QARABAĞI İŞQAL EDƏN RUS VƏ ERMƏNİ QOŞUNLARI TƏKRAR QARABAĞDA

RUS QOŞUNLARI İŞĞAL ALTINDAKI QARABAĞDA!

Moskva ilə Bakı arasında müharibə sala biləcək xəbər
Alman qəzeti yazır ki, Ermənistanın qoşulduğu hərbi birliyin təlimləri Qarabağda da keçirilib; Rusiyanın müdafiə naziri Serdyukov İrəvanda 102-ci bazaya aid 10 obyektin də ermənilərə veriləcəyini deyib; Bakıda diplomatlar susur, ordumuz isə bu xəbərlərə reaksiyasını hərbi təlimlərə başlamaqla verir…

Rusiya Ermənistandakı 102-ci hərbi bazasına daxil olan 10 obyekti bu ölkəyə verir. Bu barədə İrəvana səfər edən Rusiya müdafiə naziri Anatoli Serdyukov erməni həmkarı Seyran Ohanyanla görüşündə bildirib. “Arminfo” agentliyinin məlumatına görə, Serdyukov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda sentyabrın 15-dən 19-nadək keçirilən hərbi təlimlərinin bağlanış mərasimində iştirak edib. İrəvanda Ohanyanla keçirdiyi brifinqdə Rusiya müdafiə naziri deyib ki, tərəflər 102-ci bazanın texniki təchizatı, ikitərəfli hərbi-texniki əməkdaşlıq məsələləri və illik əməkdaşlıq planı barədə müzakirələr aparıblar.

 

“Hazırda Rusiya hərbi obyektlərinin yenidən təşkili həyata keçirilir və bu çərçivədə 102-ci bazaya aid 10 obyekt Ermənistanın sərəncamına veriləcək” deyə, Serdyukov bildirib.

***

KTMT təlimlərinin nəticələri haqda danışan Rusiya müdafiə nazirinə görə qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilib, ancaq yekun nəticələr haqda danışmaq tezdir. Ohanyan isə Serdyukovun bu səfərinin əvvəlcədən planlaşdırıldığını, ikitərəfli hərbi əməkdaşlığa yeni impuls verəcəyini deyib. Rusiya müdafiə naziri Ermənistan prezidenti Serj Sərkisyanla da görüşüb. Tərəflər KTMT təlimləri və ikitərəfli əməkdaşlıq barədə danışıqlar aparıblar. Xəbər verildiyi kimi, Ermənistanda keçirilən KTMT təlimlərində Rusiyanın İvanovo vilayətində dislokasiya olunmuş 98-ci qvardiya-desant diviziyasının bir batalyonu da iştirak edib. “Nezavisimaya qazeta” batalyonun tam təchizatla təlimlərdə iştirak etdiyini, onun hansı yolla Ermənistana daşındığının isə qaranlıq qaldığını yazıb. Belə ki, Rusiyadan Ermənistanla yeganə quru əlaqəsi saxlamağa imkan verən Gürcüstan öz ərazisindən Rusiya hərbi yüklərinin daşınmasını qadağan edib. Ermənistandakı təlimlərdə iştirak edən rus desant batalyonunun geri qayıtmayacağı və bu ölkədə qalacağı bildirilir.

***

Bu arada Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinin təxirə salınması mövzusu erməni KİV-lərində geniş müzakirə obyektinə çevrilib. MDB İnstitutunun rəhbəri Konstantin Zatulinin iddiasına görə, səfər sentyabrda Ermənistanda keçiriləcək KTMT çevik qüvvələr təlimi çərçivəsində baş tutacaqdı. MDB institutunun rəhbəri, “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulin qeyd edib ki, bu, dövlət səfəri olacaq və onun təşkili üzrə işlər artıq aparılır. Armİnfo” müxbirinin yaranmış vəziyyətlə bağlı şərh vermək xahişinə cavabda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib: “Ermənistan XİN-i Rusiya prezidentinin Ermənistana gözlənilən səfəri barədə rəsmi məlumat yaymayıb”.

***

Almaniyanın Tagesspiegel qəzeti isə Ermənistanda başa çatan KTMT təlimləri ilə bağlı yeni məlumat yayıb. Alman qəzetinin yazdığına görə, təlimlər təkcə Ermənistanın yox, Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağı da əhatə edib. (İnopressa.ru) Müəllif Elke Vendişin yazdığına görə, Qərb ölkələri Ermənistandakı KTMT təlimləri və onunla eyni vaxtda başlayan “Qafqaz-2012″ təlimləri ilə bağlı ən azından narahatlıq keçiriblər. Bildirilir ki, Gürcüstan rəhbərliyi bu təlimlərin bütün region üçün təhdid olduğunu düşünür. ”Narahatlıq üçün əsas isə doğrudan da var. Təlimlər təkcə Ermənistan ərazisində deyil, eyni zamanda rəsmən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağda da keçirilib. Əvvəlcə Rusiya rəhbərliyi Cənubi Osetiya və Abxaziyanı da təlimlər zonasına daxil etmək istəyirdi. Lakin Qərb ölkələrinin təzyiqləri qarşısında bundan imtina etdi” deyə, qəzet Gürcüstan rəhbərliyindəki qaynaqlara istinadən yazıb. Alman qəzetinin yazdığına görə, Rusiya ordusunun Ermənistandakı təlim poliqonuna hərbi texnika və desant qüvvələrini necə çatdırdığından ekspertlər baş aça bilmir: “Çünki Rusiyanın nə Ermənistan, nə Dağlıq Qarabağla birbaşa sərhədi yoxdur, Gürcüstanın hava məkanı isə Rusiya aviasiyası üçün bağlıdır”.

***

Xatırladaq ki, Ermənistandakı təlimlərlə praktiki olaraq eyni vaxtda Rusiya ordusu da irimiqyaslı “Qafqaz-2012″ təlimlərinə başlayıb və hər iki təlimlər 58-ci rus ordusunun qərargahından idarə olunub. Ancaq Ermənistandakı KTMT təlimlərinin Qarabağı da əhatə etdiyinə dair Gürcüstan rəhbərliyinə istinadən yayılan məlumat isə kifayət qədər qalmaqallı hesab oluna bilər. Belə görünür ki, rəsmi Bakı istər bir batalyon rus desantının Ermənistana atılması, istərsə də təlimlərin Qarabağı da əhatə etməsi ilə bağlı Moskvadan izahat tələb etməlidir. Ekspertlər Rusiyanın Ermənistanla birgə və eyni vaxtda ayrıca keçirdiyi hər iki hərbi təlimin Azərbaycana və Gürcüstana xəbərdarlıq olduğu qənaətindədir. Belə görünür ki, Azərbaycan tərəfi də bu güc nümayişi cəhdi mesajını qəbul edib və ona cavab olaraq Ermənistandakı KTMT təlimlərinin başa çatmasından dərhal sonra Qarabağda irimiqyaslı hərbi manevrlərə başlayıb. Müdafiə Nazirliyindən verilən məlumatlarda deyilir ki, nazir Səfər Əbiyevin başçılığı altında keçirilən manevrlərdə bütün qoşun növləri, o cümlədən hərbi hava və hava-hücumundan müdafiə qüvvələri iştirak edir. Təlimlərin keçirildiyi ərazinin coğrafiyası göstərilmir.

***

Ermənistanda isə hesab edirlər ki, Rusiyanın hərbi-siyasi və iqtisadi dəstəyinə baxmayaraq, ölkə öz müstəqilliyi ərzində heç bir sahədə nailiyyət qazana bilməyib. Keçmiş baş nazir, deputat Qrant Baqratyanın fikrincə, Ermənistan 21 illik müstəqilliyi ərzində bütün göstəricilər üzrə geriyə gedib: “1990-cı illərin əvvəllərində Ermənistan iqtisadi baxımdan ən islahatçı ölkə idi, ancaq indi bizdə oliqarxiya üzərində qurulmuş iqtisadiyyat var, biz MDB-də Tacikistandan sonra ən pis göstəricilərə malik ölkəyik. İqtisadiyyatın cəmi 37 faizi xalqa, qalan 63 faizi hakim ailələrə məxsusdur. İndi Ermənistanı nəinki regionun digər ölkələri, o cümlədən Azərbaycanla müqayisə etmək mümkün deyil, üstəlik Afrika ölkələrindən də geri qalır”. Q.Baqratyana görə, hazırda Ermənistandan miqrasiya Qarabağda müharibənin getdiyi illərə nisbətən 2-3 dəfə artıqdır. Onun fikrincə, 90-cı illərin əvvəllərində Ermənistan Dağlıq Qarabağ məsələsində uğurlar əldə edib: “Lakin biz döyüşü udduq, müharibəni yox. Mənim proqnozlarıma görə bizim Azərbaycanla mübahisəmiz hələ uzun müddət davam edəcək və Qarabağ məsələsi yaxın perspektivdə həll olunmayacaq. Hesab etmirəm ki, yaxın gələcəkdə problemi bu və ya digər tərəfə tərpətmək mümkün olacaq, ona görə də bizi yeni müharibə gözləyir. Azərbaycan bu müharibəyə ciddi hazırlaşır, 40 milyard dollarlıq silah alıb və fürsət tapan kimi müharibəyə başlayacaq”.

***

İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan isə hesab edir ki, Azərbaycan hələ müharibəyə başlamağa hazır deyil. Çünki müharibəyə başlamağa imkan yaradan amillər hələ yoxdur: “Əgər Azərbaycan müharibəyə başlamaq imkanında olsaydı istənilən fürsətdə bunu edərdi”. Ermənistan ordusunun istefada olan generalı, vaxtilə Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş Arkadi Ter-Tadevosyan isə deyib ki, KTMT Azərbaycanın Qarabağda hərbi əməliyyatlar keçirməsinə qarışmayacaq. Onun fikrincə, KTMT nacaq Ermənistan ərazisinə müdaxiləyə cavab verəcək, çünki bu cür öhdəliyi var. “Ancaq o da aydın deyil ki, KTMT-nin bütün üzvləri Ermənistana hərbi kömək barədə qərarı dəstəkləyəcəkmi?” deyə, o bildirib. Erməni generalına görə Qarabağda müharibə başlasa Gürcüstan Azərbaycanın tərəfində olacaq, çünki bu ölkəni Azərbaycanla ortaq neft layihələri və digər maraqlar bağlayır. Gürcüstanın Ermənistana Rusiyadan göndərilən hərbi köməyin qarşısını kəsməsi isə kritik təsir göstərə bilər.

Fərhad MƏMMƏDOV

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER