PUTİN QARABAĞDAN MƏSAFƏ SAXLAYIR

Rusiya prezidenti hakimiyyət başına qayıdandan sonra bir dəfə də olsun danışıqlar prosesi ilə maraqlanmayıb, ancaq onun yaxın həftələrdə Bakıya səfər edəcəyi barədə təsdiqlənmiş xəbərlər dolaşır

Rusiya prezidenti Vladimir Putin bu ilin mayında yenidən hakimiyyət başına qayıdandan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hər hansı təşəbbüs göstərməyib. Nəticədə prezident Dmitri Medvedyevin başçılığı ilə Rusiya tərəfindən 2008-ci ilin payızından başlayan və 2012-ci ilin yanvarında Soçidə yekunlaşan intensiv vasitəçilik prosesinin Putin tərəfindən də davam etdiriləcəyinə dair gözləntilər özünü doğrultmayıb.

O nəinki Ermənistan və Azərbaycan prezidentləri arasında yeni görüşün təşkili barədə təşəbbüs göstərməyib, eyni zamanda münaqişə ətrafında bir neçə dəfə pik həddinə çatan gərginliyə də laqeyd yanaşıb. Nəticədə Rusiyanın indiki hakimiyyətinin Qarabağa dair əsas kursunun mövcud status-kvonun saxlanmasına yönəldiyi görünməkdədir. Ancaq Kremlin siyasətində ənənəvi olan bu kursda bəzi dəyişikliklər də var: Moskva bu dəfə status-kvonu nəticəsiz danışıqlar prosesi ilə deyil, tərəflərdən məsafə saxlamaqla qoruyur.

Putinin hakimiyyət başına qayıtmasından sonra onunla Ermənistan prezidenti arasında cəmi bir ikitərəfli təmas olub. Rusiya prezidentinin çağırışı ilə Serj Sərkisyan bu ilin avqustunda məzuniyyətini yarımçıq kəsərək Moskvaya gedib, ancaq erməni qaynaqlarına istinadən Putinin məqsədi Ermənistanın Avrasiya İttifaqına qoşulmasına dair məsələni müzakirə etmək idi. Hansı ki, bu danışıqlarda Ermənistanın Putinin siyasətində əsas prioritet olan və SSRİ-nin bərpası planı kimi də dəyərləndirilən Avrasiya İttifaqına qoşulacağına dair aydın mövqe eşitmək mümkün olmayıb. Rusiya prezidentinin sentyabrda İrəvana səfər edəcəyinə dair Dövlət Dumasının MDB komitəsinin rəhbəri Konstantin Zatulin tərəfindən açıqlanan məlumat isə özünü doğrultmayıb. Ermənistan siyasi şərhçilərinə görə, Putinin İrəvana səfər planından imtina etməsi Sərkisyanın Avrasiya İttifaqına dair aydın mövqe bildirməməsi ilə bağlı ola bilərdi.
 Putinin yenidən hakimiyyət başına qayıtmasından sonra onunla Azərbaycan prezidenti arasında ikitərəfli təmas isə ümumiyyətlə olmayıb. Prezidentlər cəmi bir dəfə Moskvada MDB-nin sammiti zamanı üz-üzə gəliblər, onda da Putinlə İlham Əliyev arasında ayrıca ikitərəfli görüş keçirilməmişdi. Qeyd olunmalıdır ki, Azərbaycan da Putinin Avrasiya İttifaqı ideyasına soyuq yanaşır, üstəlik Qəbələ RLS-ə dair anlaşmanın əldə edilməsi mümkün olmur.
 

Lakin Rusiya prezidentinin yaxın həftələrdə Bakıya səfər edəcəyinə dair hələ rəsmən təsdiqlənməmiş məlumatlar var. Oktyabrın 15-də Putin Türkiyə-Rusiya yüksək səviyyəli strateji tərəfdaşlıq komissiyasının toplantısı üçün Ankaraya səfər edəcək. Oktyabrın 17-də isə Bakıda Rusiya və Türkiyənin də üzv olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) sammiti olacaq. Türkiyə qaynaqları Ankaradakı danışıqları başa vuraraq Ərdoğanla Putinin həmin sammitə qatılmaq üçün Bakıya yola düşə biləcəyinə dair xəbərlər yayıb. Ancaq Rusiya prezidentinin Bakıya səfərinin nəzərdə tutulduğu barədə hələlik nə Azərbaycan tərəfi, nə Kreml məlumat yaymayıb. Putinin Bakıda ötən həftə keçirilən, Rusiya və Azərbaycan tərəfindən birgə təşkil olunan Beynəlxalq Humanitar Əməkdaşlıq forumuna da dəvət olunduğu, ancaq onun bu dəvəti reallaşdırmadığı haqda xəbərlər var. İstənilən halda Putinin QİƏT sammiti üçün Bakıya gəlişi baş tutsa, bu istər Azərbaycan-Rusiya münasibətləri, istər Qarabağ münaqişəsinə dair az qala bir ildir dayanmış danışıqlar prosesinin gələcəyi barədə müzakirələr aparmağa imkan yarada bilərdi.

 

Qeyd edək ki, Putinin Qarabağ münaqişəsinin nizamlanmasına laqeyd yanaşması ötən həftə Vaşinqtonda da müzakirə edilib. Atlantik Şurasında təşkil edilmiş müzakirələrdə nüfuzlu ekspertlər bu qənaətə gəliblər ki, münaqişə ətrafındakı indiki status-kvo Kremli tam qane edir. Çünki münaqişə nizamlansa, Rusiya regionda yaxın müttəfiqləri olan Azərbaycan və Ermənistan arasında seçim tərəddüdü ilə üzləşəcək. Karnegi Araşdırma Mərkəzindən Tomas De Vall isə demişdi ki, Rusiyasız Qarabağ danışıqlarını sona çatdırmaq “nə mümkündür, nə də mümkünsüz”. Eyni zamanda, o əmindir ki, Kreml artıq çoxdan tərəfsiz vasitəçi olmaq etibarını itirib, özü də təkcə Bakının deyil, həm də İrəvanın nəzərində.Tomas de Valla görə, əvvəlki prezident Medvedyevdən fərqli olaraq, Vladimir Putinin münaqişəyə yanaşması isə bir qayda olaraq, etinasızlığı ilə fərqlənir. Bu məqamda təhlilçi 2004-cü ilin sentyabr ayında prezident İlham Əliyev ilə Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryanın Kremldə üzləşdiyi əsəbi mənzərəni yada salıb. Tomas de Vall deyib ki, hər iki tərəfi dialoqa dəvət etmiş Putin görüşə xeyli gecikməklə, həmkarlarını çətin vəziyyətdə qoymuşdu.

Fərhad MƏMMƏDOV

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER