Mahmudəli Çöhrəqanlı :”İcazə versələr də, verməsələr də, Azərbaycana gedirəm”

Mahmudəli Çöhrəqanlı

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının ABŞ-da mühacirətdə olan lideri Mahmudəli Çöhrəqanlı ona qarşı qüvvədə olan yasaqlara baxmayaraq “izin verilsə də, verilməsə də” yaxın həftələrdə Azərbaycana getməkdə qararlıdır.

BBC Azərbaycancaya müsahibəsində cənab Çöhrəqanlı bildirib ki, bir müddət əvvəl millət vəkili Sabir Rüstəmxanlı prezident İlham Əliyevə müraciət edərək ondan bu səfərin baş tutmasına razılıq verməsini xahiş edib.

“Müraciətə cavab verilib-verilməyəcəyini bilmirəm. Amma nə olursa-olsun – məktuba cavab gəlsə də, gəlməsə də bölgəmizin ən həssas və tarixi mərhələsində vəzifəmi yerinə yetirmək üçün Azərbaycana getməliyəm” – deyib Mahmudəli Çöhrəqanlı.

Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri Azərbaycana səfərinin “xalqın əhval-ruhiyyəsini və mubarizə hazırlıqını yüksəltmək” məqsədi daşıdığını bildirib.

Milli Məclisin üzvü Sabir Rüstəmxanlı BBC Azərbaycancaya müsahibəsində Mahmudəli Çöhrəqanlının üzərindən Azərbaycana gəlmə qadağasının götürülməsi ilə bağlı prezident İlham Əliyevə müraciət etdiyini təsdiqləyib.

Hazırda Türkiyədə olan Sabir Rüstəmxanlı bildirib ki, İlham Əliyevə ilk müraciətini hələ bu ilin noyabrında Çöhrəqanlının Bakıya gözlənilən səfəri ərəfəsində etmişdi.

“Çöhrəqanlı Milliyyətçi Hərəkat Partiyasının Ankarada keçiriləcək qurultayında iştirak etdikdən sonra Bakıya gələcəkdi. Lakin onun İstanbul hava limanından deportasiya olunması səbəbindən Bakı səfəri reallaşmadı” – Rüstəmxanlı deyib.

“İlham Əliyev sizin müraciətinizə müsbət cavab vermişdimi” sualına Sabir Rüstəmxanlı “təəssüf ki, hər hansı cavab almadıq” deyib.

Sabir Rüstəmxanlı Azərbaycan rəhbərliyinə bununla bağlı yenidən müraciət edəcəyini bildirib.

“İranın nazı”

Onun sözlərinə görə, Dünya Azərbaycanlıları Konqresinin Bakıda keçiriləcək qurultayında Çöhrəqanlı qurumun Məşvərət Şurasının sədri kimi “mütləq” iştirak etməlidir.

Qurultayın tarixi 2013-cü ilin yanvarında Almaniyanın Frankfurt şəhərində Çöhrəqanlının iştirakı ilə keçiriləcək toplantıda dəqiqləşdiriləcək.

“Güman edirəm ki, Mahmudəli Çöhrəqanlının Azərbaycana gəlib-getməsində hər hansı problem olmamalıdır” deputat bildirib.

Sabir Rüstəmxanlı Çöhrəqanlıya qarşı yasağın qüvvədə qalmasında İran hakimiyyətini günahkar bilib. O bildirib ki rəsmi Tehran bu məsələdə “ərköyünlük və qudurğanlıq” edərək Azərbaycana təzyiq edir.

“İş o yerə çatıb ki, biz Güney Azərbaycanla bağlı mədəni tədbir keçirmək istəyəndə də İran bunu separatçılıq və İranı bölmək cəhdi kimi dəyərləndirib Azərbaycana nota verir. İranın nazı ilə bu qədər oynamaq olmaz” deyib cənab Rüstəmxanlı.

İran bu yaxınlarda Sabir Rüstəmxanlınının çıxışına görə, Azərbaycana Klikləyin rəsmi nota verib.

Arzuolunmaz şəxs

“Əgər Çöhrəqanlı Azərbaycanda İran əleyhinə fəaliyyət göstərsə, təbii ki, İran dövləti buna qarşılıq verəcək.”

Əfşar Süleymani

Mahmudəli Çöhrəqanlı Azərbaycanda sonuncu dəfə 2006-cı ilin iyununda olub.

O zaman Türkiyədə səfərdə olan cənab Çöhrəqanlı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Azərbaycana deportasiya edilib.

Bakıda isə o bir neçə görüş keçirdikdən sonra polis qüvvələri tərəfindən ölkədən çıxarılıb. Onu Bakı-Nyu-York təyyarə reysi ilə ABŞ-a yola salıblar.

O dövrdə İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymani BBC Azərbaycancaya deyib ki, hər iki ölkə “bir-birinin təhlükəsizliyinə təhdid olacaq hərəkətlərə yol verməyəcəyi barədə” üzərinə öhdəlik göturub.

“Bu öhdəliyə əsasən, İranda Azərbaycan əleyhinə və ya əksinə, Azərbaycanda İran əleyhinə təbliğat aparılsa, bu, razılaşdırılmış qaydaların pozulması anlamına gəlir” – keçmiş səfir xəbərdarlıq edib.

Onun sözlərinə görə, Çöhrəqanlıya viza verilib-verilməməsi Azərbaycanın “suveren huququdur”.

“Amma əgər Çöhrəqanlı Azərbaycanda İran əleyhinə fəaliyyət göstərsə, təbii ki, İran dövləti buna qarşılıq verəcək” – Əfşar Süleymani bildirib.

Linklər

İlhamə Qasımlı

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER