Türk dilində danışanlar məktəbdən qovulacaqlar

2004-ci ildə Türk dilinin arxivə göndərildiyi Hollandiyada indi də məktəblərdə Türkçə danışmaq qadağan edildi. Bir çox ilk və orta dərəcəli məktəb rəhbərliklərinin verdiyi qərarla məktəb dövrü də daxil olmaqla məktəbin həyətində, dəhlizlərdə, sinif və məktəb kantinlərində Türkçə danışmaq qadağan olunub. Qadağanı pozan şagirdləri 3 dəfə xəbərdarlıq etdikdən sonra məktəbdən qovulmaq təhlükəsi gözləyir.Paytaxt Amsterdam Cosmicus Montessori Liseyi şagirdi Denizhan Murat Üresin(18), məktəb rəhbərliyinin aldığı qərara tabe olmadığı ücün məktəbdən qovulduğu bildirilir. Bu barədə o şəxsi twitter adresində də yazıb.

Məktəb rəhbərliyinin təzyiqi üzündən bir çox şagirdlərin etiraz etmədiyini qeyd edən Üres, “Məktəbimizdə təxminən 500 şagird var. Bu tələbələrin 70 faizi türk mənşəlidir. Məktəb rəhbərliyi məktəb saatları içərisində həyətdə, dəhlizlər, siniflərdə və bufetdə Türkçə danışmağı qadağan edib. Mən də bu qadağaya qarşı çıxdım. Apardığım araşdırmalarda Hollandiyada məktəb qaydalarında “ana dilinizi danışa bilməzsiniz” deyə bir maddə yoxdur. Əslində bu mövzuda danışmaq istəyən bir çox şagird var, amma onlar məktəbdən qovulma qorxusundan susmaq yolunu seciblər “deyib.

“Mənə “Qoyulan qadağaya uymadınız” deyərək bir neçə dəfə xəbərdarlıq etdilər. Hətta məktəb müdürümüz məktəbdə, məktəb saatları içərisində Türkçə danışmayacağıma dair mənə bir sənəd imzalatmağa da cəhd etdi. Amma mən o sənədi imzalamadım” deyən Denizhan Murat Üres, “Sonunda da məni məktəbdən cıxardılar. Buna görə cox təsirləndim. Mən özümü bu yolda fəda etdim. Hüquqi yollarla haqqımı tələb edəcəm. Ana dilimin qorunması ücün mübarizəmi davam etdirəcəm. Əgər, bu yolda fəda olmaq varsa, mən buna hazıram” söyləyib.

Ana dilində danışdığı səbəbiylə oğlunun məktəbdən atılmasına üsyan edən Gamze Sibel Uzun isə, “Oğlum Türkçə danışdığı üçün məktəbdən qovulmuşdur, tək həqiqət budur. Bu mövzu haqqında məktəb rəhbərliyindən evimizə belə, iki müəllim göndərildi. Hər iki müəllim də evdə oğluma, “Dənizhan məktəbimizdə Türkçə danışmaq qadağandır. Bu qaydaya riayət etmək məcburiyyətindəsən” dedilər. İndi oğlumu məktəbdən cıxardıblar. Bu şəkildə oğlumun təhsil haqqını əlindən aldılar, buna ixtiyarları yoxdur. Azadlıqlar ölkəsi Hollandiyada yaşayırıqsa, belə bir qadağanı qoymağa kimsənin haqqı yoxdur” deyə bildirib.

Məktəbin təhsildən məsul müdiri Piet van Dijk isə “Hollandiyanın rəsmi dili Holland dilidir. Bəli, məktəb saatları içərisində yalnız Hollandca danışmalarını istəyirik. Belə bir qadağanı yalnız biz qoymadıq. Bizim kimi Hollandiya daxilində bir çox məktəb belə bir qərar verib” söyləyib.

Hollandiyadakı Azərbaycan-Turk Kultur Dərnəyi başqanı Ilhan Askın isə Publika.Az-a acıqlamasında, məsələnin yolverilməz olduğunu deyərək türklərin Hollandiyanın ictimai-siyasi həyatında cox önəmli rol oynadığına toxunub: “Məsələylə bağlı yaxından maraqlanırıq. Bununla bağlı aidiyyatı orqanlara müraciət etmişik. Hər kəsin öz dilində danışmaq haqqı var. Uşaqlar dərsdə holland dilində danışırlar. Dərsdən sonra tənəffüsdə hər kəs istədiyi dildə danışa və mahnı oxuya bilər. Başqa vaxt demokratiyadan danışırlar. Hollandiya da demokratik ölkədir, demokratik dəyərlərə hörmətlə yanaşdığını hər adımda xatırladır. Ona görə də bu dəyərlərə əməl edilməlidr”.

Nigar Almanqızı

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER