Bütöv Azərbaycan dövləti, yeni dünya xəritəsində…

butov azerbaycan-xeriteThe New York Times Azərbaycanın birləşəcəyini yazdı

Sentyabrın 22-də “The New York Times” qəzeti Irana hərbi müdaxilə ilə bu regionda, hətta indiki Türkiyədən də güclü bir yeni Böyük Azərbaycan dövlətinin yarana biləcəyini yazır. Müəlliflər Frank Cacobs və Parag Khanna qeyd edirlər ki, XXI əsrin əvvəlində dünyanın siyasi xəritəsi haradasa tamamlanmaq üzrə olan kimi görünürdü. Çünki Sovet Ittifaqının dağılması və dünyanın müstəqil dövlətlər siyahısına çoxlu sayda yeni dövlətin qoşulmasından cəmi 20 il keçir:

“Amma belə çıxır ki, bu təsəvvürlər doğru deyil. Bu günlər daha bir neçə yeni dövlətin doğulması dalğasının başlamasına bənzəyir. Bu dəfə yeni dövlətlər Sovetlər Birliyinin dağılmasında olduğu kimi hansısa siyasi dəyişiklik və ya münaqişə nəticəsində yaranana oxşamır. Görünür, yeni dövlətlər həm də konkret bir spesifik regionda meydana gəlməyəcəklər”.Sentyabrın 22-də “The New York Times” qəzeti Irana hərbi müdaxilə ilə bu regionda, hətta indiki Türkiyədən də güclü bir yeni Böyük Azərbaycan dövlətinin yarana biləcəyini yazır. Müəlliflər Frank Cacobs və Parag Khanna qeyd edirlər ki, XXI əsrin əvvəlində dünyanın siyasi xəritəsi haradasa tamamlanmaq üzrə olan kimi görünürdü. Çünki Sovet Ittifaqının dağılması və dünyanın müstəqil dövlətlər siyahısına çoxlu sayda yeni dövlətin qoşulmasından cəmi 20 il keçir:

F.Cacobs və P.Khanna dünya xəritəsində aşağıdakı yeni dövlətlərin yarana biləcəyini ehtimal edirlər:

Böyük Azərbaycan

“Iranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski də yüksəkdir. Indiki rejim zorakılıqla süquta uğrasa, Iranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər. Bu da artıq müstəqil olan Azərbaycan Respublikası ilə birləşərək, hətta indiki Türkiyədən də təsirli yeni regional gücün meydana çıxması deməkdir.
Bu dövlətin yaranması eyni zamanda, Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddialarını çətin vəziyyətə sala bilər. Konqresmen Dana Rohrabacherin də sentyabrın 12-də ABŞ-ın Nümayəndələr Palatasına Iranda yaşayan azərbaycanlıların öz müqəddəratlarını təyinetmə hüquqlarının tanınması barədə qətnamə layihəsi təqdim edib. Amma Iran rəsmiləri hələlik bu mövzuda hər hansı şərh verməyib”.
Qeyd edək ki, Iranda yaşayan azərbaycanlı fəallar da tez-tez bu bölgədə müstəqil Azərbaycan dövlətinin yaradılması ideyasını müzakirəyə çıxarırlar. Amma Tehran rəsmiləri ölkənin parçalanmasına imkan verilməyəcəyini deyirlər.
“The New York Times”da təkcə Iranda deyil, dünyanın başqa yerlərində də yaxınlarda yeni dövlətlərin meydana çıxacağı barədə ehtimallar səslənib. Qəzet həmin mümkün yeni dövlətləri bu cür sıralayır:

Parçalanan Mali

Malinin şimalında tuareq tayfalarının yeni dövlət yaradacaqları və ölkənin parçalanacağı qaçılmaz görünür.
Belçika, nəhayət bölünə bilər
Dil baxımdan ikiyə bölünmüş (fransız və holland dili) Belçika fransız dilinin üstünlüyü əsasında birləşdirilsə də, bu ölkə də qarşıdakı onilliklərdə ikiyə bölünməyə doğru gedir…

Konqo bölücüləri

Elə indidən iki Konqo var. Biri Fransanın koloniyası, o biri isə Belçikanın. Onların paytaxtları da eyni adlı bir çayın kənarında üz-üzə dayanıb.
Somalinin parçalanması artıq təsdiqlənib
Milli hökumətin qurulması bu ilə planlaşdırılır. Amma çoxları inanır ki, ölkənin şərq və qərb hissələri – Puntlend və Somalilend artıq birlikdə olmaq istəmir.

Ələvilər təkbaşına gedirlər

Indiki dumanlı vətəndaş müharibəsindən sonra Suriyanın gələcəyinin necə olacağını demək çox çətindir. Amma bir şey dəqiqdir ki, aylarla uzanan qanlı müharibədən sonra Suriya əvvəlki ölkə olmayacaq.
Ola bilər, Suriya dini sektaların hökumətə meydan oxuduğu keçmiş Livan kimi bir ölkəyə çevrilsin. Ya da Suriya etnik əsaslarla parçalanmış Dəməşq və Hələb kimi şəhər-dövlətlərə çevrilə bilər.

Ərəb Körfəzi Birliyi

Keçən il Səudiyyə Ərəbistanının kiçik Bəhreynə hərbi müdaxiləsi faktiki olaraq buranı Səudiyyənin 14-cü əyalətinə çevirib. Eyni zamanda, Yəməndən Səudiyyə Ərəbistanına köç bu ölkədə 1990-cı ildə Cənubi və Şimali Yəmənin Birləşməsi kimi ciddi konfliktlər yarada bilər. Bu ilin əvvəlində sünni ərəb monarxları da Irandan artan təhlükələrə qarşı Körfəz Əməkdaşlıq Şurasının Ərəb Körfəzi Birliyinə çevrilməsini təklif ediblər.

Müstəqil Kürdüstan

ABŞ qüvvələrinin bölgədən çəkilməsi, Iranın qərbində və Iraqdakı gərginlik, eləcə də Suriyadakı vətəndaş müharibəsi I Dünya Müharibəsindən sonrakı Yaxın Şərq xəritəsinin tamamilə yenidən çəkilməsilə nəticələnə bilər.
Kürdlərin 3000 illik tarixlərində müstəqil Kürd dövlətinin yaranması imkanı heç vaxt indiki qədər real olmayıb.

Paştunistan və Bəlucistan da ayağa qalxır

Iranın şərqində və Əfqanıstan ərazilərində böyük Puştunistan qurula bilər. Təbii qaz ehtiyatları ilə zəngin olan Bəlucistan (Pakistan) da 1970-ci illərdə aktuallaşan müstəqilliyinə yenidən baxa bilər.

Çin Sibirin bir hissəsini udur

Rusiyanın qorxulu röyası – getdikcə əhalisi və iqtisadi gücü artan Çinin Sibirin bir hissəsini cənginə çəkməsi reallaşa bilər. Elə indidən yüz minlərlə çinli Amur çayını keçib Sibirdə yerləşir, yerli əhali ilə qaynayıb qarışır, evlənib, ailə qurur.

Koreyanın birləşməsi

Şimali və Cənubi Koreya arasındakı mübahisəli sərhəd də aradan qalxa bilər.
Fakt odur ki, artıq Cənubi Koreyanın strateqləri ölkənin birləşməsi halında bunun iqtisadi və sosial qiymətləndirməsini hazırlayırlar.

“Azadlıq” radiosu

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER