TƏBRİZDƏ ETİRAZ AKSİYASI DAVAM EDIR

Tehranda etiraz aksiyası baş verib

 

Tehrandan verilən məlumatlara əsasən 3 oktyabrda paytaxtın bazarları tətil elan etmiş və şəhərin bəzi küçələrində xalq hakimiyyətə qarşı etiraz aksıyaları keçirmişdir. Məlumatlarda bildirilir ki, əhali bahalaşmaya və milli valyutanın dəyərinin azalmasına görə öz etirazlarını bildirib. Aksiyalar polis qüvvələrinin müdaxiləsi ilə sona çatıb. Aksiya iştirakçılarından bir qrupu polis qüvvələri tərəfindən həbs edilib. “Mehr” agentliyinin verdiyi məlumata görə iki xarici vətəndaş da aksiyalar zamanı həbs olunub. Onlar AB ölkələrinin vətəndaşıdır və polisin məlumatına görə turist kimi İrana gələn xarici vətəndaşlar aksiyalar barədə məlumat toplayarkən yaxalanıb.

“İLNA” agentliyinin verdiyi məlumata görə, İranın iş yerləri ilə iş üzrə dövlət orqanı olan “Əmakan” idarəsinin rəisi Xəlil İbrahimi Tehran bazarının bağlanması xəbərini təkzib edib. Onun sözlərinə görə, bir sıra mağazalar təhlükəsizlik məsələlərinə görə öz iş yerlərini bağlayıb. Məlumatda o da bildirilir ki, bir qrup insanın aksiya keçirərək bazara tərəf hərəkət etməsi nəticəsində iş adamları öz təhlükəsizliklərindən ehtiyatlanaraq mağazalarını bağlayıblar.Aksiyalarla bağlı çəkiliş və internet vasitəsi ilə yayınlanan video görüntülərdə on minlərlə insanın etiraz aksiyasına qatıldığı görünür. Aksiya iştirakçıları Əhmədinejad və Suriya əleyhinə şüarlar səsləndirib.

“Kələmə” saytının verdiyi məlumata görə bazarın həqiqətən tətil olduğu qeyd olunaraq bildiirlir ki, on minlərlə insan mövcud durumdan öz narazılığını bildirib. Saytın məlumatlarına görə əhali aksiyalar zamanı prezidenti xain adlandırıb və onun siyasətdən uzaqlaşmasını tələb ediblər. Onlar öz şüarlarında dolların qiymətini yarı-yarıya düşürməsini də tələb ediblər. Saytda bildirilir ki, əhali “Suriyaya ölüm” və “İran hakimiyyəti Suriyanı dəstəkləməyi burax və xalqı fikirləş” şəklində şüarlar səsləndiriblər.

Qeyd edək ki, İranda son günlərdə xarici valyutaların qiyməti artıb. Milli valyuta olan rial son iki ay ərzində 3 dəfədən çox öz dəyərini itirib. Bu isə daxildə bahalaşmaya səbəb olub. Maaşların artmaması və bazarda olan malların hər gün bahalaşması əhali arasında hakimiyyətə qarşı narazılıqlara səbəb olub. İran parlamenti və mətbuat da milli valyutanın dəyərinin azalması ilə bağlı hakimiyyətinin ünvanına tənqidi sözlər ünvanlayıb.

Hadisələrin belə inkişafı İran daxilində gərginliyə səbəb ola bilər. Hakimiyyət tezliklə bahalaşmanın qarşısını almasa, xalqın narazılığı ciddi toqquşmalara gətirib çıxara bilər. Bunu nəzərə alaraq hökumətin yaxın günlərdə ciddi addım atması gözləniləndir. Lakin hökumət hər şeydən əvvəl bilməlidir ki, bütün bunlara səbəb nüvə proqramı ilə əlaqədar tutduğu əsassız və inadkar mövqe olmuşdur. Yersiz inad bu ölkəyə sanksiyaların tətbiqinə gətirib çıxarmışdır ki, nəticədə əziyyəti əhali çəkməlidir. Təəssüf ki, mola rejimi hələ də bütün bunların səbəbini özündə deyil, ətrafda axtarır. Lakin hadisələrin gedişi göstərir ki, bu taktika uğursuzluğa düçar olmaqdadır. Həm də rejimin artıq səbri tükənmiş və hər şeyini itirmiş, hətta normal yaşamaq üçün tələb olunan ən sadə şərtlərdən belə məhrum olan xalqın öfkəsinin qarşısında nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir. Hadisələrin bu cür inkişafı hər şey birdən-birə nəzarətdən çıxmasına səbəb ola bilər. Çünki dolların riala nisbətdə ötən gün bahalaşmasına etirazlar təkcə Tehran deyil, digər əyalətlərdə də olmuşdur. Hətta Culfadakı tacirlər də rejim əleyhinə sərt ittihamlar səsləndirmiş, işə çıxmamışlar.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER