LEYLA YUNUS STENOQRAM YAYDI, SƏİDƏ QOCAMANLI “ŞOUMEN” DEDI-STENOQRAM

Hüquq müdafiəçiləri arasında növbəti qalmaqal başlayıb. Lent.az-ın xəbərinə görə, hüquq müdafiəçisi Leyla Yunusun Avropa Şurasının Bakıdakı nümayəndəliyində keçirilmiş görüşün stenoqramının yayılması vəziyyəti bir az da dramatikləşdirib.

Leyla Yunusun açıqladığı steqonqramı “faktxeber.com” saytı yayıb. Stenoqramın əvvəlində qeyd olunub ki, bu il oktyabrın 31-də Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyində Konstitusiya Fondunun prezidenti Əliməmməd Nuriyev, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, SDİ direktoru Leyla Yunus AŞ baş katibinin müavini Qabriela Battaini-Draqonini və AŞ-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qussellə görüşüblər. Görüş Monitorinq Qrupunun üzvləri ilə Leyla Yunus arasında yaranmış fikir ayrılığına görə gərgin keçib. Leyla Yunus gərginliyin həbsdə olan islamçılara görə yarandığını bildirsə də, Novella Cəfəroğlu və Səidə Qocamanlı bu fikirləri təkzib edib. Lakin L. Yunus görüşün stenoqramını öz şərhləri ilə yayıb.

 

 

 
O qeyd edib ki, 2011-ci ilin martın 2-də Hacıbala Abutalıbovla 2 saatlıq dialoqdan sonra yazdığı ““Dialoq QA+LYU” qeydiyyatımdan bu cür məntiq, qanun və hüquq çərçivəsinə sığmayan son dərəcə dolaşıq iddiaları bir daha özlərini hüquq müdafiəçiləri adlandıran şəxslərin ağzından eşidəcəyini” düşünmürmüş.

 

 

 
Avropa Birliyinin baş katibinin müavini Qabrielda Bəttaini Draqoni Bakıda Ombudsmanla, parlamentin deputatlarıyla, ədliyyə naziri, XİN rəhbərinin müavini və mədəniyyət naziri ilə görüşdüklərini bildirib: “Çox tezliklə Azərbaycan Avropa Birliyinin Nazirlər Kabinetində sədrlik edəcək. Mən sizdən eşitmək istəyərdim ki, siz Azərbaycanın AB-nin Nazirlər Kabinetində sədrliyini nəzərə alaraq hansı problemlərdən danışmaq istərdiniz?”

 

 

 
Leyla Yunus daha çox AŞPA-nın hesabatçılarının işinə diqqət yönəldib: “AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi hesabatçısı Almaniyanın deputatı cənab Kristofer Ştrasser 2009-cu ilin mart ayında hesabatçı təyin olunub. O zamandan bu günə kimi hesabatçı kimi Azərbaycana gələ bilməyib. Ona viza verilməyib!!! Nə üçün Avropa Birliyi Azərbaycan hökumətinin bu davranışına etiraz etmir? Necə ola bilərdi ki, hesabatçı Kristofer Ştrasserə viza verilməsin? Diqqət edin – bizim hökumətin «siyasi məhbus» anlayışı müəyyən etmək tələbi – tam spekulyasiya idi. Avropa Birliyində çıxış edərkən Azərbaycan könüllü surətdə siyasi məhbuslarla bağlı problemi həll edəcəyi vəzifəsini götürdü və respublikanı üç hüquqşünas – Avropa Birliyi Baş Katibi cənab Şvimmerin ekspertləri ziyarət etdi. Onlar «siyasi məhbus» anlayışını dəqiq müəyyənləşdirən və Azərbaycanda onun mövcudluğunu göstərən hesabat hazırladılar. Bu işlərin təkrarlanmasına heç bir ehtiyac yox idi. Bununla belə cənab Ştrasser hesabat hazırladı və onun əsasında AŞ PA «siyasi məhbus» anlayışı barədə xüsusi qətnamə qəbul elədi. Cənab Ştrasser çox sağ olsun, bu arqument də Azərbaycan hökumətindən çıxarılıb. Lakin, yenə deyirəm, bu, Avropa Birliyinin ikili standartları barədə təmiz spekulyasiya idi.

 

 

 
Cənab Ştrasser həmçinin Azərbaycanda siyasi məhbuslar barədə hesabatın layihəsini hazırlayıb. Biz də cənab Ştrasser tərəfindən dərc olunan siyasi məhbuslar barədə siyahını və onun böyük işini tam dəstəkləyirik.

 

 

 
Cənab Ştrasser praktiki olaraq Azərbaycanın bütün siyasi məhbuslarını işarə edərək böyük iş görüb. Diqqət edin: bu gün siyasi məhbusların siyahısında 60 nəfərin adı var. Azərbaycanda Siyasi məhbusları şərti olmayaraq 3 qrupa bölmək olar. – Birincisi vətəndaş ictimaiyyətinin fəalları, jurnalistlər, hüquq müdafiəçiləri, gənc fəallar, liberal-demokratik müxalifətin üzvləridir. Onlara uydurma ittihamlarla 2-5 il arası həbs verilir. İkinci qrupa dindarlar və İslam Partiyasının üzvləri daxildir. Onlar üçün ağır cinayətlər uydurulur və 8-15-il arası azadlıqdan məhrum edilirlər (Masanın qarşı tərəfində Novella Cəfəroğlunun səsi eşidilir. deyir ki, “o, nə qədər danışacaq”).

 

 

 
Və nəhayət üçüncü qrup – əsirlər. Hökumət müxalifətə təzyiq etmək üçün ailə üzvlərini həbs edirlər. Hazırda Müsavat Partiyasının sədr müavininin gənc qızı Nigar Yaqublu və AXCP sədrinin qardaşı arvadı həbsdədir.

 

 

 
Cənab Ştrasserin siyahısı və fəaliyyəti Azərbaycan üçün çox vacibdir.

 

 

 
Həmçinin Monitorinq Komitəsinin ikinci məruzəçisi də var. Onlar viza almaq və Azərbaycana gəlmək barədə heç bir problemlə üzləşmirlər. Bu səbəbdən onların hesabat layihəsi təəssürat yaradır ki, məruzə Azərbaycan Respublikasının Prezident Aparatında hazırlanıb.

 

 

 
Xahiş edirəm əlavə məruzəçilərin işinə diqqət yetirəsiz (qarşı tərəfdən mənim çıxışımın sona çatması üçün çox narazı sözlər eşidilir). Əlavə məruzəçiləri dəyişdirmək yaxşı olardı, onların işi etimadları doğrultmur”.

 

 

 
Daha sonra isə Səidə Qocamanlı Ştrasserlə bağlı məsələyə münasibət bildirib: “İndi onun siyasi məhbuslar haqqında hazırladığı hesabat Avropa Birliyinin bütün üzv ölkələrinə aiddir. Ancaq belə görünür ki, AB Azərbaycanla əlaqədar ikili standartlar yürüdür. Axı Ermənistanda, Rusiyada və Ukraynada da siyasi məhbuslar var. Biz Hüquqşünasların Monitorinq qrupunun üzvləri həmçinin onu bildirmək istəyirik ki, cənab Ştrasserin siyahısında çoxdan azadlıqda olan insanların adları var. Mən isə öz siyahımı sizlərə təqdim etmək istəyirəm. Bu insanları siyasi məhbus hesab etmək olar.

 

 

 
Onu da bildirmək istəyirəm ki, Səid Dadaşbəylinin işi ilə əlaqədar məhbuslar siyasi məhbus sayılmamalıdır. Hesab edirik ki, bu qrup insanlarla əlaqədar yeni məhkəmə dinləmələri keçirilməlidir. Məhz o zaman aydın olacaq ki, məhkəmə açıq və düzgündür, yoxsa pozuntular var.

 

 

 
Ümumiyyətlə Ştrasserin Azərbaycanı ziyarət etmədən, məhbuslarla görüşmədən siyahı hazırlamaq hüququ yox idi…”

 

 

 
Novella Cəfəroğlu da Ştrasserin siyahısında islamçıların adının olması ilə də razı olmadıqlarını bildirir: “Siz bilirsiniz onlar kimdir? Onlar Amerikanın bayrağını yandırırlar, İrandan pul alırlar. Biz bir neçədə dəfə İslam Partiyasından öz proqramlarını bizə verməsini istəmişik, onlar isə vermirlər. Çünki onlar Azərbaycanda da İrandakı kimi İslam yaratmaq istədiklərini proqramlarında qeyd ediblər. Biz qorxuruq! İslamçılar İrandan pul alırlar”.

 

 

 
Leyla Yunus açıqladığı stenoqramın şərhində N. Cəfəroğlunun bu fikirlərinə etiraz etməyə çalışdığını yazıb: “Bunlar hökumətin əsassız ittihamlarıdır. Siz onlara pul verildiyini görmüsünüz? Qanun və hüquq normalarının pozulduğu barədə sübutları təqdim etmək vacibdir. İnsanları onlardan yalnız xoşunuz gəlmədiyiniz üçün həbs etmək düzgün deyil”.

 
N. Cəfəroğlu isə davam edib: “Yox islamçılar çox qorxulu qüvvədir. Onlar İrandan xeyli miqdarda pul alırlar. Onların çoxsaylı mitinqləri olur. Bəli, biz özümüz də onlardan bərk qorxuruq”.

 

 

 
Leyla Yunus növbəti şərhində qeyd edir: “Bu nifrət haradandır. Bu hayqırtılara qarşı daxili etirazım mənə hətta şiə əslimi xatırlatdı… Dindarların radikallaşması belə baş verir: təzyiqlər, ittihamlar, böhtanlar. Səni küncə sıxışdıranda müdafiə olunmağa məcbursan. Mənim ulu babam Əli Hüseyn kimi şiələr, ötən əsrin əvvəllərində müdafiədən hücuma keçmişdilər… Təzyiq etməyin!”

 

 

 
Səidə Qocamanlı isə bildirir: “Mən həmçinin onu da bildirmək istəyirəm ki, Ştrasser təyin olunana kimi bizim hüquq müdafiəçilərdən və hökumət nümayəndələrindən təşkil olunmuş Xüsusi İşçi Qrupumuz var idi. Biz çox gözəl işləyirdik və 17 məhbusun azadlığa çıxmasına nail olmuşduq.Ştrasser təyin olunduqdan sonra Qrup buraxıldı. Biz işləmirik və bu, fəaliyyətimizə mənfi təsir göstərir”.

 

 

 
L. Yunus Eldar Zeynalovun çıxışını “mühüm və konkret” kimi təqdim edib: “Bəli, Bizim İşçi Qrupunun işi çox məhsuldar idi. Ancaq prinsipcə İşçi Qrupu ilə Ştrasseri birləşdirmək olar. Əsas odur ki, İnsan Haqları üzrə Avropa Məhkəməsində prioritet qaydada siyasi məhbusların işinə baxılsın. Hüquq mühafizə orqanlarında işgəncə eləyən əməkdaşların AB İnsan Haqları məhkəməsində cəzalandırılmasına diqqət yönəltmək vacibdir. İşgəncələrə məruz qalan 100 nəfərdən ikisinin işi Avropa Məhkəməsinə gedə bilər. Sonra İnsan Haqları üzrə Avropa Məhkəməsi bir neçə on min avro ödənilməsi barədə qərar çıxardacaq, bizim hökumət də ödədikdən sonra məsələ bununla bitəcək. İşgəncə verənlərdən heç kim cəzalandırılmır və işgəncələr hələ də davam edir”

 
Novella Cəfəroğlu polislərlə fəal işləməyin lazim olduğunu qeyd edib: “Biz dəfələrlə Akademiyanın kursantları, ümumiyyətlə gənc polislərlə görüşmüşük. Deməliyəm ki, onlar çox yaxşı, düzgün və vicdanlı uşaqlardır. Onlar bizə dedilər: «Bəs biz nə etməliyik? Əgər döyməsək, işdən qovularıq!» Axı onlar nə etməlidirlər? Biz oktyabr ayında baş verən mitinq və piketlərdən sonra 13 məhbusun saxlanıldığı bütün polis məntəqələrini gəzdik. Biz hər zaman informasiyaları KİV-dən götürmürük, özümüz piket və mitinqlərdə iştirak edirik,. Bu gün nəinki döymürlər, hətta onlara su və çay verilir, onlara yaxşı münasibət göstərilir. Biz özümüz onlardan soruşmuşuq” İşləmək lazımdır! Məsələn biz, Monitorinq Qrupu, təkcə polislərlə deyil, həm də hökumət nümayəndələri ilə işləyirik… Bizim Parlamentdə çox yaxşı deputatlar var. Onlar bizim işimizi dəstəkləyir, bizim təkliflərimizi parlamentdə səsləndirirlər. Hazırda Parlamentdə seçki kodeksinə dəyişiklik edilməsi vacibdir. Təkcə majoritar deyil, həm də proporsional sistemdə seçkilər keçirilməlidir. Biz bununla ciddi surətdə məşğul oluruq. Həmçinin partiyaların maliyyələşdirilməsi məsələsi müzakirə olunub və qəbul edirdi. Bizim deputatlar parlamentin mövqeyinə görə maliyyələşdirilməyə narazı idilər. Ümumilikdə əməkdaşlıq və dialoq var. Siz deputatlarla görüşmüsünüz. Görürsünüz ki, onlarla işləmək lazımdır və biz də işləyirik”.

 

 

 
Qabriela Battaini-Draqoninin “ Ümid etmək lazımdır. Görək hadisələr hansı yöndə cərəyan edir” fikrinə Novella Cəfəroğlu “Hər şeyi qara görmək lazım deyil. Vəziyyət gözlərimiz qarşısında yaxşıya doğru dəyişir. Mən həmçinin Ədliyyə Nazirliyi ilə olan əməkdaşlığımızdan danışmaq istərdim. Biz istədiyimiz zaman, istədiyimiz həbsxanaya gedə bilərik. Biz görürük ki, məhbusların saxlanma şəraiti necə də müsbət yöndə dəyişib.

 
Düzdür, bəzi yerlər də var ki, onları ümumiyyətlə bağlamaq lazımdır. Bu həbsxanaların yaxınlığında daş karxanası var, qışı soyuq, yayı isə isti olur. Bu həbsxanaların (nömrələrini deyir) biz bağlanılmasını təklif edirik. Ümumiyyətlə bu gün Ədliyyə Nazirliyi HAMIYA məhbuslara baş çəkməyə icazə verir! Heç bir qadağa yoxdur!” deyib.

 

 

 
Qabriela Battaini-Draqoninin “Sizin hamınıza məhbuslara baş çəkməyə icazə verilir?” sualına Leyla Yunus “Mənə icazə vermirlər və heç bir dəfə də icazə verməyiblər” deyir.

 
L. Yunus yazıb ki, bu zaman əks tərəfdə olan hüquq-müdafiəçilərinin hamısı “ona görə ki, o heç bir dəfə də müraciət etməyib! Məktubla müraciət etməyib! O, Azərbaycanı sevmir!!!” deyiblər.

 

 

 
Leyla Yunus isə dəfələrlə müraciət etdiyini bildirib: “Hələ keçmiş nazir müavinini vaxtında müraciət etmişəm. Mənə konkret cavab verdilər: “Biz sizi heç vaxt ora buraxmayacağıq!” Mən də eyni ahənglə dedim: “Sizə qismət olsun!” Bundan əlavə, məni təkcə məhbuslarla görüşə deyil, qanunları pozaraq vicdan məhbusu Adnan Hacızadənin saxlanıldığı yerə də buraxmadılar. Mən rəsmi şəkildə məktubla müraciət etdim, onun vəkili İsaxan Aşurov da bu yöndə çalışdı. Mən gəldim, ancaq görüşə buraxmadılar”.

 

 

 
Novella Cəfəroğlunun cavabı isə belə olub: “Çünki o, Azərbaycanı sevmir. Bu ki aydındır, o, Azərbaycanı sevmir!!!”

 

 

 
Əliməmməd Nuriyev isə korrupsiya ilə mübarizə planı barədə danışıb: “Bizim təşkilat korrupsiya ilə mübarizə sahəsində daha aktiv şəkildə iştirak edir. İndi yeni proqram hazırlanır və biz öz təkliflərimizi vermişik…”

 

 

 
Səadət Bənənyarlı isə görüşdə barəsində danışılan Hilal Məmmədovun Talış separatçı partiyasının üzvü olduğunu deyib. Bu isə L. Yunusun etirazına səbəb olub. O yazır: “Mən dözə bilmədim. “Kəsin yalan danışmağı!” dedim.

 

 

 
Səadət Bənənyarlı bunu internetdən oxuduğunu deyir, Novella Cəfəroğlu isə qeyd edir ki, Azərbaycanda heç vaxt etnik zəmində təqib olmayıb: “Onun həbsinin talış olması ilə əlaqəsi yoxdur. Biz hamımız istəyirik ki, onu buraxsınlar”.

 

 

 
L. Yunus qışqırmaq həddinə çatdığını qeyd edir: “Novruzəli Məmmədovu və iki oğlunu öldürdülər. İndi eyni vəziyyət Hilal üçün də ola bilər!!!

 
2007-ci ildə filologiya üzrə professor, Talış dilində dərc olunan yeganə qəzetin baş redaktoru Novruzəli Məmmədov həbs edildi. Onu İrana qarşı casusluqda ittiham edirdilər. Bu ittiham üzrə heç bir sübut yox idi. Ancaq ona 10 il həbs cəzası verdilər. 2009-cu ildə həbsxanada dünyasını dəyişdi. Onu iki oğlu da 2007-2011-ci illərdə dünyasını dəyişib. Hazırda Novruzəli Məmmədovun hüquqlarını qoruyan və onun baş redaktor vəzifəsini həyata keçirən, bizim institutun məsləhətçisi Hilal Məmmədov da eyni maddə ilə ittiham olunur. Ona işgəncə olunub! Bütün məhkəmə qapalı keçirilir, vəkillərin vəsatətləri qəbul edilmir! (mən demək olar ki, qışqırıram). Ona ola bilər ki, 15 il və ya ömürlük versinlər. Azərbaycan azsaylı xalqların hüquqları barədə Konvensiyanı pozur…”

 

 

 
L. Yunusun qışqırğına Novella Cəfəroğlu reaksiya verir: “O, ona görə belə qışqırır ki, bunun arxasında pul var!”

 

 

 
Əliməmməd Nuriyev isə bildirir ki, o, həbsdə Hilal Məmmədova baş çəkib, məhbus saxlanma şəraitindən narazı deyil.

 

 

 
Leyla Yunus isə sual verir: “Bəlkə siz deyəcəksiniz ki, onu heç döyməyiblər də?”

 

 

 
Əliməmməd Nuriyev isə elə demədiyini bildirib: “Səbirli olun Leyla xanım. Mən dedim ki, Hilal özü təsdiq etdi ki, onun həbsxanada problemi yoxdur, onunla yaxşı rəftar edirlər. Ancaq o dedi ki, saxlanılarkən, onu döyüblər”.

 

 

 
Leyla Yunus H. Məmmədovun astma xəstəliyi olduğunu deyir: “O həbsxanadakı saxlanılma şəraitindən necə razı ola bilər?”

 

 

 
Əliməmməd Nuriyev isə onu həbsxanada müalicə etdiklərini qeyd edir.

 

 

 
Novella Cəfəroğlu isə müzakirəyə yekun vurur: “İndi siz gördünüz ki, o, Azərbaycanı sevmir!”

 

 

 
Qeyd edək ki, ixtisarla yaydığımız bu stenoqram görüşlə bağlı L. Yunusun versiyasıdır.

 

 

 
Bu müzakirələrə məhbus ailələri üzrə komitə də qarışıb. Komitə hüquq müdafiəçisi Səidə Qocamanlını “yalançı” adlandırıb.

 
“Yeni Müsavat”ın yazdığına görə, söhbət hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlının “Səid Dadaşbəylinin dəstəsi” adlanan 10 siyasi məhbusun barəsində səsləndirdiyi fikirlərə etiraz olunmasından gedir. Məhbusların Müdafiə Komitəsi hüquq müdafiəçilərini Avropa Şurasının (AŞ) Bakıdakı nümayəndəliyində AŞ baş katibinin müavini Qabriela Battaini-Draqonini və AŞ-nin siyasi məsələlər üzrə direktoru Aleksandr Qussellə görüşdə açıqladıqları sözlərdən narazılıq ediblər.

 
Müdafiə Komitəsi bununla bağlı bəyanatında qeyd olunub ki, hüquq müdafiəçiləri, konkret olaraq S.Qocamanlı “Səid Dadaşbəylinin dəstəsi” adı altında həbs olunanları siyasi məhbus kimi qəbul etmir və bu, təəssüf hissi doğurur.

 

 

 
S.Qocamanlı isə qəzetimizə bildirmişdi ki, Müdafiə Komitəsi qeyri-obyektivlik nümayiş etdirir. Bu açıqlama məhbus ailələrini yenidən hiddətləndirib və Müdafiə Komitəsi yenidən öz növbəsində mövzuya qayıdaraq bəyanat verib.

 
“Deyirsiniz ki, Səid Dadaşbəyli və onunla birgə həbs olunanları vicdan məhbusu elan etmişik və dünya da bunu bilir. Səidə xanım, bu cür yalan nə sizin yaşınıza, nə də ki, tutduğunuz vəzifəyə uyğun gəlir. Şəxsən siz heç onları vicdan məhbusu kimi tanımaq da istəməmisiniz. Monitorinq Qrupundan yalnız Novella xanım Cəfəroğlu onların vicdan məhbusu olduğunu etiraf edib və bununla bağlı imzasını atıb. Qaldı ki, siyasi məhbus məsələsinə 2007-ci il noyabrında məhkəmə zamanı hakim Ənvər Seyidov öz fasiləsində mühakimə olunanların bütün valideynlərini, qohum əqrəbalarını bir araya alıb, etiraf etdi: ”Sizin övladlarınız günahsızdırlar, onlar siyasi oyunların qurbanıdırlar”- deyə bəyanatda vurğulanıb.

 

 

 
Daha sonra əlavə olunub ki, 2009-2012-ci ilə kimi Monitorinq Qrupu xaricə gedərkən Müdafiə Komitəsindən iş barəsində ingilis dilində yazılar götürüb: “Bu yazıları Avropa Şurasının nümayəndələrinə, İnsan Haqları üzrə komissar Tomas Hammerbergə çatdıracağınızı söyləyirdiniz. Deyirdiniz ki, əgər onlar Sizin uşaqlarınızı siyasi məhbus siyahısına salsalar, biz də onları öz siyahımıza salacağıq. Nəhayət, Ştrasserin məruzəsində əksini tapan meyarlara uyğun gəldiyindən, onlar siyasi məhbus siyahısına salındılar. Buna görə Siz niyə narahatsınız? İmkan varsa onları azad etdirin, əks halda Avropa Məhkəməsini gözləyirik”.

 

 

 
“Arzu edirəm ki, Dadaşbəyli qrupunda olan gənc, bilikli insanlar tezliklə azadlığa çıxsın və ailələrinə qovuşsun. Bilirəm ki, ailələri onların azadlığa çıxması üçün böyük əmək sərf edir. Biz də Monitorinq Qrupu olaraq onların azad olunması üçün işimizi davam etdiririk”. Bu sözləri “Yeni Müsavat”a hüquq müdafiəçisi Səidə Qocamanlı komitənin bəyanatın münasibət bildirərkən deyib. Onun sözlərinə görə, 2007-ci ildən bəri Dadaşbəyli və dostlarının işini gündəmdə saxlayırlar: “Onların həbsində qanunsuzluq var. İstəyirəm ki, onlar azadlığa çıxsınlar. Ancaq onların ailələri azadlığa çıxmağı siyasi məhbus statusu almaqda görürsə, əlavə sözüm yoxdur. Biz əlimizdən gələni edirik ki, onlar çıxsınlar. Bunun üçün əsas tələbimiz açıq məhkəmə prosesinin keçirilməsidir. Nə olsun ki, iş Avropa Məhkəməsindədir? İsgəndər Həmidovun, Rəhim Qazıyevin də işi Avropaya getmişdi. Avropa Məhkəməsi də tələb qoydu ki, açıq məhkəmə olsun. Belə də oldu və axırda azadlığa çıxdılar. Biz də tələb edirik ki, təkrar və açıq məhkəmə olsun. Onların davası isə niyə bizim gəncləri siyasi məhbus sayılmamağımızdır. Guya siyahıya salanda onlar azadlığa çıxacaqlar. Ştrasserin meyarlarını diqqətlə oxusunlar. Oradakı bəndlərdən biri belədir ki, əgər məhkəmənin qərarı iddiaya uyğun deyilsə, o, siyasi məhbus kimi qələmə verilə bilər. Bizsə məhkəməni görməmişik. Bu dəqiqə Leyla Yunusun əli ilə cəmiyyətdə ikitirəlik yaranıb. Həm mətbuatda, həm sosial şəbəkələrdə biabırçı söhbətlər gedir. Biz çaxnaşmadan qorxmuruq. Ancaq Leyla Yunus aranı qatıb, şoumenlik edir”.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER