ERMƏNİ PREZİDENTƏ FRANSADA ETİRAZ EDILIB

FRANSADA ERMƏNİ PREZİDENTƏ ETİRAZ

Serj Sarkisyanın Fransa səfərinə etiraz olaraq Ermənistanın Parisdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Noyabrın 12-də Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ermənistanın Fransadakı səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilib.

APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, etiraz aksiyasında təxminən 1500-ə yaxın azərbaycanlı və türk iştirak edib. Aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal şəkildə iştirak etmiş, Xocalı soyqırımının təşkilatçılarından olan Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfərinə Azərbaycan diasporunun etirazını çatdırmaq olub.

Aksiyada “Qarabağ bizimdir bizim olacaq”! “Yelisey Sarkisyanı Xocalı qatili elan etməkdən imtina edir!”, “Fransa, öz gucünü BMT qətnamələrinin yerinə yetirilməsinə və  Azərbaycana qarşı erməni təcavüzünü dayandırmağa yönəlt!”, “Bir milyon azərbaycanlı qaçqınının hüqularını tapdayan cinayətkar Sarkisyan!”, “Nanəcib qatil Sarkisyan, Xocalıda  günahsız 613 azərbaycanlını öldürdüyünə görə cavab ver!”, “Qatil  Sarkisyan,  sənin yerin  Haaqa Tribunalıdır” və digər şüarlar səsləndirilib.

Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayan aksiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan azərbaycanlı şəhidlərin xatirəsi yad edilib. Aksiya iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin regionda sülhə və təhlükəsizliyə təhdid olduğunu, dünya birliyinin münaqişəyə ədalətli qiymət verməsini tələb edən şüarlar səsləndiriblər. Aksiyada “Koroğlu” uvertürası və qədim Azərbaycan xalq mahnısı olan “Sarı gəlin” musiqisinin sədaları altında çıxış edən Azərbaycan diasporunun fəalları, tanınmış ictimai xadimlər Ermənistanın təcavüzkar siyasətinə öz etirazlarını bildiriblər. Fransa Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, Milli Məclisin deputatı Rəfael Hüseynov, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov, Dünya Azərbaycanlıları Konqresinin sədri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova, Köln Türk Universitetləri Təşkilatının sədri Ləvənt Daşqıran, Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşqın, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və digərləri beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlanılmasının beynəlxalq hüquqa etinasızlığının təzahürü kimi qiymətləndiriblər. Çıxış edənlər Xocalı soyqırımı kimi dəhşətli bir cinayətin ssenari müəlliflərindən olan Sarkisyanın ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu vurğulayıblar.

Aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Fransa Azərbaycan Evi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, İsveçrə Azərbaycanın Dostları Dərnəyi, İspaniya Azərbaycanlıları Cəmiyyəti, Köln Türk Universitetləri Təşkilatı, Fransa Azərbaycanın Dostları Təşkilatı, Belçika Azərbaycanlıları Assosiasiyası, Hollandiya-Azərbaycan-Türk Kültür dərnəyi, Dünya Azərbaycanlıları Konqresi, Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya Türk Federasyonu, Fransa Türk Tələbələr Birliyi, Fransa Azərbaycan Evi, Köln Türk Federasiyası, Strasburq Azərbaycan Tələbələr Birliyi və digər təşkilatlar iştirak edib.
Aksiyanın sonunda qəbul edilmiş bəyanatın mətni oxunub. Bəyanat Ermənistan səfirliyinə təqdim olunub.

APA

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER