İranın Nizami israrına ziyalılarımız nə deyir? – RƏYLƏR


Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərə dünyanın müxtəlif ölkələrindən, o cümlədən, İrandan tanınmış simalar dəvət olunub. Lakin İran dəvətə hələ də müsbət cavab verməyib. İranın Nizamiyə olan münasibəti bəlli olsa da, tədbirlərdə iştirak etməməsi Azərbaycanın bir sıra yazıçı və tənqidçiləri tərəfindən birmənalı qarşılanmadı.

Tənqidçi Əsəd Cahangir bildirdi ki, İranın bu tədbirlərdə iştirak etməməsinin əsas səbəbi onların hələ də Azərbaycanı özlərinin müstəmləkəsi hesab etməsi ilə bağlıdır.

“Özünü Səfəvilər dövlətinin xələfi hesab edən İran, Azərbaycanın bütün mədəniyyəti, tarixi ilə onlara məxsus olduğunu düşünür. Bunu Nizaminin fars dilində yazması ilə sübut etməyə çalışırlar. İranın dil məsələsini önə çəkməsi elmi yanaşma deyil, sırf siyasi xarakter daşıyır. Bu addımı ilə İran demək istəyir ki, sən mənə tabe olmalısan, tarix boyu mənim tabeliyimdə olmusan”.

Tənqidçi deyir ki, Nizaminin yaşadığı dövrdə bütün Şərqdə fars dili mədəniyyət, poeziya dili sayılırdı. Ərəb dili elm, türk dili isə məişət dili idi.

“Təkcə Nizami yox, Xaqani, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi də farsca yazırdılar. XIV əsrə qədər Avropada fransız dili sənət, poeziya dili hesab olunduğundan şairlər əsərlərini bu dildə yazırdılar. Bu mənada ingilis şairlərinin əsərlərini fransızca yazması onların fransız şairi olduğunu göstərmədiyi kimi, Nizaminin də fars şairi olması qəbulolunmazdır. Bu cür nümunələri başqa xalqlara da şamil etmək olar. Nizami tədqiqatçısı Bartel deyir ki, Nizami, əsərlərini linqvistik baxımından farsca yazsa da, onun daxili semiotik dili türkcədir. Tədqiqatçının fikrincə, Nizami türkcə düşünüb, farsca yazan şairdir. Yazıçının, şairin hansı dildə yazması onun milliyyətinin göstəricisi deyil.

“Nizami əsərlərində mübariz ruh, həyat hadisələrinin təsviri, epik təhkiyə, insan xarakterlərinin yaradılması meyli türkdilli ədəbiyyatın xüsusiyyətləri ilə bağlıdır. Axistan da ondan “Leyli və Məcnun” poemasını yazmağı istəyərkən, türk üslubundan əl çəkib, fars şairlərinin üslubunda yazmağı tapşırmışdı. Nizamini fars şairi kimi təqdim etmək istəyənlər anlamalıdırlar ki, farsca yazmaq, hələ fars şairi olmaq demək deyil. Necə ki, əsərlərini rusca yazan Çingiz Aytmatov və Çingiz Abdullayev rus yazıçısı deyil”.

Tənqidçi Cavanşir Yusiflinin fikrincə, İranın iştirak etməməsinə birmənalı yanaşmaq mümkün deyil:

“İranın məlum tədbirlərdə iştirak etməməsi ilk növbədə onların Nizamiyə olan münasibəti ilə bağlıdır. Düzdür, burada başqa məqamlar da ola bilər. Amma əsas səbəblərdən biri budur. Məlumdur ki, İran Nizamini fars şairi kimi qəbul edir və Azərbaycanda onunla bağlı təşkil olunan tədbirlərdə iştirak etmək istəmir. Nizami ilə bağlı məsələ hər zaman mübahisə doğurub. Düzdür, Nizami farsca yazıb, amma bu, onun fars şairi olduğunu göstərmir. Nizaminin fars şairi olmadığı onun əsərlərində dəfələrlə sübut olunub. Həm də farsca yazmaq dövrün tələbi idi. Farsca yazan bütün şairləri fars hesab etmək düzgün yanaşma deyil”.

Xalq yazıçısı Əkrəm Əylislinin məsələyə yanaşması isə tam fərqli oldu:

“Biz demirik ki, Nizami Azərbaycan şairidir. Biz, sadəcə, onun böyük şair olduğunu deyir, dünya şöhrətli şairin yubileyini keçiririk. İranlılar isə onu fars şairi kimi təqdim edirlər. Amma düşünürəm ki, bu məsələdə mübahisəyə ehtiyac yoxdur. Dünya ədəbiyyatında bu cür yazarlar çox olub, məsələn, əslən yəhudi olan rusca yazan şairlər heç vaxt yəhudi şairi kimi təqdim olunmur. Şairin hansı dildə yazması onun milliyətinin göstəricisidirsə, o zaman Nizami fars şairidir. İranın da onu bu cür təqdim etməsi ciddi problem deyil. Nizami İran ədəbiyyatının intibah dövrünün böyük şəxsiyyətlərindəndir”.

Yazıçı Seyran Səxavət məsələyə ciddi yanaşmamağı məsləhət gördü:

“Nizami milliyyət baxımından azərbaycanlıdır, əsərlərini farsca yazıb, amma düşünürəm ki, o, dünya şairidir. İranın isə onu fars şairi kimi tanıması öz problemidir. İranın bu cür yanaşmasını kənd yerlərində atanın öz qızının toyuna getməməsinə bənzədirəm. Biz dəvət etmişik, gəlmirsə, bu, İranın öz problemidir. Bundan narahat olmaq lazım deyil. İranın bu addımı gülməli və qeyri-ciddidir”.

Gülxar Şərif 

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER