Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirləri – I hissə

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirləri – I hissə

Azərbaycan vətəndaşlarının mühacirət tarixi bu günə qədər az öyrənilmiş, onun gerçəklikləri tarixin qaranlıq dumanları içərisində itib-batmışdır. Bu xalqı keçmişindən, soy-kökü və milli özülündən uzaq salıb ayırmaq üçün tarixi təhriflərə uğradılmış, adına saxta, qondarma bir tarix yazılmışdır.

Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən də qədimdir. Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşma prosesi başlayana qədər Azərbaycanda (və həm hüdüd regionlarda) kifayət qədər mürəkkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən coğrafiyanın yaşayış üçün münasib təbii şəraitə malik olması, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərdə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır.

Çox qədim tarixi və ənənələri olan Azərbaycanda insan, onun varlığı, yaşayışı, həyat şəraiti, sevgisi, təbiətə və cəmiyyətə, başqalarına münasibəti – əxlaqi davranışları, elmi-intellektual vəziyyəti, məişət mədəniyyəti, əmək və yemək ənənələri və s. zəngin tarixi zəmin üzərində qurulmuşdur. Qədim Azərbaycanda insan, onun yaranması, tarixi, ictimai fəaliyyəti barədə çoxlu mifik düşüncələr olmuş və onun birinci izləri folklorda, sonrakı yazılı ədəbiyyatda, Qobustan daş yazılarında, arxeoloji qazıntılarda və s. əks etdirilmişdir.

Tarix boyunca millətlərin axın və köçlərinə keçid olan Qafqaz regionu və Azərbycan başqa xalqların  yerləşməsi, məskunlaşması, yaşayışı üçün əlverişli bir bölgə olmuşdur. Burada məskunlaşmış xalqlar minilliklər boyu Qafqaz sərhədləri içərisində, xüsusilə Azərbaycanda milli kimliklərin  qoruyub saxlamış, mədəniyyət və ənənələrin inkişaf etdirmişlər. Ölkəmiz ərazisində aparılan elmi tədqiqatlar nəticəsində 4 arxeoloji mədəniyyət: olduyev (ən qədim dövr), qədim aşen, aşen və mustye mədəniyyət abidələri tapılıb. Azıx, Tağlar, Daşsalahlı, Qazma Buzeyir və digər ərazilərlə yanaşı ən qədim dövr adlandırılan çəmənliyi adlandırılan Quruçay mədəniyyəti dövrlərinə təsadüf edən qalıqlar aşkar olunub. Elmi əsaslarla isbat olunub ki, iki milyon il əvvəlki illərə aid olan Quruçay mədəniyyəti zamanı tarixdə insana bənzər canlının 4 deyil iki ayaqları üstündə yeriməsi, buranın qədimliyinin bariz nümunəsidir.

Fizuli rayonu ərazisində yerləşən Azıx mağarasında ən qədim insan, Azıxantrop adlandırılan insanın alt çənə sümüyünün tapılması Azərbaycanın qədim tarixi inkişaf dövrü keçməsi faktın təsdiqləyir.

Türk xalqları qrupuna daxil olan azərbaycanlıları müxtəlif dillərin işlənmə texnikasın nəzərə alaraq müxtəlif cür adlandırıblar. Adarbaqadan, alban, atropatan, azər, aser, oser,  az, sovir, türk, Azərbaycan türkü, aderbicanlı, qaşqay, qızılban, kazax tatarı, hun, və yüzlərlə adları sadalamaq olar.

Türk mənbələrində bizi Azərbaycan türkləri, Fars mənbələrində, türk, azəri, assur və ərəb mənbələrində azəris, Rus mənbələrində tatar adlandırıblar.

Lakin bir şeyi unutmaq lazım deyil ki, biz türk xalqları qrupuna daxil olsaq da digər türk xalqları kimi, biz azərbaycan türklərinin özünəməxsus fərdi xüsusi səciyyəli mədəniyyəti inkişaf edib. Şərq mədəniyyəti çərçivəsində azərbaycan türklərinin öz renesansı var ki, adət-ənənə, mətbəx, musiqi, və digər sahələrdə fərqli xüsusiyyətlər var. Türk sözünün etnik mənşəyinə nəzər salaq.

Adətən Türk etnomininin qədim formasını, “Turuk”, “turukku”, kimi bərpa edirlər. Erkən orta əsr yaddilli qaynaqlarda “Türk”, adı ilə yanaşı “Turukka” (hindqaynaqları) trukki (xotan mətnləri), “Druq-druqu” (Tibet qaynaqlarında) turexu (Cənubi Amerika və bəzi Okeaniya ölkələri mənbələrində) formalarında işlənmişdir. E.Ə. II minillikdə Akkad-mixi yazıları etnominin erkən turukki,Turiki – formasını saxlamışdır. Bu dəlillər onu göstərir ki, e.ə. III-II minilliklərdə və daha qədimdən də Azərbaycan ərazisində türk etnosları yaşayırdılar. Onlar o dövrün siyasi proseslərində yaxından iştirak etmişlər. Azərbaycan xalqının tarixən məskunlaşdığı (superetnos olaraq formalaşdığı!) Coğrafiya müxtəlif dövrlərdə müxtəlif adlarla adlandırılıb. Bu barədə professor M.Seyidovun fikri olduqca maraqlıdır Professorun fikrincə Azərbaycan-uğurlu, yaxşı istər (Az) yaxşı istər qırmızı, yəni günəş (Azar/Azər), varlı ata (qan) deməkdir. O, vaxtilə yaxşı istər qırmızı, yəni günəş antropomorfik tanrısının adı imiş. Sonralar Az qəbiləsindən olan Xan, İnsan mənasında işlənmişdir.

Son zamanlar bu sahədə aparılan elmi tədqiqatlar zamanı professorun fikrini təsdiqləyən faktlar ortaya çıxır. “Toranın şifrələrinin açılması”, “Azərbaycanın tarixi” və digər kitabların müəllifi Firidun Gilarbəylinin tədqiqatları da diqqəti cəlb edir. Firidun bəyin fikrinə görə Qafqazda (bu barədə məşhur Hegel də bir sıra fikirlər bildirib) – Azər adlı Allah olub. Məhz onun ağıllı, ədalətli, iradəçiliyi dövründə geniş ərazili müəssisə yaranıb.

Danil Andreyevin “Dünyanın mərkəzi” kitabında ruhani yüksəlişin və inkişafın piramidasında “Azur” sözləri ilə tutuşdursaq professor Seyidovun, Gilarbəylinin nəzəriyyələri maraq doğurur.

Yurdumuzun qədim sakinləri olan azərbaycanlılar  mezolit dövründə (e.ə XIII-IX əsrlər) insan kollektivlərin mühacirət dövrünün fəal  iştirakçıları olublar. Bu mühacirətlə, köçlə  əlaqədar mədəni yeniliklər mezolit oykumenanın müxtəlif ərazilərə yayırdılar. Bu dövrdə başlanan azərbaycanlıların mühacirəti, köçü tarixən zamanla aktiv, zamanla passiv formalarda davam edib. Məşhur tədqiqatçı Qumilyovun “passionarlıq” anlayışına nəzər salsaq görərik ki, türk tayfaları böyük bir geosiyasi mənada daim köç ediblər. Onlar ilk əvvəl Qərbdən Şərqə və sonradan geriyə bütün məkanı, enerjiləri, mədəniyyətləri, ruhları və nəfəsləri ilə çalxalayıblar. Beləliklə türk əsrlər boyu Qərblə Şərqi “çalxalaya-çalxalaya” öz “passionarlıqlarını” bir qismi oturaqlara verdi, başqa sözlə onlara həyat bəxş elədi. Bu oturaqlardan olan türklərin bir hissəsi Qərbdə və Şərqdə assimliyasiya  oldular. Onların mühacirətini davamiyyətli olması, bioloji artım zamanı nəsil dəyişməsinə yerlilər tərəfindən olan böyük təsir onların barəsində ətraflı məlumatların yaranmasına mane oldu.

Azərbaycanlıların  mühacirətinin çoxəsirlik tarixi var. Son dərəcə geosiyasi mövqeyi, təbiəti, zənginlikləri və insan ehtiyatları azərbaycanlıların könüllü mühacirəti ilə yanaşı müxtəlif səbəbin toqquşmalar, münaqişələr səbəbilə həm vətənlərimiz öz doğma torpaqlarından zorla köçürülürlər, yad ölkələrə aparılıbar. Bir çox tarixi mənbələrdə qeyd  olunan qədim Azərbaycan mühacirləri məlum səbəblərə görə tam diaspor formalaşdırmamalarına baxmayaraq, alimlərimiz, musiqiçilərimiz, memarlarımız və digər peşə sahibləri olan azərbaycanlıların səsi İran, Ərəbistan, Hindistan, Avropa və digər Asiya Amerika ölkələrindən gəlmişdir. Azərbaycanlılar dünyanın hansı ölkəsində məskunlaşmalarına baxmayaraq vətənlə bağlılıqlarını birbaşa olmasa da  mədəniyyət və incəsənət vasitəsilə gələcək nəsillərə çatırıblar. Burada bəzən yerli mədəniyyətin təsirləri hiss olunması isə təbii qarşılanmalıdır. Bu danılmaz bir prosesdir ki, azərbaycanlılar məskunu olduqları, yaşadıqları mühitlə təmasda olublar. Nəticədə ədəbi mədəni, mənəvi və dini əlaqələr bu bağlılıqların mahiyyətinə və xarakterinə təsirsiz qalmamışdır. Bu mənada Azərbaycan mühacirəti və diasporu ədəbi, mədəni irsi olduqca mürəkkəb, ziddiyyətli və çoxşaxəlidir.

Azərbaycan dastanlarını, şifahi və yazılı xalq ədəbiyyatı folklorunda qürbət mövzusunun yeni olmadığı hamıya bəllidir. Biz azərbaycanlıların dünya səpələnməsi, diaspor formalaşdırılması barədə Azərbaycan alimləri ilə yanaşı Rusiya, İngiltərə, Türkiyə, İsveç, Norveç və digər ölkələrin alimləri, tədqiqatçıları da çox sayda kitablar yazıblar. Bu istiqamətdə aparılan tədqiqat işlərində Horveçli səyyah alim Tur Heyerdalın nəzəriyyələrinin xüsusi yeri var. Əsərlərilə tarixin qaranlıq səhifələrini işıqlandıran  Tur Heyerdalın fikirlərindən  sonra bizdə Azərbaycan diasporunun, mühacirətin qədim tarixini araşdırmaq üçün şərait yarandı.

İlk dəfə 1981-ci ildə Azərbaycanda olan səyyah ölkə ərazisində tarixi abidələrlə yaxından tanış olduqdan sonra Dünya tarixində 3 əsas svilizasiyadan birinin Azərbaycan ərazisində olması barədə mülahizə irəli sürdü. Bu 3 svilizasiya məskənləri inkişaf etmiş ərazilərlə malik olmaqla yanaşı sakinləri mədəni, incəsənət və memarlığı ilə seçilmişlər.

Tur Heyerdalın qənaətinə görə, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmişlər. Alimin Qobustanşünaslıq sahəsində yeni və olduqca orijinal olan bu mülahizəsi çağdaş Azərbaycan xalqı ilə Skandinaviya xalqları arasında etnik, bioloji, antropoloji, tarixi, mədəni əlaqələrin mövcud olmasından xəbər verir.

Öz fikirlərini konkret faktlar, elmi-tarixi, maddi dəlillər əsasında isbatlayan alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləmişdir.

1981-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən Tur Heyerdal Xəzər sahillərini (sonralar su yolları vasitəsilə şimala və cənuba doğru yayılan) böyük bir sivilizasiyanın beşiyi hesab etmişdir. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş apaloqları ilə üst-üstə düşməsi ilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki Günəş təsvirləri qədim Azərbaycanın insan məskənləri ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutudur.

Dünya tarixçilərinin ümumi rəyinə görə Qobustanın qayaüstü rəsmləri ibtidai insanların real gerçəkliyə və obyektiv aləmə münasibətini, həyat tərzini, məişətini, mədəniyyətini, ibtidai inanclarını öyrənmək baxımından da maraqlıdır. Hazırda Qobustanda 6000-dən çox petroqlif, yəni daş üzərində rəsm vardır. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif rəmzlər, o cümlədən Günəşi əks edən solyar rəmzlər, bürclər, digər fəza cismləri diqqəti cəlb edir. Qayaüstü rəsmlıərdəki kişi və qadın təsvirləri də elmi cəhətdən maraq doğurur. Maraqlıdır ki, Qobustandakı bəzi qaya parçaları öz fiziki tərkibi və geoloji xüsusiyyətlərinə görə digər dünya daşlarından fərqlənir. Məsələn, buradakı böyük qaya parçalarından biri “Qavaldaş” adlanır. Onun səthinə zərblə vurulduqda, qaval, dəf, nağara, təbil kimi səslənir. Elə yerli əhali də onu məhz bu xüsusiyyətinə görə “Qavaldaş” adlandırıb.

Ömrünün yarıdan çoxunu dünyadakı bənzər təsvirlərin tədqiqinə həsr etmiş məşhur norveçli alim və səyyah Tur Heyerdal Qobustan qayaları qarşısında heyrətini gizlədə bilməmişdi. Həyatı boyunca dünya sivilizasiyasının başlanğıc nöqtəsini axtaran səyyah 1981-ci ildə burada bir sıra tədqiqat işləri aparmış, abidə haqqında maraqlı fikirlər söyləmişdi. O, qayalar üzərindəki Günəş təsvirli gəmiləri görərkən sonsuz heyranlıqla demişdi: “Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, dəqiq tarixi indiyə qədər məlum olmayan mədəniyyət incisidir”. O, “Odinin axtarışı ilə” adlı son kitabında vikinqlərin koklərinin Azərbaycanda axtarılmasına işarə edirdi. Tur Heyerdala görə, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmiş ola bilərdi. Məşhur alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləmişdir.

Qobustan Azərbaycan – Altye Norveç

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirləri – I hissə

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirləri – I hissəAzərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirləri – I hissə

 

 

 

 

 

 

 

Azərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirləri – I hissəAzərbaycan mühacirət tarixi: Tarixin açılmayan sirləri – I hissə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ardı var…

 Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

KarabakhİNFO.com

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER