
31-də Beynəlxalq Mətbuat Mərkəzində mühacirətdə fəaliyyət göstərən Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) dəvəti və təşkilatçılığı ilə Türkiyənin tanınmış Azərbaycan əsilli araşdırmaçı-politoloqu doktor Arif Keskin «Güney Azərbaycan istiqlaliyyətinin zərurəti» mövzusunda konfrans keçirilib.«Güney Azərbaycan istiqlaliyyətinin zərurəti» mövzusundakı çıxışında Arif Keskin Güney Azərbaycan Milli Hərəkatının tarixi, milli diskrminasiya və zorakı assimilyasiyaya əsaslanan fars şovinist rejiminin apardığı siyasət, Güney Azərbaycanda və bütünlükdə regionda gedən son siyasi proseslər barədə danışaraq, Güney Azərbaycan istiqlaliyyətini zəruri edən tarixi və müasir faktorlara toxunulub. Arif bəy Keskin çıxışında bildirib ki, artıq dini pərdə ilə örtülən “ari-irançılıq” ideyası iflasa uğrayıb və İranı saxlaya biləcək hər hansı bir digər ideya qalmamışdır. Həmçinin, İranı saxlaya biləcək hər hansı bir ideya da artıq Qərbdən dəstəklənmir. Digər tərəfdən, Güney Azərbaycan Hərəkatı artıq İranı zəiflətmək istəyən ərəb dövlətləri, İsrail tərəfdən maraqla qarşılanır, rəsmi Ankara da Güney Azərbaycanlıların probleminə əvvəlki dönəmlərdə olduğu qədər biganə deyildir.
Politoloq doktor Arif Keskinin fikrincə, Güney Azərbaycan Milli-Azadlıq Hərəkatı artıq öz qayəsini tamamilə türkçülük, millətçilik və “Bütöv Azərbaycan” ideyası üzrə kökləmiş, Güneydəki Hərəkat artıq elitar, qapalı xarakterli deyil, geniş xalq kütlələrini əhatə edib. Həmçinin, natiq bildirib ki, artıq İranda təkcə azərbaycanlıların deyil, kürdlərin, ərəblərin və d. millətlərin milli özünütəsdiq uğrunda hərəkatı güclənməkdədir. Politoloq həmçinin, Güney Azərbaycan və onun ətrafında baş verən hadisələrin Qərbin, ABŞ-ın və Rusiyanın diqqət mərkəzində olduğunu göstərib.
Tədbirin sonunda politoloq Arif Keskin KİV nümayəndələrinin suallarına cavab verdi.
GAİP tərəfindən təşkil edilmiş konfransda qonaq qismində Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sədri Tufan Kərim və partiya fəalları da iştirak ediblər.
Bunu beğen:
Beğen Yükleniyor...
İlgili
Şubat 1, 2013
Kategoriler: ÖN SƏHİFƏ, MƏLUMATLAR, MƏQALƏLƏR, SİYASƏT, İNSAN HAQQLARI . . Yazar: birliyimiz
Yorum bırakın
Henüz yorum yapılmamış.
Comments RSS
TrackBack Identifier URI
Bir Cevap Yazın