Qarabağ və Suriya ermənilərinə Telemarafon vasitəsilə 21 milyon dollardan çox pul yığılıb

Telemarafonda Qarabağ və Suriya ermənilərinə 21 milyon dollardan çox pul yığılıb Ümumerməni Fondunun Los-Ancelesdə keçirdiyi telemarafon.

Hayastan Ümumerməni Fondunun təşkil etdiyi builki telemarafonda Qarabağ və Suriyadan olan ermənilər üçün  21 422 477 dollar toplanıb. Bu pulun yarıdan çoxunu – 12 milyon dollarını noyabrın 8-də Moskvada keçirilən qala-konsertdə Rusiyada yaşayan zəngin ermənilər veriblər. Məsələn, Moskvadakı sığorta maqnatı Sergei Sarkisov həmin fonda 4 milyon dollar bağışlayıb. 

Fond dekabrın 22-də axşam ABŞ-ın Los-Anceles şəhərində keçirdiyi telemarafonda isə 7 milyon dollar toplayıb. Keçənilki marafonda onlar Los-Ancelesdə 12 milyon dollar toplaya bilmişdilər.

Fondun rəsmiləri bildirirlər ki, bu il toplanan vəsait Qarabağda daha çox kənddə icma mərkəzlərinin yaradılmasına sərf ediləcək.

Hayastan Ümumerməni Fondu bu il toplanan vəsaitin 10 faizini də Suriyadakı erməni icmalarına yardıma xərcləyəcəyini bildirir.

20 il əvvəl yaradılan bu fond indiyə qədər Ermənistan və Qarabağdakı layihələrə 235 milyon dollar xərcləyib. Fond indiyə qədər 500 kilometr yol çəkdiyini, yüzlərlə yaşayış binası, evlər, məktəblər tikdiyini bildirir.

Fondun İdarə Heyətinə Ermənistan prezidenti Serzh Sarkisian rəhbərlik edir. Heyətə başqa yüksək vəzifəli ermənilər, Katalikos II Karegin də daxildir.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER