İranda yenidən yanaçağın qiymətinin artması gözlənilir

          İran parlamenti hakimiyyətin subsidiyaların ləğvi planının ikinci mərhələsinin icrasına qadağa qoyub. Subsidiyaların ləğvinin birinci mərhələsi 2010-cu ilin dekabr ayında həyata keçirilib və enerjidaşıyıcılarının qiymətlərinin artırılması ilə yanaşı, kompensasiya olaraq, əhalinin bank hesabına adambaşına ayda 450 min (dolların bazardakı məzənnəsi ilə 15 dollar) pul köçürülür.
            Hazırda İranda qazın min kubmetrı 700 min rial, kvota ilə satılan benzinin bir litri 3000, kvotasız satışda olan benzinin bir litri 7000 rial, kvota ilə satılan dizelin bir litri 1500, kvotasız 3500 rialdır.
            Dolların məzənnəsi bazarda 30 min rialdan artıqdır.
            Beləliklə, İranda qazın, benzinin və dizelin qiymətləri (azad bazarda) misal üçün, qonşu Türkiyə ilə müqayisədə müvafiq olaraq 18,73, 11,5 və 20,6 dəfə ucuzdur. Belə ucuz qiymətlər benzin və dizelin qaçaqmalçılığının kifayət qədər artmasına səbəb olub.
          Rəsmi statistikalara görə, subsidiyaların ləğvinin birinci mərhələsi başlamazdan əvvəl – 2009-cu ildə İrandan xaricə sutkada 10 milyon litr benzin və dizel qaçaqmalçılıq yolu ilə çıxarılırdı. Bu rəqəm 2011-ci ildə sutkada 3 milyon litrə düşdü.
            İran rialının son 4 ayda dollarla müqayisədə 40 faiz ucuzlaşması ölkə daxilində və xaricdə enerjidaşıyıcıların qiymət fərqini artırıb.
            İranın neft nazirinin müavini Əlirza Zeyğəmi (Ali-Reza Zeighami) yanvarın 7-də MEHR agentliyinə bildirib ki, müxtəlif vasitələr və yollarla enerjidaşıyıcıların qaçaqmalçılığı intensivləşib, buna görə də dizel və benzinin qiymətlərinin artırılması labüddur.
            Zeyğəmi noyabrın 25-də, həmçinin bildirmişdi ki, hal-hazırda sutkada 6 milyon litr dizel və 2 milyon litr benzin ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılır.
            Benzin və dizelin qiymətinin növbəti ilədək (İran təqvimi ilə 2014-cü il mart ayının 20-dək) artırılmasına parlament qəti qadağa qoyub.
            İranda benzin və dizelin qiymətlərinin səviyyəsini 2011-ci ildəki göstəricilərə çatdırmaq üçün qiymətləri ən azı rialın itirdiyi dəyər – yəni 40 faizə qədər artırmaq lazımdır. Rəsmi statistikalara görə, hazırda ölkədə inflyasiya 26 faiz səviyyəsindədir. Hətta Beynəlxalq Maliyyə İnstitutunun dekabr ayında yaydığı statistikaya görə, İranda inflyasiya 50 faiz təşkil edir. Demək, enerjidaşıyıcıların qiymətlərinin artımı inflyasiyanın səviyyəsini daha da artıracaq. Bu isə xüsusilə sənaye sektoru üçün böyük problemdir. Hazırda sanksiyaların təsiri ilə ölkənin sənaye sektoru yaxşı vəziyyətdə deyil. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2012-ci ildə ölkədə iqtisadi inkişaf mənfi 0,9 faiz təşkil edib. Beynəlxalq Maliyyə İnstutu isə təxmin edir ki, İran iqtisadiyyatı 2012-ci ildə 3,5 faiz kiçilib.
            Digər tərəfdən, ölkənin daxilində və xaricində enerjidaşıyıcıların qiymət fərqi o qədər böyükdür ki, hətta qiymətlərin 40 faiz artırılması da çətin ki, qaçaqlamçılığın azalmasına böyük təsir etsin.
            Beləliklə, subsidiyaların ləğvinin ikinci mərhələsinin icra olunub-olunmaması bir riskli müəmma kimi, yəqin ki, uzun müddət parlament və hakimiyyət arasında mübahisə mövzusu olacaq.

Dalğa Xatınoğlu
Trend-in Fars xəbərlər xidmətinin rəhbəri

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER