«İsrail Azərbaycanla birgə İrana müharibə hazırlayır»

«İsrail Azərbaycanla birgə İrana müharibə hazırlayır»

“Reuters” agentliyi regionu bir-birinə vuracaq xəbər yaydı

Rəsmilər xəbəri təkzib etsələr də Bakıdakı mənbə birgə planlardan söz açıb

Məşhur “Reuters” agentliyi İranın nüvə obyektlərinə mümkün zərbələr üçün İsrailin Azərbaycanla əməkdaşlıq etdiyini və hətta birgə planlar üzərində işlədiyi haqda məqalə yayıb. “İsrailin İranın nüvə məkanlarını «təkbaşına» vurmaq variantı Yaxın Şərqi səksəkəyə salıb, onun əsas müttəfiqini (ABŞ nəzərdə tutulur) isə narahat edib. Bəs əgər birdən İsrail Vaşinqtonsuz da tək deyilsə?”, – deyə məqalədə bildirilir. Agentlik yazır ki, İsrailə kömək edə biləcək ölkə Azərbaycandır.

“Reuters”in yazdığına görə, Azərbaycanın iki keçmiş hərbi zabiti və Rusiyanın iki kəşfiyyat mənbəyi agentliyə deyib ki, Bakı ilə Tel-Əviv İrana mümkün zərbələr üçün Azərbaycanın hərbi hava bazalarından və kəşfiyyatından necə istifadə etmək məsələsini müzakirə edir. 

Məqalədə bildirilir ki, Azərbaycanın baş müdafiə qərargahı ilə əlaqələri olan bir təhlükəsizlik müşaviri Bakıda agentliyə deyib: “İndi təyyarələrin haradan və hara qədər uçacağı kimi məsələlər araşdırılır. İsraillilər Azərbaycandakı bazalara çıxış əldə etmək istərdilər”. Azərbaycan və İsrail bu iddiaları rəsmən təkzib edib.

Məqalədə qeyd olunur ki, neftlə zəngin Azərbaycanın yəhudi dövlətinin nadir müsəlman müttəfiqlərindən olması Tehran üçün narahatlıq yaradır. Bu isə təsadüfi deyil. Agentlik Tehranı narahat edən müttəfiqlik münasibətlərinin təsdiqi kimi yazır: “İsrail və Azərbaycan arasında tez-tez söhbəti gedən 1,6 milyard dollarlıq hərbi sövdələşmə buna bariz misaldır”.

Məqalədə “Wikileaks”ın 2009-cu ildə yaydığı ABŞ diplomatik teleqramlarında İlham Əliyevin İsraillə əlaqələri aysberqə bənzətdiyinin əks olunduğu da xatırladılır və “Yəni bu, münasibətlərin onda doqquzu suyun altındadır”, – deyə yazılır.

Agentlik yazır ki, Tehran və Tel-Əviv arasında olan min millik məsafə İsrailin Amerika istehsallı F-16 bombardmançılarını və onları müşayiət edən F-15-ləri normal mənzil xaricində qoyur. Odur ki, təkrar yanacaqdoldurma son dərəcə mühümdür.

“Reuters” daha sonra Azərbaycanla İsrail arasında kəşfiyyat əməkdaşlığının artıq təsdiqləndiyinə diqqət yönəldir: “İsrailin baş naziri Benyamin Netanyahunun ötən həftə BMT-dəki çıxışı bu ölkənin İranı vurmaq ehtimalını ən azı yaxın aylar üçün heçə endirir. Bir sıra İsrail siyasətçiləri də Azərbaycandan hərbi pladstarm kimi istifadə etmək ideyasını “ağlasığmaz” adlandırırlar. Lakin hətta onlar da müştərək Azərbaycan-İsrail kəşfiyyatının mümkünlüyünə inanırlar. Belə bir əməkdaşlığın qurulduğunu Azərbaycan mənbələri də bildiriblər”. Məqalədə o da qeyd olunur ki, İsraillə hər hansı hərbi əməkdaşlıq Azərbaycanın neft platformalarını və kəmərlərini zərbə altında qoya bilər. “Hərçənd, Amerika Azərbaycana üç sahil patrul kateri verib və yeddi sahil radarını maliyyələşdirib”.

Xəbər xidməti

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER