Şahmar Bayramlı : Türk olmaq “utancdır”

Əslində bu mövzuda yazmaqdan hər zaman çəkinmişəm. Azərbaycan kimi ölkədə türklük qəbahətdir. Anlamadığım da məhz budur. Talış rahatlıqla talış kimliyini daşıyır, ləzgi ləzgiliyindən imtina etmir, kürdü özünü bir tutub ki, toxunulmazlıq zənciri vardır və s. sadalamaq olar. Mən Azərbaycanda bir kimsənin öz millətini təhqir etdiyini görmədim. Yeganə ölkələrdənik ki, bu qədər çox millətli olmağımıza baxmayaraq heç bir millət ayrıcalığı edilmir.

Yox, yox… edilir. Həm də bir türk cümhuriyyəti olan Azərbaycanda türklərə böyük təhqirlər var. Məhz bu səbəbdən “azəri” ləkəsi üzərimizə yaxılıb. Çünkü türkləri söyəndə cavab verə bilməyək deyə. Axı türklər deyəndə yalnız 80 milyona yaxın nüfuza malik Türkiyə Cümhuriyyəti sərhədləri daxilindəki əhali nəzərdə tutulur.

– Bəs Azərbaycan türkləri, Özbəklər, Uyğurlar, Qazaxlar, Tatarlar, Türkmənlər, Qırğızlar, Çuvaşlar, Qaşqaylar və s.? Axı dünyadakı təkcə türk dövlətləri və türk qurumlarındakı türklərin nüfuzu 250 milyondan artıqdır. Tarixdə Rusiya kimi türklərin kökünü unutdurub özününküləşdirən reallıqları da nəzərə alsaq, bu rəqəm rahatlıqla 300 milyona yaxınlaşar. Ancaq biz “türk” deyilik, “azəri”yik. Azəri kəlməsi başqa bir mövzudur. Buna başqa bir yazımda toxunacağam.

Keçən ilin bəzi məlumatlarını oxuyurdum. Dövlət statistika komitəsinin yüksək rütbəli rəsmisinin açıqlaması yer alan yazıda Azərbaycanda yaşayan millətlərin sayı qeyd edilib. 8 milyon 172 min 800 nəfər ( 91%) azərbaycanlı, 38 min nəfər( 0,4%) türk və talışların, ləzgilərin, rusların, digər millətlərin sayı. Azərbaycanlı və türk? Nə zamandan dünyada azərbaycanlı adında millət var?

Tələbəlik illərində ən unuda bilmədiyim hadisələrdən birini xatırlayıram. Mən Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü korpusunda təhsil almışam. Təhsil aldığım illərdə bizim fakultədə və 4-cü mərtəbədəki “Türk dünyasının işlətməsi fakultəsi”ndə çox saylı Türkiyə vətəndaşları təhsil alırdı. Azərbaycanlı tələbələr mənim gözlərim qarşısında “türklərdən xoşum gəlmir”, “otağın qapısını örtün, türkləri görmək istəmirəm”, – deyə ifadələr işlədirdi. Hər dəfə də bunun üstündə mübahisələr yaranırdı. Təsəvvür edin ki, mən talışın yanında talış haqqında, ləzginin yanında ləzgi haqqında, rusun yanında rusun haqqında bu fikirləri söyləyirəm. Necə təsir edər? Mən necə ki, xalqımı talışıyla, ləzgisiylə, kürdü, rusu, gürcüsüylə bərabər sevirəmsə, eyni sevginin qarşılığı olsun istərəm.

Ancaq bir həqiqəti utanc hissi ilə etiraf edəcəm. Düşmən görün necə siyasət işlədib, türkü türkdən ayıran da bir Azərbaycan türküdür. Yox, yox, “azəri”dir… “Afərin düşmən!”, çox gözəl bacarmısan. Türk əyilməzdir, böyükdür, güclüdür. Onun üzərində hegemonluq etmək üçün türklüyündən vaz keçirməli olduğunu yaxşı bilirsən. Sən türkə türkdən başqa kimsənin təsir edə bilməyəcəyini bildiyin üçün “azəri”nin əliylə çox gözəl bacarırsan. Atilla bütün dünyaya necə qorxu salıbsa, hələ də türklüyümüzə qayıtmağımıza imkan vermirlər.

Ancaq unutma, düşmən, -sən Atillanın da, başqa türklərin də qarşısını xəyanətlə almağa çalışmısan. Lakin nə çin səddi, nə də sənin oyunların, hiylələrin türkün qarşısını ala bilməyib. Bizim rəmzimiz “boz qurd”dur, sənin kimi çaqqalları… nə isə…

Türklərin şanlı tarixi necə yazılıb, yenə də yazılmağa davam edəcək!

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER