Hərəkat lideri Türkiyəyə buraxılmamasının səbəblərini öyrənməyə çalışıb.

ÇÖHRƏQANLI BAKIYA GƏLSİN, GƏLMƏSİN?

İqbal Ağazadə: “Ölkə prezidenti çıxışlarının birində “mən 50 milyonluq azərbaycanlının prezidentiyəm” deməklə əslində məsələlərə qismən də olsa aydınlıq gətirib”
Sabir Rüstəmxanlı: “Çöhrəqanlı Türkiyəyə də, Azərbaycana da, Təbrizə də qayıdacaq”

Ötən həftə MHP-nin qurultayına qatılmaq üçün üç günlük təyyarə uçuşlarından sonra Türkiyəyə səfər edən, ancaq Ankara hava limanından geriyə, daimi yaşadığı Birləşmiş Ştatlara dönməyə məcbur edilən Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının lideri başına gələnləri “BBC-Azərbaycan”a danışıb. Doktor Çöhrəqanlı deyib:

“Məni Türkiyəmin havasını belə udmağa imkan vermədilər. Nə yaşıma, nə yorğunluğuma məhəl qoydular… Qardaşlıq, qonşuluq, hətta insanlıq haqlarıma belə göz yumaraq, gəldiyim təyyarəyə oturdub, geri göndərdilər”. Çöhrəqanlı şübhə etmir ki, Türkiyəyə səfərinin baş tutmaması rəsmi Tehranın təzyiqlərinin nəticəsidir: “Mənə qeyri-rəsmi qaydada eşitdirildi ki, əmr İran səfirliyindən gəlibE Tehran istədiyi üçün Türkiyə qapıları üzümə bağlayıb”.

Hərəkat lideri Türkiyəyə buraxılmamasının səbəblərini öyrənməyə çalışıb.
“Onlara baş nazir Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl hakim partiyanın yığıncağında 1946-da Bakıdan Ankaraya pənah aparmış Azərbaycan mübarizlərinə Türkiyənin dayaq olduğu barədə tarixi çıxışını xatırlatdım və indi nə baş verdiyini sual etdim” – deyə Çöhrəqanlı bildirib.
“Biz Türkiyəni həmişə özümüzə qardaş bilirik. Məni içəri buraxmasalar da, oğlum Alparslan hələ Ankaradadır və Çərşənbə axşamı onu MHP lideri Devlet Bahçeli qəbul edəcək”, deyib hərəkat lideri. Çöhrəqanlı “Bakıdan cavab gözləyirəmE Ümid edirəm məsələ çox uzanmayacaq və Azərbaycana gəlib, nəhayət başımı millətimin döşünə qoya, dərdlərimi bölüşə biləcəyəm”, deyə bildirib.
Bir neçə il əvvəl Çöhrəqanlı Türkiyədəki münasibətlə Bakıda da üzləşmişdi. O zaman İranın təzyiqləri nəticəsində GAMOH lideri hətta yemək masasından qaldırılıb ölkədən deportasiya olunmuşdu. Ancaq İranın son illərdə Azərbaycana qarşı sərgilədiyi münasibət göz qabağındadır. Bu mənada heç bir əsas olmadan Azərbaycanın qapılarını güneyli soydaşımızı üzünə qapamaq ən azı ayıbdır. Azərbaycan hakimiyyəti beynəlxalq aləmin təzyiqlərinə baxmayaraq Ramil Səfərovu əfv etməyə qərar verdisə, o halda İranın təzyiqindən ehtiyatlanıb Çöhrəqanlı ilə bağlı qadağanı qaldırmaması qəribə görünür.

İqbal AğazadəDeputat İqbal Ağazadə Azərbaycan hökumətinin İrana yönəlik siyasətində uzun illərdən bəri davam edən ehtiyatlılıq mövqeyinin olduğunu bildirdi: “Bu baxımdan da Azərbaycan hökuməti bu tipli məsələlərdə adətən, bizdən çox fərqli mövqedən çıxış edir. Təbii ki, Milli Məclis Xaricdə yaşayan həmvətənlərlə bağlı ayrıca qanun layihəsi qəbul edib. Bunun üçün Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Dövlət Komitəsi var. Mühacir həyatı yaşayan bir azərbaycanlının Azərbaycana gəlişinin qadağan olunması heç bir halda nə Azərbaycanın özünün qanunlarına uyğundur, nə də dünyanın bugünki dönəmində Azərbaycanın həm Güney məsələsi, həm də Azərbaycanın güneyində yaşayan soydaşlarımızın hüquqları baxımından doğru qərar deyil. Amma nə edək ki, hələlik yeridilən siyasət budur”. İ.Ağazadə bildirdi ki, ona müraciət olunarsa, deputat və partiya sədri kimi bu məsələ ilə bağlı səlahiyyətli dövlət qurumlarına müraciət edə bilər: “Çöhrəqanlının Bakıya gəlişində də onu mən qarşılamışam, yerləşdirilməsini, müxtəlif kanallarda çıxışı ilə bağlı proseslərdə yaxından iştirak etmişəm. Bu dəfə də müraciət olarsa, mən bunu təşkil edərəm”. İ.Ağazadə ölkə başçısına müraciətləri faydalı sayır: “Mən özüm də ölkə başçısına belə bir müraciət edə bilərəm. Ölkə prezidenti çıxışlarının birində ”mən 50 milyonluq azərbaycanlının prezidentiyəm” deməklə əslində məsələlərə qismən də olsa aydınlıq gətirib. Sadəcə səlahiyyətli dövlət qurumları bu məsələlərə münasibətdə prezidentin söylədiyinə adekvat siyasət sərgiləməlidir”.

Sabir RüstəmxanlıDeputat, DAK-ın həmsədri Sabir Rüstəmxanlı prezidentə müraciət edərək Çöhrəqanlının Azərbaycana buraxılmasını xahiş edib. Məlumata görə, GAMOH lideri yaxın aylarda Azərbaycana gəlməyi planlaşdırır. S.Rüstəmxanlı Teleqraf.az-a deyib ki, Türkiyədən bir dəfə çıxarılan şəxs ikinci dəfə bu ölkəyə gələndə hökmən rəsmi müraciət etməli və bundan sonra gəlməlidir: “Bu, Türkiyədə hökumətə yaxın şəxslərin fikridir. Biz DAK-ın bu məsələ ilə bağlı mövqeyini ifadə etmişdik. Bu, Türkiyənin Güney Azərbaycan problemini zəif bilməsindən və bu xalqın öz hüquqları uğrunda mübarizə aparmasının cəmiyyətdə kifayət qədər dərk edilməməsindən irəli gəlir”. “Çöhrəqanlının Ankaraya buraxılmaması elə bir səs-səda yaratdı ki, onu Ankaraya buraxsaydılar, heç belə səs-küy yaranmazdı. Odur ki, bu halın yaşanmasından çox da pis olmaq lazım deyil. Bizim dostlarımız Mahmudəli Çöhrəqanlını qarşıladılar, bir axşam qonaq edib sonra Amerikaya yola saldılar. Amma mən deyirəm ki, Çöhrəqanlı Türkiyəyə də, Azərbaycana da, Təbrizə də qayıdacaq”-deyə, S.Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı prezident İlham Əliyevə müraciətlə imkan və səlahiyyətlərindən istifadə edərək Çöhrəqanlının Azərbaycana girişinə mane olan səbəbləri aradan qaldırmağı xahiş etdiyini də xatırladıb: “Azərbaycan dünyadakı azərbaycanlıların yeganə dövləti, ümumi vətənidir. Odur ki, ABŞ-da yaşayan bir azərbaycanlının bura gəlib-getməməsi anlaşılmaz olar. Çöhrəqanlının Azərbaycana buraxılması dövlətin və hakimiyyətin iradəsinə bağlı bir məsələdir: ”Bu məsələdə ciddi problem yoxdur. Biz müstəqil dövlətik və İranın dediyi ilə durub-otura bilmərik”.
Məsələ ilə bağlı Diasporla iş üzrə Dövlət Komitəsinə də müraciət etdik. Lakin qurumdan mövzu ilə bağlı konkret cavab ala bilmədik.

E.PAŞASOY

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER