SEPARATÇI REJİM BİNƏ HAVA AEROPORTUNU VURMAQLA HƏDƏLƏDİLƏR

ERMƏNİLƏR BİNƏ AEROPORTUNU VURMAQLA HƏDƏLƏDİLƏR

Xankəndi aeroportunun istismara verilməsi bölgədə müharibə riskini böhranlı həddə yaxınlaşdırıb; düşmənin avantürası cəbhə bölgəsində hər an qığılcımı alova çevirə bilər; Bakı təcili hərəkətə keçməlidir, ancaq necə?
Leyla Əliyeva: “Azərbaycan ondan başlamalıdır ki…”

Xankəndindəki aeroportun istismara verilməsi ilə bağlı vəziyyət kritik nöqtəyə yaxınlaşır. Erməni tərəfi Azərbaycanın işğal altında olan ərazisində qanunsuz inşa etdiyi hava limanının işə salınması yönündə indi heç vaxt olmadığı qədər israrlı görünməkdədir. Məsələn, srağagün qondarma “DQR hökuməti yanında mülki aviasiya idarəsi”nin rəisi Dmitri Atbaşyan artıq aeroportun beynəlxalq standartlara cavab verdiyini və təyyarələri qəbul edib-yola salmağa başlamaq hüququ verən müvafiq sertifikat alındığını deyib. Separatçı rejim nəhayət ki, İrəvan-Xankəndi və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırır.

 

“İrəvandan Stepanakertə (Xankəndi -red.) uçuşlar yaxın günlərdə başlayacaq”. Bunu isə news.am-a Ermənistan Baş Mülki Aviasiya İdarəsinin mətbuat katibi Nelli Çerçinyan deyib. Lakin o, hələlik aviareyslərin başlanması və cədvəli haqda konkret qərarın olmadığını bildirib, “ancaq məlumdur ki, uçuşlar yaxın günlərdə start götürəcək” , – deyə o əlavə edib. 
Qeyd edək ki, az öncə Xankəndi aeroportunun bir həftə ərzində istismara veriləcəyi bildirilmişdi. Çerçinyanın sözlərindən belə çıxır ki, nəhayət, bu həftə qanunsuz reyslər reallaşacaq. Planlaşdırılır ki, ilkin mərhələdə reys saatda 100 sərnişinə xidmət göstəriləcək. Sərnişindaşımanın “Eyr Arsax” aviakampaniyası tərəfindən həyata keçiriləcəyi deyilir. 
Maraqlıdır ki, hələlik hava dəhlizinə xidmət edəcək təyyarə parkı haqda məlumat yoxdur. Yalnız argentinalı erməni milyarder iş adamı Eduardo Ernekyan bu uçuşlar üçün bir təyyarə bağışladığı və təyyarənin də İrəvanda olduğu bildirilir.

Erməni həm qorxur, həm də qorxudur

Lakin ermənilərin hava uçuşları ilə bağlı davamlı olaraq verdikləri nikbin bəyanatlara rəğmən, hiss olunur ki, nə İrəvan, nə də separatçı rejimin rəhbərliyi buna siyasi baxımdan tam hazır da deyillər. Hətta Ermənistan prezidenti Serj Sərkisyanın ilk reysin sərnişinlərindən olacağı haqda da daha danışmırlar. 
Anlaşılandır, çünki nə cür don geydirilir-geydirilsin, bu uçuşlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə zidd sayılacaq və Azərbaycan qanunsuz reyslə uçan təyyarəyə qarşı hansı addımı atsa, beynəlxalq qanunlara əsasən haqlı çıxacaq. 
Ermənilər isə açıq görünür ki, növbəti presedent yaratmaqla qondarma qurumun müstəqil yaşamaq iqtidarında olduğunu dünyaya sübut eləmək, onun beynəlxalq aləmə çıxışını genişləndirmək və geridönməz eləmək, kəsəsi, saxta dövlətə daha bir legitimlik “nişanı” qazandırmaq, Azərbaycanı isə növbəti fakt qarşısında qoymaq əzmindədilər, işğal faktına dolaysıyla haqq qazandırıb onu möhkəmlətmək niyyəti güdürlər. 
Ona da şübhə yoz ki, Xankəndi (Xocalı) hava limanı gələcəkdə hərbi təyyarələrin qəbulu üçün də istifadə edilə bilər – yetər ki, ilk reysə Azərbaycanın laqeydliyinə, dünya birliyinin isə razılığına nail olunsun. Odur ki, uçuşlar hər iki tərəf üçün indi həm prinsipial, həm də siyasi əhəmiyyət daşıyır. Elə o səbəbə rəsmi Bakı dəfələrə bəyan edib və açıq işarə vurub ki, erməni tərəf bu yola Azərbaycanın səbrini sınağa çəkməsin, Bakı qanunsuz aviareysləri müşahidə etməklə kifayətlənməyəcək.

AZAL-dan sərt reaksiya gəldi

“Dağlıq Qarabağın hava məkanı hərbi zona olduğundan orada mülki aviasiyadan istifadə yolverilməzdir”. Dünən bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Xankəndi aeroportunun açılması ilə bağlı erməni tərəfinin mövqeyinə aydınlıq gətirərkən deyib (salamNews). Onun sözlərinə görə, əgər ermənilər Qarabağ səmasında mülki aviasiyanın uçuşunu həyata keçirərələrsə, o zaman onlar 1944-cü il Çikaqo Konvensiyasını pozmuş olacaqlar. Ona görə ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan hava məkanı da Azərbaycanın suveren hava məkanının tərkib hissəsidir.
Şirkətin sözçüsü deyib: “Bu hava məkanından istifadə edilməsinə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından başqa heç bir qurum icazə verə bilməz. Bu baxımdan hər hansı beynəlxalq təşkilatın Xocalıdakı aeroportun istifadəsi ilə bağlı erməni tərəfinə sertifiakt verə bilməz. Bu hava məkanında uçuşlar ancaq Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının razılığı ilə həyata keçirilə bilər”.
Səfərli onu da bildirib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) baş katibi cari ildə iki dəfə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına müracitə edib. O, bu müraciətində təşkilat tərəfindən ermənilərə hər hansı sertifakatın verilməməsini bəyan edib. Bu sənədin surəti Xocalı aeroportuna da göndərilib.
Qeyd edək ki, keçən həftə isə xarici işlər nazirinin müavini Araz Əzimov bu xüsusda erməni tərəfinə birmənalı xəbərdar eləmişdi. Sitat: “Azərbaycan öz ərazisi üzərindən qanunsuz uçuşlara imkan vermək niyyətində deyil. İrəvan. bu mesajı anlamalı və qəbul eləməlidir”. 
Ermənilər isə hələ ki, anlamır və qəbul eləmək istəyində deyil. Bunun əlamətidir ki, Amerika Erməni Milli Komitəsinin (AEMK) icraçı direktoru Aram Amparyan iddia edir ki, Xankəndi aeroportunun işə düşməsi guya “Arsax respublikasına səyahətlər, turizm və sərmayələr üçün yeni imkanlar açır”. Əslində isə hamıya aydındır ki, əsas bambaşqadır.

Düşmən qanunsuz uçuşa beynəlxalq zəmanət axtarışında…

Belə görünür, Ermənistan və dünyadakı erməni icması hətta Ramil Səfərov məsələsi ətrafında yaratdığı beynəlxalq hay-küydən də qanunsuz reysləri reallaşdırmaq üçün münbit zəmin qismində faydalanmağa ümid edir. Ancaq əbəs yerə. Hazırda sülh prosesinin daha da dalana girdiyi və faktiki dayandığı, regionda müharibə risklərinin artdığı zamanda ermənilərin bu addımı həddən-ziyadə təhlükəli və avantürist hərəkət olardı. Hətta bölgəni yeni müharibə alovuna soxacaq bir əmələ çevrilərdi. Bir sözlə, işğalçı tərəfin məsələdə davamlı israrı bölgədə onsuz da təhlükəli durumun daha qorxulu mərhələyə adlaması, Qarabağ probleminin keyfiyyətcə yeni fazaya keçməsi, danışıqların isə gündəmdən tamamilə çıxması demək olardı. 
Yəqin ki, rəsmi İrəvan və separatçı rejimin rəhbərliyi bu bəd gözləntilərin bir azca da olsa, fərqindədir. İstisna deyil ki, bu üzdən qanunsuz reysin reallaşması minimum beynəlxalq şərtlərin təmin olması üçün dəridən-qabıqdan çıxmağa, Azərbaycanım adekvat addımlarını öncədən neytrallaşdırmağa çalışırlar. Bu yöndə erməni lobbisi xüsusilə var gücü ilə səy göstərir və ən əvvəl də ABŞ hökumətinə təsir göstərməyə çalışır. 
Məsələn, AEMK-nın məlumatına görə, belə səylərin nəticəsidir ki, amerikalı ermənipərəst konqresmen, Konqresin Nümayəndələr Palatasının xarici siyasət üzrə komitəsinin üzvü Bred Şerman az öncə Xankəndində aeroportun açılışını alqışlayıb və Azərbaycan hakimiyyətini “uçuşlarla bağlı hər hansı zorakı hərəkətlərə yol verməyəcəyi barədə zəmanət verməyə” çağırıb. 
Zəmanət isə olmayacaq. Ola bilməz. O sadə səbəbə ki, ABŞ hökuməti rəsmi Bakıya bu xahişlə müraciət etməyib, etməyəcək, edə bilməz. Əks halda, özü beynəlxalq qanundan kənara çıxmış olar, işğala rəsmi səviyyədə haqq qazandırar, saxta qurumu rəsmən tanımış kimi görünər. Birləşmiş Ştatlar ölkəmizin ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Ərazi bütövlüyünə isə BMT səviyyəsində tanınmış hava sərhədlərimiz də daxildir.

Vasitəçilərlə təcili təmasa keçmək zamanı

Doğrudur, ATƏT-in Minsk Qrupu həmsədrləri uçuşlarla bağlı narahatlıq bildirərək rəsmi Bakını təmkinli olmağa səsləyiblər. Lakin bu çağırışdı, tələb deyil. Belə bir tələblə çıxış eləmək Minsk Qrupuna BMT Təhlükəsizlik Şurasının verdiyi mandata, BMT-nin öz nizamnaməsinə zidd olardı. 
Lakin danışıqlar prosesinə ölümcül zərbə vuracaq aeroport məsələsi bu gün xeyli aktuallaşıb. O üzdən rəsmi Bakı təcili olaraq ən azından Minsk Qrupuna həmsədr ölkələrlə təmasa girib məsələnin atəşkəs rejimi üçün təhlükəlilik dərəcəsini vasitəçilərin diqqətinə çatdırmalı, baş verəcək xoşagəlməz olaylarla bağlı işğalçı tərəfin məsuliyyət daşıdığı barədə onları xəbərdar etməli, ermənilərin avantürası və bu avantüranın mümkün sonucları ilə əlaqədar hansısa formada etiraz bəyanatının qəbuluna nail olmalıdır. Əks halda, elə çıxacaq ki, Bakı uçuşlara məxfi razılığını verib. Bu isə işğal faktı ilə növbəti dəfə barışmaq anlamına gələcək… 
Bu arada erməni KİV-lərindən birinə açıqlamasında qondarma “DQR”in “müdafiə nazirliyi”ndəki mənbə bildirib ki, “Azərbaycanın uçuşla bağlı istənilən müdaxiləsinə adekvat cavab veriləcək”, hətta “Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı hədəf almaq üçün bütün imkanlarımız var” – deyib. (novostink.ru)

“BMT TŞ-dəki statusumuzdan istifadə etməliyik”

Bəs İrəvan-Xankəndi aviareysi, hər halda, işə düşərsə Azərbaycan tərəfinin siyasi-diplomatik addımları hansı ardıcıllıqda olmalıdır ki, həm milli maraqlarımız zərər görməsin və dövlətimiz öz sifətini saxlasın, həm də beynəlxalq səviyyədə qınağa tuş gəlməyək? 
Önləyici tədbirlər barədə danışan politoloq Leyla Əliyevaya görə, aviareyslərə qarşı hansısa hərbi vasitədən istifadə eləməkdən öncə Azərbaycan ilk növbədə nüfuzlu beynəlxalq təşkilatlardakı yerindən, statusundan istifadə edərək məsələni təcili gündəmə gətirməyi bacarmalı və bu təşkilatlar səviyyəsində Ermənistan əleyhinə etirazlara nal olmalıdır: “Xüsusən də BMT Təhlükəsizlik Şurasının üzvü kimi statusumuzdan yararlanmalıyıq. Mülki təyyarəyə qarşı dərhal sərt tədbirlərə əl atılması isə dünyada yaxşı qəbul edilməz və riskli ola bilər”. 
Maraqlıdır ki, politoloq adekvat addımlardan biri kimi, Qarabağ bölgəsində Azərbaycanın ikinci bir aeroport tikməsi ilə bağlı səslənən ideyanı da işin xeyrinə hesab edir. Ən əvvəl də regionda bir barış atmosferi, humanitar tarazlıq yaratmaq və bölgə ermənilərinin Azərbaycan vətəndaşları olaraq dünyaya çıxışının olmadığı ilə ilgili İrəvanın hay-küylü iddialarını kəsərsiz eləmək baxımından. 
Düşmən tərəfin Bakı Hava Limanını vuracaqları ilə bağlı hədələrə gəlincə, politoloq bunu ciddi saymadı və cəfəngiyyat adlandırdı.

Zahid SƏFƏROĞLU

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER