İrəvanın işğalı ilə bağlı türk dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət olundu

“Biz, Qərbi Azərbaycanlılar öz dədə-baba yurdlarımıza qayıtmaqda israrlı olduğumuzu və mübarizə aparacağımızı bəyan edirik”

Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşkilatçılığı ilə keçirilən “İrəvanın işgalının 185 ili” adlı tədbir keçirilib.

 Tədbir iştirakçıları Türk dövlətlərinə və beynalxalq təşkilatlara müraciət ünvanlayıblar.

Müraciətdə qeyd olunur ki, tarixi faktlarla sübut olunduğu kimi, hazırda Ermənistan respublikasi adlandırılan Qərbi Azərbaycan torpaqlarının aborigen sakinlari – türklər olublar. 1918-ci ilədək bu ərazidə erməni dövləti mövcud olmayıb. Belə ki, 6 oktyabr 1827-ci ildə İrəvan xanlığının çar Rusiyası tərəfindən işğalından sonra işğal edilmiş İrəvan xanlığının ərazisinə yuzminlərlə erməni (hay) köçürülmüş və gəlmələrin xeyrinə demoqrafik dəyişiklik yaratmağa çalışıblar. Çarın göstərişi ilə erməni ailələrinin muxtəlif ölkələrdən İrəvana və Azərbaycanın digər bölgələrinə köçürülməsində çar məmurları Lazarevin, Paskeviçin, Qriboyedovun və başqalarının xüsusi xidmətləri tarixi mənbələrdə inkar olunmaz faktlar kimi qalmaqdadır. Beləliklə Rusiya tərəfindən İrəvanın ilhaqından sonra yerli türklərin tarixi faciəsinin başlangıcı qoyuldu. Həmin ərazilərdə erməni dövlətinin yaradılmasını qarşılarına məqsəd kimi qoyan bədxahlar 1918-ci ilin mayında arzularına çatdılar:

“Ermənistan dövlətinin yaradılması ilə Azərbaycana qarşı torpaq iddiaları dövlət səviyyəsində hayata keçirilməyə başladı. Yerli Azərbaycan türklərinə qarşı soyqırım və etnik təmizləmə siyasəti geniş vüsət aldı.Toponim adlarından bəlli olduğu kimi tarixi türk yurdları olan İrəvanda, Zəngəzurda, Göyçədə, Zəngibasarda, Vedibasarda yüzlərlə yaşayış məntəqəsi dağıdıldı əhali soyqırıma məruz qaldı. Sovet dönəmində 1947 – 48 – ci illərdə davam edən Azərbaycan türklərinin departasiyası 1988 – 89 – cu illərdə başa çatdırıldı.  Hazırda Ermənistan respublikasında bir nəfər də olsun Azərbaycan türkü qalmayıb. Bütün bunlarla yanaşı erməni təcavüzü bu günə qədər davam edir”.

Müraciətdə o da vurğulanır ki, havadarlarına arxalanan erməni işğalçıları Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla 20% Azərbaycan torpaqlarını işğal edərək həmin ərazilərdə etnik təmizləmə aparıblar. BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının erməni işğalından azad olunması haqda 4 qətnaməsi yerinə yetirilməmiş qalır. Dünya birliyi isə bu ədalətsizliyə göz yummaqla əslində ermənipərəst mövqe nümayiş etdirir:

“Biz, Qərbi Azərbaycanlılar bütün təşkilatlara – Türk dövlətlərinə, o cümlədən BMT-yə, ATƏT-ə, Avropa PA-na, AB ölkələrinə, İslam Ölkələri Konfransina müraciət edərək departasiya olunmuş Qərbi Azərbaycanlıların hüqüqlarının bərpa olunmasını, onların talan olunmuş əmlaklarının əvəzinin ödənilməsini, doğma yurdlarına qayıdışı üçün təminatın yaradılmasını tələb edirik. Bu qlobal problemlərin həllində Azərbaycan hökumətinin gördüyü işlərə dayaq olmaqla bir daha bəyan edirik ki, biz Qərbi Azərbaycanlılar itirilmiş torpaqlarımızın geri qaytarılmasında, arazi bütövlüyümüzün barpası uğrunda Azərbaycan dövlətinin və hökumətinin daim yanındayıq və vətənimizin müsəlləh əsgərləriyik.

Biz, toplantı iştirakçıları Qərbi Azərbaycandan departasiya olunmuş əhali adından Azərbaycan hökumətinə və Azərbaycan – Ermənistan müharibəsinin beynəlxalq hüquq normalarına dayanaraq həll edilməsində və işğalçıların işğal etdikləri ərazimizdən çıxarılmasında maraqlı olan bütün beynəlxalq qurumlara müraciət edərək Dağlıq Qarabağla yanaşı İrəvan məsələsinin də danışıqlar predmeti olmasını, Qərbi Azərbaycan türklərinin mühacir hökumətinin də danışıqlara cəlb edilməsini və bizlərin hüquqlarının tanınmasını tələb edirik. Həmçinin biz Qərbi Azərbaycanlılar öz dədə-baba yurdlarımıza qayıtmaqda israrlı olduğumuzu və bu yolda qətiyyətlə mübarizə aparacağımızı bəyan edirik”.
Elməddin

Publika.Az

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER