“Bizi əsirlikdən qurtarın !”

KITABDəyərli oxucular, bu gündən etibarən sizlərə hissə-hissə Esmira Orucovanın “Bizi əsirlikdən qurtarın” kitabını təqdim edirik.

Kitabda Ermənistanın işğalçılıq siyasəti nəticəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının işğal altında olan ərazilərdə və Ermənistanda saxlandıqlarını, əzab və işgəncələrə məruz qaldıqlarını təsdiqləyən şahid ifadələri, habelə beynəlxalq təşkilatların və qarşı tərəfin nümayəndələrinin tərtib etdikləri sənədlər əsasında toplanmış faktlar oxucuya təqdim olunur.

Abbasov Ayaz Əkbər oğlu

1963-cü ildə Azərbaycan Respublikasının Ağdam şə-hərində anadan olub. Ermə-nilərin Qarabağa hücumları başlayan gündən doğma tor-paqların müdafiəsinə qalxıb. 17fevral1992-ci ildə Milli Or-dunun əsgərləri ilə birlikdə Xocavənd rayonunun Qara-dağlı kəndinə köməyə gəlib. Kənd işğal olunan gün Abbasov Ayaz 17 nəfərlə əsir götürülüb, Xankəndi şəhərinə aparılıb. Həbsxanada ermənilər onlara dəhşətli iş-gəncələr veriblər

Erməni əsirliyindən qayıtmış Xocavənd rayonu Qaradağlı kəhd sakini, Bakı şəhəri, Səbail rayonu Nemanzadə küçəsi ev 17-də yaşayan Hüseynov İlqar Qardaşxan oğlu-nun dediyinə görə, işğal olunmuş Malıbəy-li kəndində ermənilər onları dizə qədər su doldurulmuş zirzəmidə saxladıqları zaman Abbasov Ayaz orada olub. Sonradan er-mənilər Füzulini 4 əsirlə birlikdə harasa, naməlum istiqamətə aparıblar.

Bu faktı Erməni əsirliyindən azad olun-muş Qax rayonu Zəyəm kənd sakini Nadi-rov Bayram Cahangir oğlu da təsdiq edib.

Abbasov Ədalət Vilayət oğlu

1970-ci ildə Azərbaycan Respublikası Daşkəsən rayo­nunun Xoşbulaq kəndində anadan olub. 11 noyabr 1992-ci ildə Daşkəsən Ra­yon Hərbi Komissarlığı tərə-findən hərbi xidmətə çağırılıb. 1

5 noyabr 1992-ci ildə Çıldıran kəndi uğ-Orunda döyüşdə ermənilər tərəfindən əsir götürülüb.

Həmin dövrdə könüllü olaraq orduda tibb bacısı vəzifəsində xidmət etmiş Daşkə-sən rayon sakini Rzayeva Şəlalə Nəriman qızının verdiyi məlumata görə, 1993-cü ilin fevral ayında hərbi hissə müdafiə mövqe-yində duran zaman radioəlaqə vasitəsilə efirə çıxan şəxs Daşkəsən rayonu Xoşbu-laq kənd sakini Abbasov Ədalət olduğunu, ermənilərin onu Əsgəranda saxladıqlarını, azad etmək üçün 300.000 rus rublu və ya 10 ton benzin istədiklərini deyib və bu mə-lumatı onun valideynlərinə çatdırmağı xahiş edib. Sonradan əlaqə kəsilib və bir daha ondan soraq tutmaq mümkün olmayıb.

Abbasov Hikmət Əliheydər oğlu

1968-ci ildə Azərbaycan Respublikası Cəlilabad rayo-nunun Prişib qəsəbəsində anadan olub. 1992-ci il may ayının 15-də könüllü olaraq Suraxanı Rayon Hərbi Ko-missarlığına müraciət edib və Ağdam cəbhəsinə göndəlilib. 16 avqust 1992-ci ildə Ağdam rayonunun Yenikənd yüksəkliyi uğrunda döyüşdə er-mənilər tərəfindən əsir götürülüb.

Bacısı-Bakı şəhəri, Qaraçuxur qəsəbə-si, ev 93, mənzil 37-də yaşayan Abdulla-yeva Rəfiqə Əliheydər qızı ərizəsində qar-daşı Abbasov Hikmətin Yenikənd yüksəkli-yi uğrunda döyüşdə itkin düşdüyünü yazıb. Bu məlumatı ona Hikmətin döyüş yoldaşı və qonşusu Etibar Sərdar oğlu verib.

Ağstafa rayonu Dağ-Kəsəmən kənd sakini Muradov Alik Fuad oğlunun bildirdi-yinə görə, Abbasov Hikmət Xankəndi şə-hərində saxlanılıb.

Abbasov Natiq Xanbala oğlu

1974-cü ildə Azərbaycan Respublikası Xızı rayonunun Altıağac kəndində anadan olub. Abbasov Natiq 1994-cü ildə Xızı Rayon Hərbi Komis-sarlığı tərəfindən hərbi xid-mətə çağırılıb, Ağcabədi ra­yonunun Muğanlı kəndindəki hərbi hissədə qulluq edib. 27 aprel 1994-cü ildə Ağdam rayonunun Xındırıstan kən-dində gedən döyüşdə əsir götürülüb.

Atası-Abbasov Xanbala Heydər oğlu Natiqin axtarışı ilə məşğul olan zaman onun 27 aprel 1994-cü ildə saat 10-11 ra-dələrində Ağdam rayonunun Xındırıstan is-tiqamətində gedən döyüş zamanı əsir gö-türüldüyünü öyçənib.

Balakən şəhəri Nərimanov küçəsi, ev 39-da yaşayan Əliyev Nəsrəddin Hücran oğlu izahatında yazıb ki, bacısı oğlu Va-sovlar Mehman Sultanhəmid oğlu, Abba­sov Natiq Xanbala oğlu və bir neçə hərbçi ilə aprel ayının 26-dan 27-nə keçən gecə, Qərvənd kəndi ermənilər tərəfindən işğal olunan zaman Baş Qərvənd kəndində əsir götürülüblər.

Xocavənd rayonu Qaradağlı kənd saki­ni, hazırda Beyləqan rayonunda məskun-laşmış Tağıyev Məmməd Qaçay oğlunun yazdığı izahata görə, erməni dilini bildiyi üçün dövlət tərəfindən bir müddət əsir və girovların dəyişdirilməsi işinə cəlb olunub. Qarşı tərəfin nümayəndəsi Abo ona «ZİL-131» markalı avtomaşında Abbasov Natiq də daxil olmaqla hərbçilərin əsir götürüldü-yünü və Dağlıq Qarabağda saxlandığını deyib.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER