İnşqal altında olan ərazilərimizin geri qaytarılması real ola bilərmi ?

Müharibə nə dərəcədə realdır ?

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəticəsiz danışıqlar bölgədə yeni müharibə ehtimalını bir qədər də artırır. Artıq bir çox nüfuzlu beynəlxalq qurumlar, araşdırma mərkəzləri də müharibə ehtimalının ötən dövrlərlə müqayisədə daha yüksək olduğunu bildirir. Məsələn, ABŞ-ın WNWI radiosunda yer alan xəbərdə də iddia olunur ki, ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın gələn il hərbi əməliyyatlara start verməsi ehtimalı artıb.

Rusiyalı politoloq Aleksandr Xramçixin də Azərbaycanla Ermənistan arasında müharibənin gec-tez baş verəcəyini bildirib. O öz fikirlərini bununla əsaslandırıb ki, tərəflərin mövqeləri üst-üstə düşmür və bir-birinə həddindən artıq ziddir: “Bu səbəbdən də hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil. Atəşkəsin əldə olunmasından sonra aparılan danışıqlarda tərəflər bir addım belə qabağa gedə bilməyiblər. Heç bundan sonra da danışıqlarda hansısa irəliləyişin olacağına ümid yoxdur. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyəti isə göz qabağındadır. Onların növbəti illərdə də problemin həlli istiqamətində fəaliyyəti gözlənilmir. Ona görə də konfliktin həllinin yeganə yolu müharibədir və biz bu müharibənin gec-tez şahidi olacağıq”.

Amerikalı ekspert Ueyn Merri də hesab edir ki, yeni müharibə ehtimalı realdır və gündən-günə artmaqdadır. Onun fikrincə, 1990-cı illərin əvvəlinə nisbətən budəfəki müharibə, xüsusilə Azərbaycanın artan hərbi qüdrəti nəzərə alınarsa, daha intensiv və dəhşətli ola və az bir zamanda nəzarətdən çıxa bilər.

Maraqlıdır ki, ATƏT-in baş katibi Lamberto Zanier də bölgədə baş verənlərdən olduqca narahatdır: “Mən bir çox başqa adamlar kimi Dağlıq Qarabağ münaqişəsinin həllində hiss ediləcək irəliləyişin olmamasından narahatam. Danışıqlar prosesinin bərpası və münaqişənin sülh yolu ilə həlli yolunda çalışmaq çox vacibdir. Siyasi danışıqlar üçün daha uyğun şərtlərin yaradılması məqsədilə atəşkəs rejiminə riayət edilməsinə də ciddi ehtiyac var.

Mən təkcə istintaq mexanizmlərindən deyil, atışma, qoşunların hərəkətə gətirilməsi, pilotsuz uçan aparatların uçuşu və sabitliyin bərpa olunmasına mane olan başqa amillər kimi məsələlər ətrafında yerli komandirlərin mütəmadi olaraq görüşüb müzakirələr apara bilməsindən bəhs edirəm.

Bizim başqa uzanan münaqişələrlə apardığımız işlər yaxşı nümunə kimi istifadə oluna bilər. ATƏT-in sədrlik etdiyi Beynəlxalq Cenevrə müzakirələrindən sonra əldə olunan nəticələrdən biri 2008-ci ilin avqust ayında Gürcüstandakı münaqişədən sonra istifadə olunan əsir düşmüşlərin mübadiləsi kimi tərəflərdə sual doğuran məsələləri həll edən erqnet mexanizminin yaradılmasıdır.

Bu mexanizm bütün tərəflərin kifayət qədər uğurlu qəbul etdiyi və öz səmərəliliyini sübuta yetirmiş bir layihədir. Mən əminəm ki, tərəflər arasında etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyəti, parlamentarilər və KİV-lər böyük rol oynayır”.

Bilindiyi kimi, son vaxtlar ATƏT-in Minsk Qrupunun işindən müəyyən narazılıqlar göz qabağındadır. Başqa ölkələrin bu formata qoşula biləcəyinə gəlincə, Lamberto Zanier qeyd edir: “ATƏT-in Minsk Qrupu tərəflərin razılığa gəldiyi yeganə formatdır. Odur ki, bu formata hər hansı bir dəyişiklik tərəflərlə razılaşdırılmalıdır. Lakin münaqişənin nizamlanması çoxlu sayda ölkə və ya beynəlxvlq təşkilatların sülh prosesinə cəlb edilməsindən ibarət deyil.

Həll variantının tapılmasına görə məsuliyyət tərəflərin üzərinə düşür və bu halda münaqişənin həlli öhdəliyinin xarici vasitəçilərin üzərinə qoyulması qeyri-mümkündür, bu həm də heç bir səmərə verməz. ATƏT bu danışıqların davam etdirilməsi və tərəflər arasında, eləcə də insanlar arasında əlaqələr səviyyəsində etibarın möhkəmləndirilməsi üçün forumun təmin edilməsini təklif edə bilər”.

O bildirir ki, həll üçün vacib addım məhz gərginliyin gələcəkdə daha da artmasına yol verməmək üçün atəşkəs rejiminə ciddi riayət edilməsi, snayperlərin qoşunların təmas xəttindən geri çəkilməsi və cavab tədbirlərinin görülməsindən və hərbi bəyanatlar səsləndirməkdən imtina edilməsidir”:Nə qədər ki, münaqişə həll olunmamış qalır, belə bir vəziyyətdə siyasi kompromisə nail olmaq və fikir ayrılıqlarını aradan qaldırmaq daha da çətin olur, eyni zamanda insanların da təfəkküründə dəyişiklik etmək işi çətinləşir. Bugünkü gənclik münaqişənin olmadığı şərtlər dövründə yaşamaq təcrübəsinə malik deyil”.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER