31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik gününün təşəbbüskarı mərhum Əbülfəz Elçibəydir (VIDEO)

Elçibəy yenə də müxalifəti bir araya topladı

Milli Demokratik qüvvələr Həmrəylik Günü Milli Azadlıq hərəkatının liderinin məzarını ziyarət etdi


İsa Qəmbər: “Gələn il Əbülfəz Elçibəyin 75 yaşı tamam olacaq, Müsavat Partiyası olaraq 2013-cü ili Elçibəy ili elan etmişik”

Əli Kərimli: “Azərbaycanın bütövləşməsi, demokratikləşməsir üçün bütün azərbaycanlıları bir olmağa, həmrəy olmağa çağırıram”

Mirmahmud Mirəlioğlu: “Bu həmrəyliyimiz hər zaman olsun, Azərbaycan naminə, dövlət və millət naminə həmrəyliyimiz həmişə olsun”

 Dekabrın 31-də İctimai Palatanın üzvləri və quruma daxil olan partiyalar, o cümlədən Demokratik Qüvvələrin Məşvərət Məclisinə daxil olan partiyalar 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Fəxri Xiyabanı ziyarət ediblər. Onlar milli azadlıq hərəkatının lideri, eks- president Əbülfəz Elçibəyin məzarını ziyarət edərək onun ruhuna dualar oxuyub və cəmiyyətə həmrəyliklə bağlı arzularını, mesajlarını çatdırıblar.


Əvvəlcə İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli Ə.Elçibəyin ruhuna dualar oxuyub. Daha sonra KXCP sədri Mirmahmud Mirəlioğlu məzar başında Azərbaycanın dövlət himninin oxunmasını təklif edib. Himn oxunduqdan sonra M.Mirləoğlu çıxışında bildirib ki, bugünkü günün sahibinin məzarı önündə bir daha həmrəylik barədə düşünmək lazımdır: “Bu günün meydana gəlməsindən, kimin adına yazılmasından asılı olmayaraq, kimin nə deməyindən asılı olmararaq bu günün bir sahibi vardır ki, o, Azərbaycan xalqıdır. Sərhəd hərəkatıdır, milli azadlıq hərəkatıdır. Günün konkret olaraq seçilməsinin də müəllifi Əbülfəz Elçibəydir. Günün yaranmasından ötrü biz illərlə yol gəldik millət olaraq. Bu, əslində Azərbaycan Xalq Cümhuriyyətinin bərpasına doğru gedən insanların, bütövlükdə Azərbayxan üçün çalışan insanların birgə iştirakı idi. Amma həm də bu, dünya Azərbaycan türklərinin həmrəylik günü idi. O insanlar, xalqlar ki, nümayəndələri Azərbaycanda yaşayır, Azərbaycan adına gördükləri işlərə görə, Azərbaycan Xalq Cümhiriyyətində iştiraklarına görə, Cümhuriyyətin bərpasında iştiraklarına görə onlara təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Amma bizim başımıza gələnlərin hamısı, Azərbaycnanın parçalanması, millətimizin bu gündə olması, torpağımızın param-parça olması ancaq və ancaq Azərbaycan türkünə görə idi. Bütün bu işgəncələr, repressiyalar Azərbaycan türkünə qarşı idi. Bu, millətləri, xalqları bir-birindən ayırmaq deyil. Amma adı ilə hər şeyi deməkdir. 31 dekabrla bağlı görülən işlərə, nəhayətdə o insanlara, sərhəd hərəkatında iştirak edənlərə, milli azadlıq hərəkatında olanlara Əbülfəz Elçibəy başda olmaqla o günü qismət etdi ki, bu bayramları həm də dövlət miqyasında qeyd etdik. Əbülfəz Elçibəyin sərəncamı ilə də 31 dekabr dünya Azərbaycan türklərinin həmrəylik günü oldu. Bizim həmrəyliyə böyük ehtiyacımız vzr. Xüsusilə bugünkü gündə. Bu gün sövqi-təbiiliklə bir həmrəylik var Azərbaycanda. Bu yolu da bizim üçün qoyan Əbülfəz Elçibəyin müqəddəs məzarı önündə bu var. Hamımız eyni vaxtda ziyarətə gəlmişik. Bu həmrəyliyimiz hər zaman olsun, Azərbaycan naminə, dövlət və millət naminə həmrəyliyimiz həmişə olsun”.

 

AXCP sədri Əli Kərimli də demokratik qüvvələri həmrəy olmağa çağırıb: “Bu günün yaradıcısı məhz bu böyük şəxsiyyətdir, Əbülfəz Elçibəydir. İnsanlar tarixdə qalmağa hər zaman can atıblar. Kimlərsə çoxsaylı heykəlləri ilə, kimlərsə öz bioloji varislərinin simasında tarixdə yaşamağa səy göstəriblər. Əbülfəz Elçibəy o böyük şəxsiyyətdir ki, öz əməli ilə və böyük ideyaları ilə tarixdə qaldı. Baxın, onu yaşadan nələrdir? O, övladlarına hakimiyyət qoyub getmədi. Övladlarına, döğmalarına var-dövlət qoyub getmədi. Amma o, bu gün də milyonların qəlbində yaşayır. Onu yaşadan ilk növbədə böyük ideyalarıdır. Azərbaycanın müstəqilliyi, bütövlüyü fəlsəfəsinə gəlincə isə, bu bayram, ölkənin demokratikləşməsi ilə bağlı plan, böyük ideyalar onun adına bağlıdır. İkinci, Əbülfəz Elçibəy əməlləri ilə yaşayır. O, qısa bir müddətdə Azərbaycan xalqına şərəfli bayramları bəxş etdi. Bu gün o bayramlardan biridir, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Amma bundan əlavə, azərbaycanlıların milli dirçəliş günü, ikinci dəfə müstəqillik günü həmin bayramlardan idi ki, əməllə yazıldı Azərbaycxna tarixinə. Bu günkü bayramda da üç ciddi mesaj var Azərbaycan xalqına. Birinci, bu bayram bizim hamımızın yadına salır ki, biz parçalanmış xalqıq. Biz digər ölkələrdə yaşayan azərbaycanlıları da xatırlamaq, onların həmrəylik haqqını düşünmək məcburiyyətindəyik.İkinci ciddi mesaj odur ki, nə qədər müxtəlif fikirli olsaq da, bi- birimizə tolerant olmalıyıq. Həmrəylyti bu mənada başa düşmək lazımdır. Milli həmrəylik onu ehtiva edir ki, bir-birimizə həmrəy olmağı bacarmalıyıq. Üçüncü, bu bayram bizim hamımızı böyük amallar məqsədi ilə bir araya gəlməyə çağırır. Bu, bir çağırışdır. Milli ideyalar üçün bir araya gəlməyin çağırışıdır. İşğal altındakı torpaqların azad olunmasıdır, Azərbaycanın bütövləşməsidir, demokratikləşməsidir. Bu amallar üçün bütün azərbaycanlıları bir olmağa, həmrəy olmağa çağırıram”.

İ.Qəmbər çıxışı zamanı gələn il keçiriləcək prezident seçkilərindən də söz salıb: “Çox önəmli mərhələyə gəlib çıxmışıq. Gələn il 2013-c ildir, həddindən artıq önəmli ildir. Gələn il bütün Azərbaycan xalqının tarixinə 1918-ci, 1991- 92-ci il kimi daxil ola bilər. Milli qüvvələr xalqın iradəsi ilə hakimiyyətə gəlməlidir ki, Rəsulzadə- Elçibəy yolu davam etsin. Biz Müsavat Partiyası olaraq 2013-cü ili Elçibəy ili elan etmişik. Gələn il Əbülfəz Elçibəyin 75 yaşı tamam olacaq. İnanıram ki, Elçibəyin ruhu həmişə olduğu kimi, 2013-cü ildə də millətimizə qüvvə verəcək ki, qarşıdakı hədəflərə doğru yürüyə bilək, o hədəflərə çata bilək, problemlərin həllinə başlaya bilək. Əsl həmrəylik xalqdadır. Millətimizlə birlikdə o arzuları həyata keçirəcəyik. O zaman hər zaman haqqımız olacaq ki, bu böyük insanın müqəddəs məzarı başına gəlib deyə bilək ki, biz sənin ideyalarına doğru daha bir mühüm addım atdıq. Azərbaycanımızın problemlərinin həlli istiqamətinə daha bir addım atdıq. İnanıram ki, 2013-cü il birgə dəyərlərimizlə biz bunu edə biləcəyik”. Sonda ziyarətçilər yenə dövlət himnini oxumaqla tədbiri yekunlaşdırdılar.

Xatırladaq ki, 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi mərhum Əbülfəz Elçibəyin təşəbbüsü olub.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER