“Belə üsulla formalaşan parlament buraxılmalıdır”

ali kerimli-yeni2“Bu video parlamentin legitim olmadığını, ölkədə kriminal hakimiyyətin mövcudluğunu sübut edir”

Əli Kərimli: “Hər şeyi etməyə çalışacağıq ki, hakimiyyət bunun məsuliyyətindən yayına bilməsin”

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevlə deputat Gülər Əhmədova arasındakı rüşvət qalmaqalını sübut edən videoadakı məqamlara AXCP sədri Əli Kərimli də münasibət bildirib. Ə.Kərimlinin fikrincə, sözügedən video illərdir demokratik düşərgənin, mətbuatın parlamentin qeyri-legetim olduğuna dair iddialarını açıq şəkildə sübut edir:

Mandat marketinqi ilə yalnız Gülər Əhmədova məşğul olmayıb

“Bu çox ciddi materialdır. Düzdür, Azərbaycan cəmiyyətində parlamentin hansı vasitələrlə formalaşdırıldığı təsəvvürü var idi. Amma burada bir başa parlamentin formalaşdırılmasının anatomiyasından bəhs olunur və birbaşa cinayət  hadisəsindən söhbət gedir. Amma mən yayılmış videoya yalnız bir universitet rektorunun YAP-ın tanınmış deputatı vasitəsilə parlamentə seçilmək üçün apardığı bazarlıq və Gülər Əhmədovanın bu işləri həyata keçirilməsi üçün çalışması kimi yanaşmazdım. Hərçənd, bu özü də böyük hadisədir. Amma bu videodan çoxlu başqa nəticələr çıxır.

Məsələn, bu video təsdiq edir ki, uzun zaman Azərbaycan mətbuatında haqqında bəhs olunan, həm rüşvətxor məmurların, həm də iş adamlarının ödənişlərə məcbur edildikləri hakimiyyətin zirvəsinə məxsus «ümummilli kassa» doğurdan da var imiş. Videoda onun varlığı özünün təsdiqini tapır.
Eyni zamanda təsdiq olunur ki, deputatlığa namizədlərin pulla siyahıya salınması işi ilə yalnız Gülər Əhmədova məşğul olmayıb. Söhbətdən məlum olur ki, bu işlə başqa məşğul olanlar da var. Bu bir sistemdir və millət vəkiliyi rüşvətxor məmurların arasında alınıb-satılır. Mandatların marketinqi ilə də təkcə Gülər Əhmədova məşğul olmayıb, başqaları ilə də bu işi görmək mümkün ola bilərmiş”.

Əli İnsanov və Fərhad Əliyevin həbsinin siyasi motivli olduğu təsdiqləndi

AXCP sədri onu da vurğuladı ki, videoda eyni zamanda Əli İnsanov və Fərhad Əliyevin məhz siysi mülahizələrlə görə həbs olunduğu sübutunu tapır:
“YAP-ın önəmli simalarından biri açıq şəkildə təsdiqləyir ki, Əli İnsanov və Fərhad Əliyev məhz “siyasi səbatsızlıq” göstərdiklərinə görə həbs olunublar. Onların cinayət işində göstərilən korrupsiya maddələrinə görə yox, özlərinin təbirincə desək, məhz siyasi səhvə yol verdikləri üçün iki mühüm nazirin həbs olunduğu diqqətə çatdırılır. Bu video material hakimiyyətin siyasət barədə təsəvvürünü bir daha geniş ictimaiyyət üçün aşkarlayır. Baxın, bunlar nəyə siyasət deyirlər. Milli Məclisin deputatı statusunun alınıb-satılması, onun qiymətinin bazarlıq yolu ilə ilə müəyyənləşdirilməsi, endirimin olub-olmaması kimi çirkin məqamları bunlar siyasət hesab edirlər”.
Ə.Kərimlinin sözlərinə görə, bu video təsdiq edir ki, 2005-ci ildə seçkilərə yeddi-on gün qalmış təxminən 500 nəfərə yaxın adamın namizədliyini geri götürməyə məcbur edilməsi təsadüfi deyildi:

Belə üsulla formalaşan parlament buraxılmalıdır

“Gülər Əhmədovanın təbiri ilə desək, məhz dövlət başçısı tərəfindən təsdiq olunmuş siyahıya mane olmamaq üçün bütün müxtəlif dövlət idarələirndə işləyən, bizneslə məşğul olan, hökumətin təsir edə biləcəyi adamları məcbur elədilər ki, namizədliklərini geri götürsünlər. İndi o məsələnin də üstü açılır ki, həqiqətən də bu adamlar mərkəzləşdirilmiş qaydada namizədliklərini geri götürməyə məcbur ediliblər. Ümumiyyətlə, bu video əvvəldən-axıra qədər Azərbaycan parlamentinin saxta üsulla formalaşdırıldığını təsdiq edir. Orda hətta çox çirkin bir formada millət vəkili seçilmənin hansı sürətlə artdığı göstərilir. Mandatın qiyməti seçkilərə dörd ay qalmış 300 min, iki-üç ay qalmış 500 min, seçkilərə yeddi gün qalıbsa bir milyon manatdır. Bu dərəcədə detalları ilə bu mexanizm açılıb ifşa olunur və tamamilə sübut olunur ki, Azərbaycanda xalqın seçdiyi legitim parlament yoxdur. Bu video parlamentin qeyri-legitim, Azərbaycanın seçki sisteminin tamamilə cinayətin iştirakçısı olduğunu və ölkədə həqiqətən də kriminal hakimiyyətin mövcudluğunu sübut edir. Əlbəttə, belə üsulla formalaşan parlament buraxılmalıdır.  Azərbaycan hakimiyyəti xalqın səbrinin böyüklüyünə ümid edərək susqunluğunu davam etdirir. Amma biz buna hər halda imkan verməməliyik. Hər şeyi etməyə çalışacağıq ki, hakimiyyət bu cür açıq-aşkar kriminal əməllərin məsuliyyətindən yayına bilməsin».

Xəyal

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER