KÜRD VƏ ERMƏNİ PROBLEMLƏRİ İÇİNDƏ BOĞULAN – İQDIR (FOTOLAR)

Əməkdaşımız azərbaycanlıların sıx yaşadığı Türkiyənin İqdır şəhərində gördüklərindən yazır

Türkiyənin İqıdır şəhərinin mərkəzinə məni aparan taksi sürücüsü bir az bikefdir. Yarızarafat, arada deyir ki, qardaş gəlişinlə qar gətirdin, dünən burada yaz havası var idi. Yağan güclü qar nəticəsində yolda hərəkətimiz çətinləşir. Pasportlarımızı yoxlayan jandarmaya məxsus əsgərlər sürücüyə olduqca diqqətli sürməsini, bizdən öncə qarşıda iki maşının sürüşərək dərəyə yuvarlandığını xəbərini verir. Hər gün bu yolu getdiyini deyən sürücü Əhməd yolda qalmış digər taksi sürcüsünün maşınını qoşquya qoşaraq “insanlıq ölmədi baba”, – deyib, üzündəki aqressiv tonu birdən dəyişir. İqdırda azərbaycanlı, erməni və kürdlərin yaşadığını xatırladan taksi sürücüsü rayonun mərkəzinə çatında mənim olduqca diqqətli olmağımı tapşırır: “Hər nə cür adam istəsən burada var. Həyatımız siğortalanmayıb. Maqanda gülləsinə belə rast gələ bilərsən. Ona görə son dərəcə diqqətli ol”.

İqdırdakı kürd və erməni problemi

Sürücü ardınca Ağrı dağını göstərərək ermənilərin hələ də bu dağ uğrunda dava apardığını deyir: “Bu dağ İqdırın hər yerindən görünür. Qar yağanda möhtəşəm bir mənzərə canlanır. Araz və Arpaçayların da öz yeri var. Bu çaylar iqdırlıların həyat damarıdır. Ermənilər bizim bu ata torpaqlarımızda qanlarımızı töküblər. Bu proses 1919-cu ilə qədər davam edib. Daha sonra İqdır xalqı düşmənə qarşı örgütlənib. İndinin özündə də ermənilər kürdlərə qarışaraq, burada kəndlərə paylanılıblar. Bu bir siyasət kimi həyata keçirilib. Məqsəd isə yerli türkləri tamamilə İqdır torpaqlarından silməkdir”.

Sabirabadın qarpızı, İqdırın qovunu

Söhbət əsanasında öyrənirəm ki, Sabirabad qarpızı burada da məşhurdur. Həttda Sabirabad qarpızını gətirib burada satanlar var. Əhməd deyir ki, onlarda İqdır qovunu çox məşhurdu: “Burada iqtisadiyyatın böyük bir hissəsi əkinçiliyə bağlıdır. Heyvandarlıq indi inkişaf edir”.

Qarlı, çətin hava şəraitinə görə normalda 2 saatlıq yolu, 4 saata gəlməli oluruq. Şəhərin mərkəzində maşından enirəm. Bakıdan fərqli olaraq, İqdır bələdiyyəsi ara küçələrdən belə qarı təmizləyib. Gecələr donuşluğun çox olduğunu deyən bələdiyyə işçisi buna görə avtomobil qəzalarının tez-tez baş verdiyini vurğulayır.

Bizdəki kimi burada telefon nömrəsi ucuz deyil. Nömrə və kontura birlikdə 50 TL (25 AZN) pul verirəm. Bakıdan gəldiyimi görən telefon mağazasının satıcısı yaxın günlərdə Bakıya gedəcəyini deyir. Səbəbini soruşuram “Artıq burada dolanışıq yoxdur”, deyə cavab verir. Kürd-türk ayrımından, işsizlikdən, gənclərin pis vərdişlərə öyrəşməsindən və PKK terrorundan danışan satıcı hazırkı hökümətin apardığı siyasətin onları qane etmədiyini vurğulayır.

Şəhərin mərkəzndəki qədim camenin yanında olarkən taksi sürcülərindən öyrənirəm ki, İqdırın yaxınlıqdıkı qonşu Qarsla əlaqəsi kəsilib və bu istiqamətə bütün avtobus reysləri təxirə salınıb. İqdırda da qarın yağmasına ən çox uşaqlar sevinir. Həm də ona görə ki, həmin gün məktəblər bağlanıb.

“Rəhmətlik Elçibəy də deyirdi ki, adam da heç öz vətəninə pasportla gələr?”

Mərhum eks-prezident Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycana gələrək, Tibb Univeristetində təhsil alıb ölkəsinə qayıdıb böyük bir əczanə (aptek) açan Allahverdi Karaca ilə görüşürəm. Azərbaycan gündəmini daima izlədiyini deyən A.Karaca Bakıda oxuduğu illərdə onlara göstərilən isti münasibətdən danışır: “Bizi yolda saxlayan polislərə pasportumuzu göstərəndən bizlə iki əlli görüşürdülər. Rəhmətlik Elçibəy də deyirdi ki, adam da heç öz vətəninə pasportla gələr?”.

A.Karaca deyir ki, həmin dövrdə Türkiyədən Azərbaycana gedən 20 türk tələbədən biri olub: “Orada aldığımız təhsilin nəticəsidir ki, həmin o 20 nəfər özlərinin işini qurub və bir çox uğura imza atıblar. Hazırda İqdırda da Azərbaycandan olan həkimlər çalışır. İl Sağlık müdiri də zamanında Azərbaycanda təhsil alanlardandır”.

“Bura çörək pulu dalınca gəlmişik”

İqdırın mərkəzini gəzməyə davam edirəm. Mərkəzdə mərhum prezident Heydər Əliyevin adının daşıyan parkın yanında müştəri gözləyən taksi sürcüləri ilə söhbət edirəm. Azərbaycandan bura işləməyə gəldiklərini deyən taksi sürücüləri bildirirlər ki, İqdır onların ikinci vətənləridir: “Hamımız bura çörək pulu dalınca gəlmişik. Dilimiz, dinimiz eynidir. Heç bir çətinlik çəkmirik. İqdır bizə Bakı qədər doğmadır”.

Şəhər mərkəzini gəzərkən maraqlı bir çadrla rastlaşıram. Öyrənirəm ki, üzərinə “Qadın Əmək Bazarı” yazılan bu çadrda bazar günləri insan izdihamı yaşanır. Bələdiyyə tərəfindən təşkil olunana yarmarkaya qatılan qadınlar burada öz əl işlərini sərgiləyir və satırlar.

Hər 10 metrdən bir səyyar qəzet stendi ilə rastlaşdğım İqdırda sonuncu ziyarətim Millətçi Hərakat Partiyasının (MHP) İqdır il başkanı Cahit Erol olur. (Onunla müsahibə artıq musavat.com-a yerləşdirilib – http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/141324-%E2%80%9CANADOLU_T%C3%9CRK%C3%9CN%C3%9CN_BA%C5%9EINI_K%C6%8FSS%C6%8FN_QANI_AZ%C6%8FRBAYCANA_T%C6%8FR%C6%8FF_AXAR%E2%80%9D_(FOTOLAR) ) Qara görə yollar bağlı olduğundan, Qars səfərimi bir gün sonraya keçirmək məcburiyyətində qalıram.

Fərahim İLQAROĞLU
Türkiyə-İğdır

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER