“İran ya təslim olacaq, ya da şam kimi əriyəcək”

“İran ya təslim olacaq, ya da şam kimi əriyəcək”

xmehemmedMəhəmməd Xatəmi: “Xomeyni və Xamneyinin tənqidinə yasaq səhv addımdır”

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi yanvarın 22-də islahatçı gənclərlə görüşündə ölkənin siyasi və ictimai durumundan, qarşıdan gələn prezident seçkisindən danışıb.

“Media forum” saytının məlumatına görə, Məhəmməd Xatəmi deyib ki, ölkənin keçmiş və hazırkı dini liderləri olan ayətullah Ruhullah Xomeyni və ayətullah Əli Xamneyinin tənqidinə yasaq səhv addımdır: “Bu, səhv bir təsəvvürdür. Onlar da adi insanlardır. Məhz buna görə də tənqid olunmalıdırlar. Mən ölkənin indiki durumunu çox pis görürəm. Hesab edirəm ki, sanksiyalar və ölkə daxilindəki digər problemlər ya İranı təslim olmağa vadar edəcək, ya da onu bir şam kimi əridib məhv edəcək. Bu isə həddən artıq böyük bir təhlükədir.

Belə bir həssas şəraitdə biz islahatçılar üzümüzü hakimiyyətə yox, xalqa çevirməliyik. Bu o demək deyil ki, hakimiyyətə arxa çevirək. Hakimiyyət bizə arxa çevirib. Biz isə alicənablıqla buna dözürük. Biz bundan əvvəl demişik, yenə deyirik ki, indiki böhrandan çıxmaq üçün ölkənin müxtəlif sahələrdə yürütdüyü siyasətlərə yenidən baxılmalıdır. Nifrət təbili çalaraq bir qrup şəxsi meydandan çıxarmaq, onlara qarşı istənilən kobud rəftarı təsdiqləmək, zülmə məruz qoyulan şəxslərə isə özlərini müdafiə etmək imkanı verməmək ölkənin milli maraqlarına qarşı addımdır”.

Qarşıdan gələn prezident seçkisindən danışan Məhəmməd Xatəmi islahat tərəfdarlarının passivliyindən gileylənib: “Təəssüflər olsun ki, biz yalnız seçkilər gələn kimi bir yerə toplaşırıq və bu birlik seçki qurtarana qədər davam edir. Sonra da bir yerə toplaşmağımız qalır növbəti seçkilərə. İslahat tərəfdarlarının daha ciddi və əsaslı proqramları olmalıdır”.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER