ŞOK! TÜRKİYƏ MƏTBUATI AZƏRBAYCANI PKK-YA YARDIM ETMƏKDƏ TƏQSİRLƏNDİRDİ.

Jurnalist Haşim Söylemez, Haberler.com saytına PKK-nın uzun illərdən bəri getdikcə güclənməsinin pərdə arxasını izah edib.
 
PKK-ya kim kömək edir? 
 
PİA.AZ “haberler.com” saytının yazısına əsasən bu yazını diqqətinizə çatdırır.

Təşkilat necə bu qədər professional bir hala gəlib? Əldə edilən kəşfiyyat məlumatlarının hesabatlarında əks olunan məlumatlara görə PKK-ya dəstək verən ölkələr bunlardır.

 
SURİYA
 
“EL Muhaberat” vasitəsiylə KCK/PKK-ya həm birbaşa dəstək, həm tərəfdaş, həm də sığınma yeri olaraq yardım edir. 1500 Muhaberat elmanı KCK üçün dəxidmət edir. Suriya isə bütün imtiyazlarını PKK-ya açıb və böhran boyunca PKK Əsad üçün vazkeçilməz olub.
 
İRAN
 
Bu ölkə SAVAK (SAVAMA) vasitəsiylə təşkilata kömək edir. İran sərhədləri içindəki heç bir PKK düşərgəsinə qarışmır. Hətta onlara silah və sürsat olaraq köməklik edir. İran KCK sayəsində Türkiyənin istənilən nöqtəsinə qədər gəlib rahatca kəşfiyyat məlumatları da yığır. Və Türkiyənin Şərqində İranpərəstliyi yaymaq istəyir. PKK-nın əli ilə Türkiyəni təhqir edir və öz mənfəətləri istiqamətində ölkədə iz buraxmağa çalışır. PKK-ya istiqamət verən SAVAK xadimlərinin sayı 1550-yə qədərdir. Ancaq SAVAK-ın Türkiyədəki şəbəkəsinin 5 min üzvü olduğu məlumdur.
 
İSRAİL

MOSAD hələlik səssiz görünsə də, əslində bölgədə ən ağıllı hərəkət edən təşkilat da odur. Davamlı olaraq KCK rəhbərliyi ilə əlaqə saxlayan, amma ortalarda görünməyən, hər zaman PKK-ya həm təlim verir, həm də bütün mənalarda yardım edir.
Onlar da bölgədəki rahat gələcəkləri üçün PKK-nın yaxşı bir kart olduğunu düşünürlər. Çünki qurulacaq “Böyük Kürdüstan” layihəsində PKK-nın ciddi rol oynayacağı Mosadı ruhlandırır. PKK üçün xidmətə “Heronlar” vasitəsiylə dəqiq və zamanında kəşfiyyat məlumatları ötürür.
 
ALMANİYA
 
BND üzərindən dəstək verir. Pkk içində 1 faiz kimi az silahlı qrupu var. Bunlar ciddi mövqelərə və sahələrə girmirlər. Ancaq bəzi fondlar içərisində PKK-ya hər cür köməklik edirlər. Türkiyənin etnik və məzhəb xəritəsinə malik Almaniya harada nə edəcəyin çox yaxşı bilir və bu mənada Türkiyənin şah damarlarını çox yaxşı tutmuş vəziyyətdədir. “Taksim” teraktı və Hatayda Alman agentlərinin tutulub sonra sərbəst buraxılması bunun ən bariz nümunəsidir.
 
AMERİKA

Lap başından bəri PKK-nın ən yaxın müttəfiqidir. 1991-ci ildən bəri PKK ilə münasibətləri yaxşıdır. 2003-cü ildə PKK-nın yenidən ortaya çıxmasına və güclənməsinə kömək edib. 2004-ci ildə isə PKK-ya Səddamdan qalan silahları və partlayıcıları verərək təşkilatı gücləndirib. Hər nə qədər Türkiyə ilə kəşfiyyat paylaşımı etsə də, ABŞ bu işin hələlik həll edilməsini istəmir.
Onlara görə də İsrailin zəmanətli gələcəyiüçün PKK yaxşı vasitədir. Ancaq ABŞ son dövrdə dövlət əvəzinə İraqda tanışımız “Balckwater” (muzdlu əsgərlər ordusu – pia.az) vasitəsiylə işləri icra edir. Bunlar düşərgələrdə PKK-lı terroristlərə hər cür köməyi edirlər. Bir ayda ən yaxşı “Bomba mütəxəssisi” və snayper yetişdirməyi bacarırlar. Özləri də bəzi əməliyyatlara da qatılırlar. Çünki sadə PKK nəfərinin istifadə edəbilməyəcəyi silahların qarşıdurmalarda istifadə edildiyi məlumdur. Bununsa arxasında ciddi bir güc olmalıdır.
 
“Balckwater” üzvlərindən biri iddia edib ki, suriyada PKK üçün 150 adam çalışır.
 
İNGİLTƏRƏ
 
Ölkənin xarici kəşfiyyatından məsul “MI 6” daha çox kəşfiyyat məlumatları yığıb ötürməklə məşğuldur. Bu təşkilat həmçinin siyasi meydanda daözünü göstərir. “Mİ 6” üzvlərindən PKK-nın əmrində olan profesionallar da var. PKK-nın bir qanadı onların vasitəsiylə idarə olunur. Məsələn Cəmil BAYIK-ın heyəti üzərində ingilislər təsirlidir.
Rusiya, Azərbaycan, Ermənistan, İsveç, Danimarka, BELÇİKA ….
PKK-nın öyrədib onları professional bir orduya çevirən ölkələrin arasında Rusiya, Ermənistan, Azərbaycan, İsveç, Danimarka, Belçika ilə yanaşı, həm də son zamanlar Fransanın da adı hallanır. Məsələn Fransa yeni bir Oslo proyekti üçün aparıcılıq etməyi üzərinə götürüb. Və hal-hazırda bəzi görüşlər Lyondan idarə edilir.
 
Yeni Orta şərq dizaynında Fransa başqa güclərdən geri qalmaq istəmir. O da kürdlərə qucaq açmaq niyyətindədir.

pia.az

Yazı bu linkin əsasında hazırlanıb:
http://www.haberler.com/pkk-ya-yardim-eden-ulkeler-desifre-oldu-4008932-haberi/

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER