İrana qarşı yeni sanksiya


AB diplomatlarının “Reuters” agentliyinə verdiyi məlumatlara görə qurum yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Agentliyin verdiyi məlumatda bildirilir ki, yeni sanksiyalara görə İran qazının Avropa ölkələrinə ixrac edilməsinə qadağa qoyulacaq. Məlumatda o da bildirilir ki, qərar AB parlamenti səviyyəsində müzakirə olunub və razılıq eldə edilib. Sanksiyalar İranın nüvə proqramının dayandırılmasına təzyiq kimi qəbul edilir.

 

Yeni qətnamə oktyabrın 15-də Avropa Birliyi ölkələrinin Xarici İşlər nazirlərinin Lüksemburqda keçiriləcək iclasında müzakirə olunacaq və bu iclasda qətnamənin qəbul edilməsi gözlənilir. Qeyd edək ki, AB ölkələrinin 27 üzvünün parlament nümayəndələri qərara müsbət səs verib. Qətnamədə İran qazına tətbiq edilən sanksiyadan başqa İranın maliyyə və enerji sahəsinə də bir sıra sanksiyalar nəzərdə tutulub.

 

İrana qarşı tətbiq edilən sanksiyalar daxildə bir sıra iqtisadi problemlərə səbəb olub. Belə ki, xarici valyutanın məzənnəsi bahalaşıb və İranda əhalinin alıcılıq qabiliyyəti aşağa düşüb. ABŞ rəsmiləri İranda baş verən iqtisadi problemlərə münasibət bildirərək İran rəhbərliyini mövcud duruma görə günahlandırıb. ABŞ Xarici İşlər İdarəsinin ümumi əlaqələr şöbəsinin rəis müavini Mayk Hamer dünən mətbuat konfransı keçirərək bildirib ki, İran “5+1 qrupu” ölkələrinin təkliflərini qəbul etsə, sanksiyaların tətbiq edilməsi azaldılacaq. O, İran hakimiyyətini problemlərin əsas səbəkarı kimi təqdim edib. Hamer ABŞ Dövlət katibi Hillari Klintonun sözlərinə istinad edərək bildirib ki, ABŞ İran xalqı ilə düşmən deyil.

AB ölkələrinin İran qazına sanksiya tətbiq etməsi İranın bir sıra ölkələrə qaz ixracatında problemlər yarada bilər. İran qazının əsas alıcıları Türkiyə və Ermənistan olduğundan bu qətnamə ilk öncə bu iki ölkənin mənafeyinə ciddi zərbə vuracaq. Ermənistan İran qazından asılı olduğuna görə ciddi çətinliyə düşəcək. Türkiyə isə İrandan aldığı qazı Azərbaycandan aldığı qazla birlikdə AB ölkələrinə ixrac edir. Bu Türkiyənin AB üçün Rusiyaya alternativ qaz dəhlizi olması baxımından da bir sıra problemlər yaradacaq.

 

 

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER