Ekspertlərin fikrincə, bu tarixi dönüş hadisəsi Güney Azərbaycanın Müstəqilliyinə gətirib çıxaracaq yolun başlanğıcı olacaq

Konqresdə Güney Azərbaycanla bağlı imzatoplama kampaniyası

Ekspertlərin fikrincə, bu tarixi dönüş hadisəsi Güney Azərbaycanın Müstəqilliyinə gətirib çıxaracaq yolun başlanğıcı olacaq

ABŞ Konqresində Güney Azərbaycanla bağlı dinləmə keçirmək üçün imzatoplama kampaniyası başlayıb. ABŞ qanunlarına görə, bu cür məsələləri Konqresin dinləmələrinə çıxarmaq üçün 25000 adamın e-mail imzası lazımdır.

Bu barədə Dünya Azərbaycanlıları Konqresinin rəsmisi Samir Əsədlinin yaydığı müraciətdə deyilir ki, linkdən e-mailinizi yazıb dəstək olursunuz və e-mailinizə təsdiq cavabı gəlir, həmin gələn cavabda 1-ci linki seçib dəstək olursunuz: Linkə girib, e-mailinizi, adınızı, soyadınızı, həmçinin yaşadığınız yeri yazın. Daha sonra e-mailinizə təsdiq linki gələcək, həmin yerdə birinci sayt linkini açın ki, imzanız təsdiqlənsin. İmkanı olanlar bu linki – https://petitions.whitehouse.gov/petition/recognize-islamic-government-iran-violating-fundamental-rights-irans-azerbaijani-ethnic-minority/gR2mqw7b#thank-you=p tvitter, facebook və digər sosial şəbəkələrdə də paylaşsın.

Ekspertlər hesab edir ki, dünyanın fövqəldövlətinin Konqresində Güney Azərbaycan məsələsinin dinləmələrə çıxarılması reallaşarsa, bu hadisə tarixi dönüş hadisəsi sayıla bilər. Ekspertlərin fikrincə, bu tarixi dönüş hadisəsi Güney Azərbaycanın müstəqilliyinə gətirib çıxaracaq yolun başlanğıcı olacaq.

Ziyalılar Forumunun üzvü, professor Firudin Cəlilov Güney Azərbaycanla bağlı başlanan həmin imza kampaniyasının çox böyük əhəmiyyət daşıdığını bildirdi. O hesab edir ki, bu kampaniyanın istənilən səviyyədə keçməsi üçün medianın da böyük rolu var: “Güney Azərbaycanla bağlı belə bir imza kampaniyasının getdiyinin təbliğatını aparmaq medianın və hər birimizin borcudur. 25 min imza 50 milyonluq Azərbaycan türkü üçün əslində çox az rəqəmdir. Hər birimiz bu işə ciddi yanaşmalıyıq. Şəxsən mənim sosial şəbəkədə 5 min dostum var. Onlara müraciət etmişəm ki, bu imza kampaniyasına qoşulsunlar. Bu kampaniyanı başlayan adamlara isə demək istəyirəm ki, prosesi texniki baxımdan bir az sadələşdirmək lazımdır ki, link edəndə imza avtomatik düşsün. Hesab edirəm ki, 25 min imzanı toplamaq çox asan olacaq. Elə mənim 5 min dostumdan yarısı imza versə 10 faizi yığılmış olacaq. Mən bir ziyalı kimi bütün soydaşlarımızdan xahiş edirəm ki, bu məsələ milli məsələdir, buna qoşulsunlar. Çox ayıq gəncliyimiz yetişir. Gənclərə müraciət edirəm ki, prosesə qoşulsunlar, təbliğatını aparsınlar. Güney Azərbaycan məsələsinin bu şəkildə gündəmə gəlməsi tarixi hadisədir”.

Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı da Güney Azərbaycanla bağlı başlanan imzatoplama kampaniyasının ciddi və vacib hadisə olduğunu bildirdi: “Məsələnin maraqlı tərəfi həm də budur ki, bizdən əvvəl ABŞ Konqresinin üzvü tərəfindən Güney Azərbaycan məsələsi ortaya atılıb. Bunun özü bir millət olaraq bizim öz taleyimizə nə qədər laqeyd və biganə olduğumuzun göstəricisidir. Amerika konqresmeni Güney Azərbaycanla bağlı imzatoplama məsələsini qaldırdı və bir müddət sonra bəyan etdi ki, çox qəribədir, mən bu cür vacib məsələni dilə gətirirəm, amma bəzi azərbaycanlılar buna etiraz edir. Həqiqətən də bilirsiniz ki, hətta Azərbaycanın Milli Məclisində də mən bu barədə danışanda bəzi deputatlar və hətta yuxarı vəzifədə olan bəziləri buna qarşı çıxdılar. Dedilər ki, biz İranla münasibətləri poza bilmərik. Halbuki artıq dünya Güney Azərbaycan məsələsi barədə danışır. Nəhayət, azərbaycanlılar da ABŞ Konqresinə müraciət ediblər. Bu müraciətdən sonra mən də Dünya Azərbaycanlıları Konqresinin fəallarına müraciət etmişəm ki, bu imza toplamaq işinə qoşulsunlar. Əslində 50 milyon azərbaycanlı ora 1 milyon imzanı belə toplamalıdır. Millət öz taleyi üçün heç olmasa bir imza atmaqla vuruşmağı bacarmalıdır. Başqaları media ilə, televiziya ilə, silahla öz taleyi uğrunda vuruşursa, heç olmasa biz imza atmaqla vuruşaq. Bu il Gülüstan müqaviləsinin 200 ili tamam olur. 200 ildir heç bir hüquqi əsası olmayan sənəd əsasında parçalanmış vəziyyətdəyik. Bu xalq öz taleyini həll etmək iqtidarını ortaya qoymalıdır”.

S.Rüstəmxanlı məlumat verdi ki, DAK İdarə Heyəti 2013-cü ili Gülüstan müqaviləsinin müzakirələrinə həsr etmək qərarını verib/musavat.com/.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER