Hafiz Paşayev: BMT Azərbaycan üçün ən vacib təşkilatlardan biridir

Hafiz Paşayev: BMT Azərbaycan üçün ən vacib təşkilatlardan biridir

Hafiz Paşayev: BMT Azərbaycan üçün ən vacib təşkilatlardan biridir

BMT Azərbaycan üçün ən vacib təşkilatlardan biridir. Trend-in məlumatına görə, bunu Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev Azərbaycanın BMT-yə tamhüquqlu üzv qəbul olunmasının ildönümünü qeyd etmək və BMT-nin Azərbaycandakı fəaliyyətinə nəzər salmaq məqsədilə ADA-da “Azərbaycan və BMT: 20 illik əməkdaşlıq və gələcək perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycan BMT-yə üzv olarkən ölkə üçün çətin və gərgin illər idi. Onun sözlərinə görə, həmin ərəfədə Azərbaycanın problemləri BMT səviyyəsində müzakirə olunurdu və Dağlıq Qarabağa dair dörd qətnamə qəbul olundu.

Paşayev bildirib ki, Azərbaycan ötən 20 il ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qədər gəlib çatıb: “Bu, bizim diplomatiyamızın uğurudur”.

BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk Azərbaycanın BMT-yə üzvlüyü münasibətilə təbriklərini çatdırıb.

O bildirib ki, müstəqilliyinin ilk illərində Azərbaycanın çətinliklərlə üzləşdiyini, bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu yada salsaq, son 20 ildə əldə edilmiş nailiyyətlər böyük təəssürat yaradır. Onun sözlərinə görə, həmin dövrdə BMT ilk diqqəti Azərbaycana humanitar yardım göstərməklə yönəltdi.

Bruk qeyd edib ki, BMT Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsində ölkəyə daim öz dəstəyini verib. Onun sözlərinə görə, bu gün ölkənin insan inkişafı baxımından mövqeyi güclənib.

BMT nümayəndəsi bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü ölkənin xarici siyasət sahəsində uğurudur və bu, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

O, həmçinin bildirib ki, Azərbaycan Asiya, Avropa və Orta Şərqdə əhəmiyyəti artan ölkəyə çevrilir. Bruk BMT-nin bundan sonra da Azərbaycana dəstək göstərəcəyini diqqətə çatdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER