MHP-NİN QURULTAYI BAŞLAYIB – (FOTOLAR)

MHP-NİN QURULTAYI BAŞLAYIB – (FOTOLAR)

Azərbaycan nümayəndə heyətinin də qatıldığı möhtəşəm tədbir türkiyə gündəminin əsas mövzusudur.

 MHP-nin 10-cu qurultayı işinə başlaylb. Bunu hazırda həmin qurultayda dəvətli qismində iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirb. “Sabahın erkən saatlarından başlayaraq, Qurultayın keçirildiyi “Arena” spor salonuna insan axını başladı. Türkiyə televiziyaları həmin salondan canlı yayın verirdilər. Xarici nümayəndə heyəti xüsusi avtobuslarla qurultay ərazisinə gətirilsə də, içəri keçmək çox çətin oldu. Kırım türklərinin əfsanəvi lideri Mustafa Cəmiloğlu və Müsavat Partiyasının başqanı İsa Qəmbərin də işərisində olduğu dış türk nümayəndə heyəti böyük bir izdihamın içərisindən keçərək, salona daxil oldular. Açılışdan sonra qurultayın sədarəti seçildi. Qurultayı açan və aparan mərhim Başbuğ Alparslan Türkeşin oğlu Toğrul Türkeş coşğulu və təsirləndirici giriş nitqi yapdı. MHP-ni türk millətinin abidəsi adlandıran T. Türkeş, salondakıları salamlayarkən “Babamın partiyasına xoş gəldiniz”, cümləsini də işlətdi. Bunun qarşılığında salondakı mhp-lilər “Alparslan Türkeşin əsgərləyiriz”, deyə hayqırdılar. Qazi Mustafa Kamal Atatürk və Alparslan Türkeşin timsalında bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə anıldı və İstiqlal Marşının oxunmasından sonra prosedurlar həyata keçirildi. Daha sonra MHP genel başqanı Devlet Bahçeli hesabat çıxışı etdi (bu sətirlər yazılarkən cənab Bahçəli çıxışına yenicə başlamışdı).

 

Hər kəsi, xüsusi ilə xarici qonaqlari hərarətlə salamlayan genel başqan son qurultaydan keçən dövrü dəyərləndirdi. Qeyd edim ki, bu qurultayın şüarı “Türk milləti sənsiz əsla”dır . Genəl başqanın çıxışı “Dövlətin başına dövlət gələcək” , deyə şüarlarla kəsilirdi. D. Bahçeli türk millətçiliyinin bütün nəhəng və tarixi simalarını qeyd edərək, onlarında bu salonda olduqlarını söylədi. “Bir kərə yüksələn bayraq bir daha enməz”, deyən Məhəmməd Əmin Rəsulzadə burada!” sözündən sonra isə salon əməllicə coşdu. Dövlət bəy daha sonra öz adından da M. Ə. Rəsulzadənin bu şüarını türk bayrağı haqqında səsləndirərək, MHP-liləri türk millətinin nicatı, şansı, gələcəyi adlandırdı. Dövlət Bahçeli bu yaxınlarda keçirilən AKP qurultayını da tənqid etdi – “Onlar Barzanini qonaq etməklə qürur duymuşdular. Varsin AKP Barzani ilə şərəf duysun.. Türk dünyasının qürur duyduğu isimlər bu salondadır. Bzim AKP zehniyyətindən fərqimiz budur. ” Qeyd edim ki, Çöhrəqanlını Türkiyəyə buraxmayan anlardan etibarən mhp-lilər bu məsələyə təpki verərək, deyirlər ki, necə olur ki, terrorist, türk əsgərinin qanını tökən Bərzani şərəf tribunasında otuzdurulur, lakin güney Azərbaycan türklərinin lideri Çöhrəqanlı hava limanından geri qaytarılır… ” R. Arifoğlunun sözlərinə görə, D. Bahçeli çıxışının sonrasında iqtidarı kəskin şəkildə tənqid edib: “Ya dövləti ülküçüləşməli, ya da ülküçülər dövlətləşməlidir”, detə Bahçeli təkbaşına iqtidar iddiası ortaya qoyub.

Rauf Arifoğlunun məlumatına görə, MHP rəhbəri postuna 11 iddiaçı var. Onlardan ən şanslısı Dövlət Bahçelidir. Lakin sabiq nazir Koray Aydının da səslərin 10-15 faizini ala biləcəyi gözlənilir.

R. Arifoğlu musavat.com-a deyib ki, hələlik qurultayda gərginlik yoxdur. Bütün iddiaçılar eyni sırada, qurultay nümayəndələrinin arasında oturublar: “Lakin genəl başqan postuna seçkilər başlayanda, təbii ki, gərginliklər olacaq ”.

 Baş redaktor deyib ki, qələbəliyə baxmayaraq, xarixdən gələn müsafirlərə diqqət yüksəkdir: “Müsavat başqanını sabiq cumhurbaşqanı statusu ilə xüsusi VİP lojaya dəvət edildi. Məni də onu müşayiət edən sifətində oraya yerləşdirdilər. Hansı ki, mən media bölümündə çalışmaq istəyirdim. APA-nın Türkiyə müxbiri Mayis Əlizadənin virtual dəstəyi olmasaydı, kənaradan işləmək çətin olacaqdı”.

Qeyd edək ki, Azərbaycanı həmin qurultayda ciddi nümayəndə heyəti təmsil edir. Hazırda “Arena”salonunda KXCP sədri Mirmahmud Mirəlioğlu (müavinləri də qatılıb), Vəhdət sədri, millət vəkili Sabir Rüstəmxanlı, millət vəkili Fərəc Quliyev, Tənzilə Rüstəmxanlı, Ədalət partiyasının sədri, deputat İlyas İsmayılov qurultayın gedişini izləyirlər.

Əlavə məlumat veriləcək.

Qurultayda partiyanın 1240 üzvü səsvermə səlahiyyətinə malikdir. Qurultayı Türkiyədən və xaricdən 800 jurnalist izləyir.

MHP-nin qurultayına Azərbaycan, Bosniya-Hersoqovina, Kosova, Ukrayna, Suriya, Serbiya və digər ölkələrdən də heyətlər qatılıblar.

Musavat.com

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER