XAMNEYİ HAKİMİYYƏT TƏMSİLÇİLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ

İslam İnqilabının lideri ayətullah Seyid Əli Xamneyi İran hakimiyyətinə xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü liderin rəsmi saytı xəbər verib. 

Tehranda tələbələr qarşısında çıxış edən Xamneyi ölkənin vəzifəli şəxsləri ilə bağlı bəyanat verib.
 
“Hətta hakimiyyət nümayəndələrinin problemə müxtəlif baxışları mövcuddursa, bunu nümayiş etdirməyə və hər dəfə başqasının səhvini göstərməyə ehtiyac yoxdur”, – Xamneyi deyib.
 
O əlavə edib ki, İranda qarşıdakı prezident seçkilərinə qədər baxışlardakı fərqlər tez-tez səsləndirilməməlidir. Çünki bu, ölkəyə xəyanət hesab oluna bilər.
 
Xamneyi prezidentə, parlament rəhbərinə və baş prokurora xəbərdarlıq edib ki, onlar öz işlərini davam etdirməli və xarici KİV-də onların sözlərindən anti-İran təbliğatında istifadə edilməsinə imkan verməməlidirlər.
 
Bir müddət əvvəl İran prezidenti Mahmud Əhmədinejad Tehranda Evin həbsxanasına baş çəkməsi üçün növbəti məktub yazıb. Onun bundan əvvəlki cəhdi məhkəmə məmurları tərəfindən narazılıqla qarşılanmışdı.
 
İranın məhkəmə sisteminin başçısı Sadıq Amuli-Laricaniyə ünvanlanmış yeni məktubda Əhmədinejad İran Konstitusiyasına uyğun olaraq öz vəzifələrinin icrası üçün prezidentə icazə verilməsinin və ya məhkəmə sistemindən razılıq almasının lazım olmadığını təkrarlayıb.
 
Əhmədinejadın birinci məktubuna cavab olaraq məhkəmə katibi və baş prokuror Qulam Hüseyn Möhsüni Əjeyi deyib ki, Evin həbsxanasına baş çəkmək ikinci dərəcəli məsələdir, ölkə hökumətinin əsas prioriteti iqtisadi problemlərin həlli olmalıdır.
 
Qeyd edək ki, İranda prezident seçkiləri 2013-cü ilin iyununda keçiriləcək.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER