“MOSSAD” İRANIN MƏXFİ NÜVƏ ZAVODUNU PARTLATDI

90 metr dərinlikdə yerləşən Fordo nüvə mərkəzində baş vermiş güclü partlayış nəticəsində yüzlərlə işçi yerin altında qalıb; onları xilas etmək mümkün olmur, partlayış o dərəcədə güclü olub ki, 5 kilometr radiusda bütün binalar dağılıb.

Yanvarın 26-da İranın ən məxfi yeraltı nüvə zavodu olan Fordo nüvə mərkəzinin partladıldığı barədə Amerika mənbələrinə istinadən sensasion məlumat yayılıb. Amerikanın xəbər saytı WND-nin İran kəşfiyyatının keçmiş yüksək rütbəli əməkdaşına istinadən yaydığı xəbərə görə partlayış ötən bazar ertəsi baş verib, lakin bu barədə məlumat gizli qalıb və ancaq dünən sızdırılıb.

Bildirilir ki, güclü partlayış nəticəsində zavodun 240 əməkdaşı günlərdir yerin altında qalıb və onları xilas etmək cəhdləri nəticə verməyib. Partlayış barədə məlumatı Qərbə ötürən mənbə İran kəşfiyyatının keçmiş yüksək vəzifəli əməkdaşı Həmidrza Zəkəridir. O məlumatı Fordo mərkəzinin mhafizəçilərindən aldığını bildirib. Məlumata görə, Fordo mərkəzində 2700 nüvə sentrifuqu fəaliyyət göstərirdi və orada uranın 20 faiz zənginləşdirilməsi prosesi həyata keçirilirdi.
Məlumatda deyilir ki, partlayış yeraltı nüvə mərkəzinin zallarından birində baş verib. Nəticədə zavodun bütün infrastrukturu dağılıb və 240 işçi yerin 100 metrə qədər dərinliyində qalıb. Partlayışın zavoddan on kilometrlərlə məsafədə eşidildiyi bildirilir. Hadisədən sonra Fordo mərkəzinin 25 kilometrlik radiusunda nəqliyyatın hərəkəti dayandırılıb, habelə Tehran-Qum şosse yolu bağlanıb. Keçmiş İran kəşfiyyatçısının bildirdiyinə İran rəhbərliyi partlayışın İsrail kəşfiyyatı “Mossad” tərəfindən törədildiyinə əmindir. Bildirilir ki, hadisədən əvvəl İranın “Mossad”a sızdırdığı casus Tehrana İsrailin nüvə obyektlərində diversiya aktlarını artırmağa hazırlaşdığı barədə məlumat ötürüb.
Xəbərdə deyilir ki, yanvarın 24-də xilasetmə briqadaları hələ də zavodun əməkdaşlarının qaldığı yerə çata bilməmişdi. Fordo mərkəzi ABŞ və ya İsrailin mümkün hava zərbələrinə qarşı 90 metr dərinlikdə inşa edilib. Yeraltı obyektin ətraf aləmlə əlaqəsini cəmi iki lift təmin edirmiş və partlayış nəticəsində onlar tamamilə dağıdılıb. Birinci lift işçiləri sentrifuqların işlədiyi bölməyə çatdırırmış və partlayış zamanı liftin 73 metr dərinlikdə olduğu bildirilir. İkinci lift daha aşağı nöqtədə olub, partlayış nəticəsində o ağır avadanlıqlarla və uran qazı ilə örtülüb. Məlumatda deyilir ki, obyektin iki qəza çıxışı və iki qəza pilləkəni də olub. Lakin qəza pilləkənlərindən biri hələ istifadəyə verilməyibmiş. İkincisi isə partlayış nəticəsində tamamilə dağıdılıb. Qəza çıxışlarının da partlayış nəticəsində keçilməz vəziyyətə düşdüyü bildirilir.
Hadisə ilə bağlı istintaq başlayıb və istintaqdakı mənbələr bildiriblər ki, partlayıcı maddə obyektə tədricən, ağır avadanlıqların içərisində və uran geks-fluorid qazı formasında daşınıb. Partlayışın episentri üçüncü sentrifuq bölməsində olub, həmin bölmənin bilavasiə zənginləşdirilmiş uran anbarının üzərində yerləşdiyi bildirilir. WND saytının rəhbərliyi bu partlayış barədə mılumatları dərc etməzdən əvvəl ABŞ administrasiyasına göndəriblər. Lakin administrasiya məlumatlarla bağlı heç bir şərh verməyib. Məlumatın hələlik rəsmi qaynaqlardan təsdiqlənmədiyi də bildirilir.
Saytın xəbərinə görə partlayışın ertəsi günü İran prezidenti Mahmud Əhmədinejad xüsusi xidmət orqanlarının rəhbərlərinin və nüvə proqramının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Fordo nüvə mərkəzi uzun müddət məxfi olub, obyektin mövcudluğu yalnız iki il əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ABŞ kəşfiyyatından əldə etdiyi məlumatları yaymasından sonra məlum olmuşdu. Fordo mərkəzi İranda uranı yüksək faizli zənginləşdirmək üçün başlıca obyekt hesab olunur. İsrail baş naziri ötən ilin sentyabrında BMT Baş Assambleyasında çıxışı zamanı həmin obyektdən bəhs edib və onu İranın nüvə silahı əldə etmək üzrə olduğunun sübutu adlandırıb. Mütəxəssislərin bildirdiyinə görə Fordo mərkəzində 20 faizə qədər zənginləşdirilən uran bir neçə həftə ərzində nüvə bombası üçün yanacağa çevrilə bilər. İsrail xüsusi xidmət orqanları bundan əvvəl İranın aparıcı nüvə alimlərinə sui-qəsdlər təşkil edib. Habelə ballistik raketlərin bazasında partlayış törədib və Tehranın nüvə proqramlarını əngəlləyən digər diversiyalar həyata keçirib.

Siyasət şöbəsi

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER