Zərdüşt Əlizadə : «Qərbdə İranla Azərbaycanı düşmən etmək istəyənlər var»

«Qərbdə İranla Azərbaycanı düşmən etmək istəyənlər var»

«Nə Bakı, nə də Təl-Əviv belə məlumatların yayılmasında maraqlı ola bilməz»

Tanınmış politoloq Zərdüşt Əlizadə ““Reuters”in agentliyinin yaydığı sensasiyalı məlumatı «Bizim Yol»a şərh edib 

Məşhur “Reuters” agentliyi İranın nüvə obyektlərinə mümkün zərbələr üçün İsrailin Azərbaycanla əməkdaşlıq etdiyini və hətta birgə planlar üzərində işlədiyi haqda məqalə yayıb. Məqalədə bildirilir ki, İsrailin İranın nüvə məkanlarını “təkbaşına” vurmaq variantı Yaxın Şərqi səksəkəyə salıb, onun əsas müttəfiqini (ABŞ nəzərdə tutulur) isə narahat edib. Bəs əgər birdən İsrail Vaşinqtonsuz da tək deyilsə? İsrailə kömək edə biləcək ölkə Azərbaycandır. Məqalənin yaratdığı suallara politoloq Zərdüşt Əlizadə ilə birgə aydınlıq gətirməyə çalışdıq. 

– Zərdüşt bəy, “Reuters” agentliyinin məqaləsini necə şərh edərdiniz?

– Əlbəttə ki, “Reuters” mötəbər xəbər agentliyidir. Əgər elə bir niyyət vardısa, Azərbaycanın bu məlumatın sızmasına imkan yaradacağı çətin inandırıcıdır. O cümlədən, İsrail də bu məlumatın mətbuata sızmasında maraqlı olmaz. Bilirsiniz, beynəlxalq səhnədə elə qüvvələr var ki, Azərbaycanla İranın arasını “vurmaq” istəyir və bunun üçün müxtəlif addımlar da atılır. Məsələn, Azərbaycanın və azərbaycanlıların qayğısına qalmayan ABŞ konqresmenləri Cənubi Azərbaycanın İrandan ayrılıb Şimalla birləşməsi təklifində bulunurlar. Bu bəyanat Azərbaycan-İran münasibətlərinin korlanmasına yönələn təşəbbüsdür. Yaxud, məlumat yayılır ki, artıq rəsmi Bakı Təl-Əvivə hərbi baza qüvvələri üçün məkan verib. Əlbəttə ki, Qərb, Rusiya və İran kəşfiyyatı Azərbaycanda sərbəst işləyirlər. Hətta Argentina istəsə, onlar da gəlib sərbəst şəkildə işləyə bilərlər. Azərbaycanın hakim zümrəsini yalnız iqtisadi maraqlar düşündürür, bu maraqlara toxunulmasın, qalan nə varsa istifadə edə bilərlər, açıq məkandır. Bu baxımdan mən “Reuters” agentliyinin məlumatını İrana qarşı aparılan informasiya müharibəsinin ünsürü hesab edirəm. Azərbaycan hakimiyyətinin belə bir sövdələşməyə gedəcəyini də düşünmürəm. Çünki bu Azərbaycan hakimiyyətinin müqəddəratını təyin edən bir addım olardı. 2008-ci il 8 avqust Gürcüstan-Rusiya müharibəsi göstərdi ki, Qərb uzaq, Moskva və Tehran isə yaxındır. Azərbaycan hakimiyyəti belə bir addım atsaydı, İranın ABŞ və İsrailə gücü çatmasa da, bizə çox asan gücü çatar. Hakimiyyət özünü qorumaq naminə belə səfeh sövdələşməyə getməməlidir, əgər gedibsə, bu, iqtidarın özünü qorumaq instinktinin də olmadığını göstərir. 

– Azərbaycan tərəfdən informasiyanın sızdırılması ehtimalı nə qədərdir, xarici ölkələrin kəşfiyyatı burada sərbəst işləyirlərsə?

– Azərbaycan tərəfi informasiyanı sızdıra bilməz, çünki ən böyük təhlükəyə biz qalırıq. Əgər bu məlumat doğru çıxarsa, vurulan birinci Azərbaycan olacaq. Azərbaycana belə məlumatın yayılması sərf etmir. Amma Azərbaycan-İran münasibətlərinin pisləşməsini istəyən, Tehranın Bakıya qarşı tədbir görməsində maraqlı olan və bundan istifadə edən tərəf Qərbdir. Təbii ki, “Reuters” istinad verməyib, hansısa dövlətin orqanı, yaxud kəşfiyyat qurumları da göstərməyib. Sadəcə, bəzi dairələr “Reuters”in mötəbərliyinə istinad edib “suyu bulandırmaq” istəyirlər. İkinci, məqalə “Reuters”in də hörmətini artırmır, amma xəbər agentliyinin də biznes-siyasi maraqları var. Görünür, agentlik bunu nəzərə alaraq belə addım atıb. 

– Son bir neçə ayda ABŞ konqresmenlərini hansı mənafelər Böyük Azərbaycandan danışmağa vadar edir və həmin çıxışlarda “Reuters”in məqaləsi ilə bir əlaqə axtarmaq olarmı? 

– Seyid Əhməd əliylə ilan tutmaq istəyirlər də. Fikir verin, Amerika həmişə öz siyasi məqsədinə çatmaq üçün koalisiya toplayır, İraqa hücum edəndə də koalisiya yaratdı, o zaman Fransa, Türkiyə və Almaniya NATO-da olsalar da, koalisiyaya qoşulmadılar. Amma həmin dövlətlər Əfqanıstana müdaxilədə iştirak etdilər. Bu gün Vaşinqton Suriyaya qarşı özünə müttəfiq toplayır, ərəb ölkələrini prosesə sövq edir. Məsələn, Misir prezidenti Mursinin müşaviri Seyid Əbdül Qafar deyib ki, Suriyaya ərəb ölkələrinin müdaxiləsinə ciddi baxmaq lazımdır və Türkiyə, Qatar, Misir birliyi yaranıb başqa dövlətləri də cəlb edə bilər. Yəni vəziyyətin gərginləşməsində maraqlı qüvvələr var. Düşünmürəm ki, Azərbaycana dövlət mənafeyi baxımından İrana qarşı hər hansı bir ABŞ və İsrailin təşkil etdiyi koalisiyaya qoşulmaq lazımdır. Biz bölgədə müharibənin olmaması üçün çalışmalıyıq və bir sıra dövlətlərin İranla fikir ayrılıqlarını yalnız diplomatiya yolu ilə aradan qaldırılmasına çağırmalıyıq. Unutmayaq ki, İran ordusu başqa ölkələrin ərazisinə daxil olmayıb. O Amerikadır ki, onlarla ölkədə hərbi baza saxlayır, İsraildir ki, 60 ildir fələstin xalqının ərazilərini işğal altında saxlayır. 

– Ancaq orta statistik azərbaycanlının beynində “İran Ermənistana yardım edir və işğal olunmuş ərazilərdəki evlərin sökülməsində canfəşanlıq edir” fikri də möhkəm oturuşub…

– Orta statistik azərbaycanlı əsasən orta statistik cahildir. İstər alim, istərsə də özünü siyasətşünas olsun, onlar fikir söyləyəndə yalnız hissiyatdan çıxış edirlər, gerçəkliyə baxmırlar. Dəfələrlə demişəm ki, İran-Azərbaycan münasibətləri heç zaman İran-Ermənistan münasibətlərinin girovuna çevrilə bilməz, yəni malı mala qatmaq lazım deyil. Fərz edək ki, Tehran Bakının Təl-Əvivlə münasibətlər qurmasını istəmir, biz də İrana “bu sənin işin deyil” deyib öz siyasətimizi aparırıq. İran da Ermənistanla əlaqələr qurur və Azərbaycana “bunun sənə dəxli var, problemini özün həll et” deyir. 

– Belə olanda islam həmrəyliyi nə deməkdir?

– İslam həmrəyliyi o deməkdir ki, vaxtilə İranın təklifi ilə İslam Ölkələri Konfransı zamanında Ermənistanı təcavüzkar elan etdi. Bu, faktdır və heç kim də inkar edə bilməz. Hələ Heydər Əliyevin sağlığında, 90-cı illərin ortasında Azərbaycan konfransa daxil olanda məhz İran təklif irəli sürmüşdü ki, Ermənistan təcavüzkar elan edilsin. Bunun nəticəsində bəyanat yayıldı. Gəlin özümüzə sual verək, əgər İranı ittiham edirik ki, Qarabağ münaqişəsi davam edir və Azərbaycan torpaqları işğaldadır, bəli, Ermənistanın tam mühasirədə olmamasında Tehranın xidməti var. Hətta Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da demişdi ki, İran vasitəsilə onlar üçün bir nəfəslik açılıb. Amma o biri tərəfdən Azərbaycan ana torpağını qaytarmaq üçün tələb olunan işin neçə faizini görüb? Mən hesab edirəm ki, Qarabağın qaytarılması üçün üzərimizə düşən vəzifənin maksimum 5 faizini yerinə yetirmişik. 95 faizi isə eyş-işrətə, varlanmağa, xainliyə sərf etmişik. Azərbaycanın o qədər obyektiv potensialı var ki, biz heç olmasa həmin potensialın 80 faizini səfərbər etsək, Ermənistan dizin-dizin sürünüb bizdən aman istəyəcək. Amma hakimiyyət Qərb və Rusiya qarşısında Ermənistana toxunmayacağı haqqında öhdəliyini yerinə yetirir. Eyni zamanda xalqı aldatmaq və xəyanətkar mövqeyini pərdələmək üçün İranı ittiham edir. İranın fərz edək ki, Qarabağ problemində günahı 1 faizdir, Azərbaycan hakimiyyətinin isə 99 faiz. Bax, həmin 1 faizi şişirtmək lazım deyil. Bu gün Azərbaycanın beynəlxalq təşkilatlarda 1 qəpiklik hörməti yoxdur. Ona görə ki, hakimiyyət korrupsiyaya bulaşıb, insan haqlarını pozur, seçkiləri saxtalaşdırır, bütün bunlar isə dövlətçiliyin əleyhinə işləyən amillərdir.

Natiq CAVADLI

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER