə-edə Təbrizə girir və şəhər rusların əlinə keçir. 1828-ci ilin yanvar-fevral aylarında ruslar Urmiya və Ərdəbilə girirlər.

Fevralın 6-da Təbriz yaxınlığında, Türkmənçay kəndində Abbas Mirzə  ilə Paskeviç arasında sülh danışıqları  yenidən başlandı. Rusiya hökuməti Cənubi Azərbaycan ərazisinin  də Rusiyaya birləşdirilməsi  tələbini irəli sürürdü. Lakin  İngiltərə  hökuməti hər vasitə ilə Rusiyanın  bu yerlərə iddiasından əl çəkməyə çalışırdı. Türkiyə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində Çar hökuməti İran ilə sülh müqaviləsi bağlamağa tələsdi.

Müqavilə 1828-ci ilin fevralın 10-da bağlandı. Türkmənçay sülh müqaviləsinə görə  İran Şimali Azərbaycana  olan öz iddialarından  əl çəkir, onun üzərində Rusiyanın hakimiyyətini tanıyırdı. Beləliklə, Azərbaycan iki hissəyə bölündü. Cənubi Azərbaycan Şah istibdadının, Şimali Azərbaycan isə Çar Rusiyanın müstəmləkəsinə çevrildi. Həmin vaxtdan bu ərazilərin  və xalqın tarixi inkişafı müxtəlif yollarla  getdi.

1828-ci il fevralın 10-da İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı.

Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi:

4-cü maddəyə görə İran və Rusiya arasında sərhəd xətti müəyyən edilir və bu xətt Araz çayından ibarət idi. 5-ci maddədə İrəvan  və Naxçıvan xanlıqları Rusiyaya güzəştə gedilirdi. 8-ci maddəyə görə İran Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzərdə hərbi donanma saxlamaq  hüququ yalnız Rusiyaya verilirdi. Bu maddə İngiltərənin mənafeyinə güclü zərbə vurdu.10-cu maddəyə görə İran Rusiyaya 20 milyon  manat həcmində təzminat ödəməli, rus tacirlərinə İran ərazisində azad ticarət  etmək hüququ verirdi. Həmçinin Türkmənçay müqaviləsinə əsasən əhalinin  Cənubi Qafqaz  və əksinə sərbəst hərəkət etmələrinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Qarabağ  və İrəvan xanlıqları ərazisinə köçdülər. Həm birinci, həm  ikinci İran –Rusiya müharibələrinin gedişində və sonralar İran  və Türkiyədən Cənubi Qafqaza köçürülməsi nəticəsində ermənilərin  sayı bu yerlərdə ilbəil artırdı.

Rusiya Dərbəndi özünə birləşdirdi, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi ermənilərə verdi. Nəticədə Azərbaycan torpaqları hesabına sonralar Ermənistan dövləti yaradıldı.

1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən Türkmənçay kəndində bağlanan müqavilə ilə 1826-1828-ci illər Rusiya-İran müharibəsinə son qoyulur. Bu müqavilə ilə İrəvan və Naxçıvan xanlıqları bütünlüklə Rusiyanın ərazisinə qatılır. Martın 20-də I Nikolay bu müqaviləni təsdiq edir və ertəsi gün Erməni vilayəti yaradılması haqqında fərman verilir.

Fərmanda deyilir: “İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra “Erməni vilayəti” adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin quruluşu və onun idarə edilməsi qaydası haqqında ali senat lazımi fərmanları öz vaxtında alacaqdır.”

Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. İrəvan əyalətinə keçmiş İrəvan xanlığının 15 mahalı, Naxçıvan əyalətinə 5 mahal və Ordubad dairəsinə 5 mahal daxil idi. Vilayət idarəsinin rəisi vəzifəsinə yerli qoşunların komandanı Aleksandr Çavçavadze təyin edilmişdi 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi. Hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan daşınan mülkünü aparmaq və satmaq üçün bir il, daşınmaz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında öz xoşuna sərəncam (vəkalət) üçün 5 illik müddət müəyyən edilmişdi.

Müqavilənin bağlanması münastibətilə dərhal rus toplarından 101 yaylım atəşi açıldı. Ertəsi gün “xoş xəbər”i Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk qalasında da top atəşləri açıldı, rus xalqı bu münasibətlə təbrik edildi.

Türkmənçayın kəsdiyi yerdən hələ də Azərbaycanın qanı axırHələ 1827-ci ilin 9 noyabrında Dehqarqanda keçirilən danışıqlar vaxtı Qriboyedovla Paskeviç görüşərkən arxiyepiskop Nersesin Xoydan göndərdiyi nümayəndələri onlardan ermənilərin köçürülməsi qayğısına qalmağı xahiş etmişdilər. Bu xahişin məzmunu aşağıdakı kimidir:

İndi bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir düşmüş xristianlar haqqında mənim xahişimi unutmamasını və onları rus ağalığının qüdrətli bayrağı altına qəbul etməsini rica etdim. Mən həmçinin İranda olan bütün ermənilər haqqında zati-alidən xahiş etdim və indi cənaba bu barədə yazaraq cənabınızdan da rica edirəm İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın şəhər və kəndlərində yaşayan ermənilərin böyük Rusiya imperiyası himayəsi altında azad surətdə öz vətəni (?) Ermənistana qayıtması haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın.

Dekabr ayında Paskeviç Tiflisin hərbi qubernatoru Sipyaginə göndərdiyi məktubda qeyd etmişdi ki, Urmiya ətrafında yaşayan 15 min yunan və erməni Rusiyanın əyalətlərinə köçmək istəyirlər. Sipyagin isə onların İrəvan və Naxçıvan əyalətlərində yerləşdirilməsi fikri irəli sürmüşdü. Elə həmin il 1828-ci il martın 21 -də Rusiyaya ilhaq olunmuş iki Azərbaycan xanlığı haqqında belə bir adda vilayət yaradılması barədə fərman verildi. Bu sənəd Rusiya imperiyası qanunlarının tam külliyyatında nəşr edilmişdir. Bu xəbəri alan K.Arqutinski-polkovnik Lazarevə yazırdı:- İranla bağlanmış sülh bir çox cəhətdən mənə gözəl dəqiqələr bəxş etdi ki, Naxçıvan və İrəvan əyalətlərinin Erməni vilayəti adlandırılması heç də onlardan sonuncu deyildi… Yeni vilayətlərin sakinləri, bizim həmsoylarımız Erməni vilayəti adında bəzi özünəməxsus halları mükafat alır. Gözəl və olduqca faydalı fikirdir.

Türkmənçay müqaviləsi imzalandıqdan dərhal sonra, fevralın 14-də Lazarev elə oradaca Paskeviçə göndərdiyi raportunda xatırladırdı ki, ermənilər müharibə zamanı qələbəmiz üçün mümkün olanı etmişlər və indi evlərini qoyub Rusiya əyalətinə keçmək istəyirlər. Ermənilərin sür”ətlə və rahat köçürülməsi üçün Lazarev təklif edir:

1) Köçürmə işlərinə rəhbərlik etmək üçün ona Paskeviç kağız versin və həmin kağızda köçənlərə verilən güzəştlər göstərilsin;

 2) Köçürmə işlərinə rəhbərlik etmək üçün erməni dilini bilən lazımi qədər ştab və ober zabitlər tə”yin etmək onun ixtiyarına verilsin;

3) İqlim şəraitinə görə köçürmə işləri ləngiyə biləcək yerlərdə rus ordusu orada gözləsin və ordu köçənləri müşayiət etsin;

4) Kasıb köçkünlər üçün xəzinədən vəsait ayrılsın.

Paskeviç bu təkliflərin yerinə yetirilməsi üçün fevralın 26-da Lazarevə və fevralın 29-da İrəvan müvəqqəti idarəsinə xüsusi təlimat göndərir. Lazarevə verilən 19 maddəlik təlimatda göstərilir:

  • köçürülən xristianlardan ticarətlə məşğul olanlar şəhərlərdə yerləşdiriləcəklər ki, yenə ticarətlə məşğul olsunlar;
  • kəndlilərə kifayət qədər münbit torpaq ayrılacaq və onlar 6 il müddətinə vergilərdən, üç il isə torpaq mükəlləfiyyətindən azad ediləcəklər;
  • köçməyə hazır olan ailələrə onlara veriləcək güzəştlər haqqında xüsusi formada vərəqlər verilməlidir; köçürülənlər kəndlər üzrə partiyalara ayrılmalı, hər partiyada 150-dən 300-ə qədər ailə olmalıdır;
  • köçürülənləri İrəvan və Naxçıvan əyalətlərinə istiqamətləndirmək lazımdır ki, həmin ərazilərdə xristian əhalisi mümkün qədər artırılsın;
  • hər partiyanı müşayiət etmək üçün ermənicə bilən bir zabit və 2-5 kazak ayrılsın;
  • köçkün partiyaları yola çıxan kimi, dərhal İrəvan müvəqqəti idarəsinə ailələrin sayı, onların yaşadıqları ərazinin iqlim şəraiti, məşğuliyyətləri, malik olduqları sürülər və sərhədə yetişəcəkləri təxmini vaxt haqqında xəbər göndərmək lazımdır.

Türkmənçayın kəsdiyi yerdən hələ də Azərbaycanın qanı axırRus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı param-parça etdi. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi.

Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.

Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “erməni vilayətləri” elan edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən İran həmin müharibədə məğlub olmuşdu.

Amerika alimi Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni kaloniyalarının yaradılması haqqında bunları demişdir: “1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir….Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100000 etmənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin (azərbaycanlıların) yerlərində yerləşdirmişdilər.”

1877-1878-ci illər müharibəsində, ruslar Qars–Ardağan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində 70000 erməni məskunlaşdırmışdılar. 1895-1896-cı illərin hadisələrində isə təxminən 60000 erməni Qafqazda məskun edilmişdi. I Dünya Müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400000 erməni Qafqazın 400000 müsəlman əhalisinə dəyişdirilmişdir.

Amerika akademikinin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında – Araks çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Bununla bağlı diqqətə layiq bir fakt da Z. Balayanın özü etiraf etmişdir: “Onun (Yerevanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi Yerevanlı yoxdur”. Akademik A. İ. İonisian yazır ki, “Yerevan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlüq təşkil edir”.

Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünrki Türkmənçay müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, “ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi”. Erməni müəllifi V.İşxanyan XX yüzilliyin əvvəllərində yazdığı da onların Cənub Qafqaza son əsrlərdə gəlməsini bir daha təsdiq edir: “Ermənilərin həqiqi vətəni…Kiçik Asiyadır, yəni Rusiya hüquqlarından kənardadır və Zaqafqaziyada bir neçə sırf erməni əyalətlərindən başqa (başlıca olaraq İrəvan quberniyasında) Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər.”

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

KarabakhINFO.com

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER