Keçmiş amerikalı səfir: “Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatı müharibə xəbərdarlığıdır”

ABŞ-dan ERMƏNİLƏRƏ İKİNCİ AEROPORT XƏBƏRDARLIĞI

“Məsələ beynəlxalq hüquqa və mülki aviadaşımalar sahəsindəki praktikaya uyğun çözülməlidir… və bölgənin statusunun dəyişdirilməsi üçün istifadə oluna bilməz”
Keçmiş amerikalı səfir: “Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatı müharibə xəbərdarlığıdır”

“Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağda hava limanının açılması barədə məsələni tərəfləri beynəlxalq hüquq, eləcə də Ermənistan və Azərbaycanın mülki aviadaşımalar sahəsində mövcud olan praktikaya əsaslanaraq diplomatik yolla həll etməyə çağırır”. Bunu srağagün ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.

 

Departament rəsmisinin sözlərinə görə, məsələ ilə bağlı ATƏT-in Minsk qrupu 2011-ci ilin aprelin 14-də bəyanat verib. “Bundan başqa, bu ilin iyul ayında ABŞ, Fransa və Rusiyanın mövqelərini əks etdirən diplomatik həll təqdim olunub. Həmin bəyanatlarda bir daha vurğulanır ki, bu hava limanının işi Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə istənilən iddiaların dəstəyi üçün istifadə oluna bilməz”.
Açıqlamada Azərbaycanın xeyrinə olan iki mühüm detal diqqət çəkir. Birincisi, məsələdə beynəlxalq hüququn və mülki aviadaşımalar sahəsində mövcud praktikanın əsas götürülməsidir ki, beynəlxalq hüquq normaları da məhz Azərbaycanın tərəfindədir.
İkincisi, sirr deyil ki, Xankəndinə qanunsuz hava uçuşlarını həyata keçirməklə ermənilər həm də Dağlıq Qarabağdakı separatçı qurumun müstəqil yaşamaq iqtidarında olduğunu dünyaya nümayiş etdirmək niyyəti güdürlər. Bu da bəyanatda xəbərdarlıq edildiyi kimi, elə regionun statusunu dəyişmək cəhdidir. Hansı haqda ki, Ağ Ev xəbərdarlıq edib. 
Yada salaq ki, ötən ay Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavini Erik Rubin də aeroport məsələsinə toxunmuşdu. Diplomat söyləmişdi ki, “tərəflər vəziyyəti gərginləşdirən addımlardan çəkinməlidirlər”. Hər iki açıqlamadan göründüyü kimi, söhbət ən əvvəl erməni tərəfinin atacağı addımdan gedir. Aydındır ki, qanunsuz uçuşlar olmazsa, Azərbaycan da kontur-tədbir görmək zorunda qalmaz.
Onu da xatırladaq ki, erməni tərəfi oktyabrın 1-də Xankəndi aeroportunun istismara tam hazır olduğunu bəyan edib. Lakin düşmən tərəf aviareyslərin başlanması və uçuş cədvəli haqda konkret qərar verə bilmir. Erməni diasporu isə iri dövlətlərin Bakıya təzyiq edib uçuşlara zəmanət almaq yönündə çalışır. Ancaq nəticə yoxdur.
Həmçinin Ramil Səfərov məsələsi ətrafında ermənilərin yaratdığı hay-küy kara gəlməyib. Azərbaycan isə qanunsuz hava uçuşları ilə bağlı ən sərt addımlar ata biləcəyi barədə dəfələrlə bəyanatlar verib. Həmçinin qardaş Türkiyənin məlum xəbərdarlığı məsələdə öz rolunu və təsirini göstərməkdədir.
Məhz qanunsuz aeroport ətrafında yaranan hüquqi böhran iki aydır Ermənistanla Azərbaycan arasında yeni siyasi-diplomatik gərginliklərə və sərt açıqlamaların verilməsinə yol açıb, Qarabağ danışıqlarını daha da dalana dirəyib. Sonuncu belə bəyanatla Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu çıxıb edib.
Belə ki, Xankəndinə uçuşlara mane olunacağı təqdirdə Bakıdakı beynəlxalq hava limanını belə hədəf ala biləcəklərini deyən erməni generalın hədələrinə cavab olaraq nazirliyin sözçüsü bildirib ki, “Ermənistanın elə obyekti Azərbaycanın hədəfindədir ki, ona bir neçə dəqiqə ərzində zərbə endirməklə Ermənistanın dövlət kimi varlığı sual altına düşər”.
Ross UilsonMəlumatlara görə, Azərbaycan tərəfindən belə sərt və özünə arxayın açıqlaması nəinki Ermənistanda, hətta Qərbdə də narahatlıqla qarşılanıb. Məsələn, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, hazırda isə Avrasiya Mərkəzinin direktoru olan Ross Uilson bununla bağlı deyib ki, Azərbaycan Müdafiə Nazirliyi nümayəndəsinin son fikirləri hərbi əməliyyatların başlanacağı barədə xəbərdarlıq sayıla bilər (vesti.az).
Keçmiş diplomat onu da əlavə edib ki, Rusiyanın Qarabağda rolu və maraqları artıq çoxdan möhtəkirlik mənbəyinə çevrilib və belə rəy var ki, Moskva Minsk Qrupunu kənara “itələyərək” yalnız öz məqsədlərini güdür. Sitat: “Rusiya konfliktin həllini istəmir, çünki hərbi sfera da daxil, həm İrəvan, həm də Bakı ilə geniş əməkdaşlığa malikdir. Ancaq Kreml Azərbaycan və Ermənistana təsirlərini tədricən itirməkdədir. Hələ ötən əsrin 90-cı illərində Rusiya dinc danışıqları zamanı regiona özünün sülhməramlı qüvvələrini yerləşdirmək imkanları axtarırdı”.

Zahid SƏFƏROĞLU

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER