Mühacirətdə olanlarla birgə Güney Azərbaycan Parlamenti yaradacağıq”-MÜSAHİBƏ

Uluslararası Güney Azərbaycan Türkləri Konseyinin sədri Camal Mehmetxanoğlunun Publika.Az-a müsahibəsi
– Konseylə bağlı bu aralar bəzi dedi-qodular var. Mümkünsə buna aydınlıq gətirərdiniz?
– Konseyimizi quranda 5 təməl prinsipimiz olduğunu bildirmişdik: milli bir qurum olacağıq, demokratik bir təşkilat olacağıq, müasir-dünyəvi bir qurum olacağıq, Qeyri Hökumət Təşkilatı  xarakterli bir təşkilat olacağıq, Güney ve Quzey Azərbaycanda, Türkiyədə fəaaliyyət göstərən bütün siyasi qurumlara eyni səviyyədə uzaq qalacağıq.
Bu təməl istəklərimizlə bağlı hazırda bir sıra problemlər yaşayırıq. Konseyin azad fikirli insanların yönətimində olması, nə yazıq ki, Azərbaycanda bəzi güclərə rahatsızlıq verir. Ona görə də onların konsey içindəki bəzi dostları bu düşüncəmizi dəyişməyə çalışırlar. Yəni konseyi bölməyə çalışdılar, ya da bölməyə çalışırlar.
Digər bir sıxıntımız isə Konsey içində yer alan bəzi güneyli təşkilatların təmsilçiləri ilə bağlıdır. Onlar Konseyimizin içində çoxlu güneyli təşkilatların olmasından narahatdırlar. Təssüf ki, sadaladığım bu iki qrup Konseyimizin təməl sütunu olan İdarə Heyətimizin qarşısında yer alırlar.
– Camal bəy, Konseylə bağlı çəkişmələrin başlaması uzun zamandır. Amma nədənsə siz susmağa üstünlük verdiniz?
– Çəkişmələr deyəndə, yuxarıda da bəhs etdiyimiz dostlarımız normal fikir söyləmək əvəzinə şər-böhtan kampaniyası ilə məşğul olur,  söyüş, təhqirlə mübarizə aparacaqlarını sanırlar. Mən və İdarə Heyətindəki dostlarımız onların səviyəsinə düşmək istəmədik.
 
– Mümkünsə hazırdakı fəaliyyətinizlə bağlı oxucularımıza məlumat verərdiniz?
– Konseyimizi yaradarkən qarşımıza qoyduğumuz məqsədə əməl etməyə  və bu istiqamətdə fəaliyyət göstərməyə çalışırıq.  Məqsədimiz başda Türkiyə və Quzey Azərbaycanda, sonrasında isə bütün dünyada Güney Azərbaycan məsələsini gündəmdə saxlamaq, tanıtmaqdır.  Gücümüz nisbətində bunu davam etdiririk. Qarşıdan gələn günlərdə,  özəlliklə də dekabr ayında Türkiyədə və Azərbaycanda tədbirlərimiz var. Bunlardan biri, 21 Azər olaylarının il dönümündə, Güney Azərbaycan Cümhuriyətinin yaranmasını və süqutunu özündə əks etdirən konfranslar təşkil etməkdir. Daha sonra isə 31 Dekabr “Dünya Azərbaycan Türklərinin Həmrəylik günü” münasibətiylə Ankara,  İstanbul və İzmirdən “Təbriz Gecələri” adlı böyük konsert proqramlarımız olacaq. Bu proqramlara, dünyaca tanınmış güney azərbaycanlı sənətçilər də  qatılacaq.
11-12 may 2013 tarixində isə Güney Azərbaycan Türklərinin milli mücadiləsi, görüləcək işlərlə bağlı planları özündə əks etdirən qurultayımız olacaq.
Bundan başqa əsas məqsədimiz və planımız bütün Güney Azərbaycanda fəaliyyət göstərən milli təşkilatların dəstəklədiyi bir konsey olmaq, dünya dövlətlərinin qarşısına 35 milyonluq Güney Azərbaycanın vahid səsi olaraq çıxmaqdır. Digər bir hədəfimiz isə Güney Azərbaycanın müstəqilliyi əldə olunana qədər Güney Azərbaycan Dövlətinin sürgündə parlamentini qurmaqdır.
 
Nigar Almanqızı
Türkiyə-İzmir
Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER