Türkiyə kəşfiyyati ermənistanın gizli qarabağ planını açdı

Düşmən ölkə Azərbaycana qarşı yeni taktika işə salır

MİT-in əldə etdiyi məlumatlara görə, İrəvan “soyqırım”ın 100 illiyi ilə bağlı Ankaranı və Bakını təzyiq altında saxlamaq üçün cırtdan dövlətlərin “DQR”i tanımasına yönələn planı işə salıb, maliyyəni erməni diasporu verir… 

Türkiyə kəşfiyyatı Ermənistanın Qarabağa dair gizli planını deşifrə edib. Milli İstihbarat Təşkilatına (MİT) daxil olan məlumatlara görə, İrəvan qondarma erməni “soyqırımı”nın 2015-ci ildə qeyd olunacaq 100 illiyi ərəfəsində Ankara və Bakını təzyiq altında saxlamaq üçün fərqli taktikaya üstünlük verməyi qərara alıb.

Ermənistan hakimiyyəti bu dəfə “soyqırım” məsələsi ilə bağlı birbaşa Türkiyəni hədəfə almaq əvəzinə Ankaranın xarici siyasətindəki həssas nöqtələrdən olan Dağlıq Qarabağın tanınması üçün hazırlanmış planı işə salıb. Məlumatı Türkiyənin regional nəşrlərindən olan “Bursada bu gün” adlı qəzet manşetdən yayıb. Bildirilir ki, Ermənistan diplomatiyası erməni diasporunun dəstəyi, habelə rüşvət hesabına bir neçə uzaq Latın Amerikası, Afrika və ya Okeaniya dövlətlərinin qondarma “DQR”i tanımaq barədə qərar qəbul etməsinə çalışır.

Məlumata görə, Ermənistan hakimiyyətinin bu taktikasına ABŞ və Fransadakı erməni diasporu böyük maliyyə ayırıb. Okeaniyadakı kiçik ada dövlətlərinin “DQR”i tanıyıb onunla diplomatik münasibətlər yaratmasının əvəzində erməni diasporu bu dövlətlərin müəyyən təcili ehtiyaclarını ödəməyə və ya onlara milyonlarla dollar verməyə hazırdır. Bildirilir ki, ötən ilin mart ayında Ermənistanın Sakit okeanda yerləşən Tuvalu adlı cırtdan dövlətlə diplomatik münasibətlər yaratması da bu planın tərkib hissəsidir. Belə ki, Ermənistan həmin ada dövləti ilə “DQR”in tanınmasına dair anlaşma əldə edib. Ermənistanın siyahısında habelə Nauru, Palau, Samoa Vanautu adlı cırtdan dövlətlər də yer alır.

Qəzetin yazdığına görə, Cənubi Amerika ölkələri Argentina və Çilidə güclü erməni diasporuna malik olan Ermənistan Latın Amerikası ölkələrindəki erməni diasporunu də 2015 planı üçün hərəkətə keçirib. Ötən həftə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan Cənubi Amerikada Venesuela, Meksika, Ekvador, Kosta-Rika və Qvatemalaya səfərlər edib. Həmin səfərlər zamanı erməni nazir diaspor təmsilçiləri ilə bir araya gələrək “soyqırım”ın tanıdılması kampaniyası üçün daha fəal olmağa çağırıb. Həmçinin “DQR”in tanınması üçün bu ölkələrin parlamentləri ilə sıx əlaqələr qurulmasına dair təlimat verib. Nalbəndyanın Latın Amerikası ölkələrinə səfəri ilə bir vaxtda Avstraliyanın Yeni Şimali Uels ştatının yerli qanunvericilik məclisi “DQR”in tanınmasına dair qərar çıxarıb. Ötən ilin mayında isə ABŞ-ın ən kiçik ştatı olan Rod Aylend konqresi belə qərar çıxarmışdı.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin bu taktikasının həm də Rusiyadan dəstəkləndiyi istisna deyil. Belə ki, Rusiya 2008-ci ilin payızında bir neçə milyon dollar verərək Nauru tərəfindən Gürcüstanın separatçı bölgələrinin “dövlət” kimi tanınmasına nail olub. Habelə, Venesuela və Nikaraqua da Rusiya ilə sərfəli müqavilələrin əvəzində belə addım atıb. Ermənistan diplomatiyasının Kremlin təlimatlarından kənar hansısa addım atmaq iqtidarında olmadığını nəzərə alaraq belə təxmin etmək mümkündür ki, İrəvan Türkiyə kəşfiyyatının deşifrə etdiyi taktikanı da Moskva ilə uzlaşdırır. Ermənistan özü birbaşa “DQR”in tanınması barədə qərar çıxarmağa risk etmir, nəzərə alır ki, bu, danışıqların sonu olardı və müharibəni qaçılmaz edərdi. “DQR”in tanınmasına dair qərar layihəsi bir neçə dəfə Ermənistan parlamentinə təqdim edilsə də hakim partiya onu müzakirəyə çıxarmağı məqsədəuyğun hesab etməyib. Lakin MİT tərəfindən deşifrə edilən taktika hiylə üzərində qurulub, Ermənistan bir neçə cırtdan dövlətdən “DQR”in tanınması barədə qərar almaqla bunu danışıqlar prosesində Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə, habelə 2015 ərəfəsində Türkiyəni təzyiq altında saxlamağa çalışır.

Çox böyük ehtimalla rəsmi Bakı da artıq bu hiyləgər taktikadan xəbərdardır. Ən azından Azərbaycan son illərdə uzaq Latın Amerikası və Cənubi Amerika ölkələri ilə ikitərəfli münasibətlər yaratmağa, bu ölkələrin parlamentlərində Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı qətnamələrin çıxarılmasına nail olmağa başlayıb. Bununla belə, Ermənistanın Tuvalu və Nauru kimi cırtdan dövlətlər vasitəsilə olsa belə “DQR”in tanınmasına dair BMT üzvü olan hər hansı xarici ölkədən qərar çıxarmağa nail olması diplomatik baxımdan ciddi təhlükə təşkil edərdi.

/musavat.com/

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER