TURQUT ÖZALIN ÖLÜMÜNDƏ “AĞIL TUTULMASI” SİNDROMU

Türkiyənin sabiq prezidentinin məzarı açılmaq ərəfəsindədir

1993-cü il aprelin 17-də vəfat edən Türkiyənin 8-ci prezidenti Turqut Özalın İstanbul Topqapı sarayındakı məzarının açılması üzrə son hazırlıq işlərinə başlanıb. Ankara Baş Prokurorluğu Özalın qəfil ölümünə zəhərlənmənin səbəb olması iddiası üzrə qaldırılmış cinayət işinin istintaqında bu haqda qətnamə qəbul edib. Qətnamə icra üçün İstanbul Baş Prokurorluğuna göndərilib. Sentyabrın 18-də axşam prokuror Ümid Zəfər Çolakın rəhbərliyi ilə qətnamənin icrası üzrə son hazırlıqlar başlayıb. Prosesə Terrorla Mübarizə Polisi də cəlb edilib.

Bu məsələni də xüsusi vurğulamağa ehtiyac var. 7 aydan sonra 20 ili tamam olacaq olayın istintaqı zamanı xeyli məqamı aşkarlamaq mümkün olub. Onlardan ən önəmlisi Özalın vəfatından dərhal sonra dərin araşdırma aparılmamasıdır. Prezidentin qəfil vəfatından dərhal sonra zəhərlənmə şübhələri səsləndirilsə də, nə meyitin yarılması, nə də qan analizləri götürülərək incələnməsi, hətta prezident iqamətgahında heç bir araşdırma aparılmayıb. İstintaqda bu, “tam mənasında ağıl tutulması ilə izah edilən bir durum” kimi ifadə edilib.

Digər məsələ prezident iqamətgahındakı tibb xidmətinin keyfiyyəti ilə bağlıdır. Araşdırmalar zamanı bəlli olub ki, Çankaya köşkündə prezidentin səhhəti davamlı nəzarət altında olsa da, çoxsaylı səfərlərdən sonra yarana biləcək ciddi problemlərə dərhal müdaxilə edəcək həkim briqadaları, eləcə də təcili tibbi yardım maşını olmayıb. İstintaq bu faktı “qəbul və izah edilə bilməyən” durum kimi dəyərləndirir.

Onu da deyək ki, Özal sağlıq durumuna çox həssas yanaşırmış. Dönəmin səhiyyə naziri Xəlil Şıvğın prezidentə ən yaxın şəxslərdən biri kimi tanınırdı. Bir neçə gün öncə eks-nazir “Beyaz” TV-yə də Çankaya köşkündə əməliyyat otağı yaradılması fikrini irəli sürsə də, prezident administrasiyasının o zamankı baş katibi, keçmiş Quru Qoşunları Komandanı, general Kemal Yamağın bu məsələyə əngəl olduğunu deyib. Eks-nazir onu da deyib ki, Çankaya köşkünə göndərdiyi tam təchizatlı təcili tibbi yardım maşını baş nazir Süleyman Dəmirəlin göstərişi ilə geri qaytarılıb. Nazirin sözlərinə görə, kimlərsə Özalı xilas edə biləcək müdaxiləni əngəlləyib: “Bu məsələdə cavab verəcək birinci adam isə dönəmin baş naziri Dəmirəldir”.

 T.Özalın ölümü ilə bağlı sirdə Azərbaycanın da adı keçir. 1998-ci ildə onun həyat yoldaşı Səmra Özala göndərilən məktubda belə yazılmışdı: “Turqut Özalı dərmanla öldürdülər. Qatil Azərbaycandadır. Adı Həsən Əlioğlu”.

Bu məktubu Özal ailəsinin İstanbuldakı evinə özünü Şəhriyar Purnovruz kimi təqdim edən bir şəxs verib. O, S.Özalla görüşmək istəsə də, xanım Özal evdə olmadığı üçün görüş baş tutmayıb. Bu şəxs qaldığı hotelin adresini də məktuba əlavə edərək onu mühafizəçilərə təqdim edib. S.Özal məktubu alandan dərhal sonra məktubda göstərilən hotelə mühafizəçilərini göndərib, ancaq həmin adamı tapa bilməyiblər. Bundan sonra onun evə gəldiyi maşın da axtarışa verilib. Ancaq bu axtarış da nəticəsiz olub. İstintaq yalnız onu müəyyən edə bilib ki, özünü Ş.Purnovruz kimi təqdim edən şəxs Türkiyə sərhədlərini qanuni yolla keçməyib.

İstintaq məsələ ilə bağlı daha bir ilginc fakt əldə edib. Purnovruzun pasportunun fotosurəti Səmra Özalın mühafizəçisi Asim Enşenolda tapılıb. Eşenol fotosurəti İstanbul Əmniyyət Müdirliyinə təqdim etsə də, onu konkret kimə verdiyini xatırlaya bilməyib. Hazırlıqlar sona çatdırılan bir zamanda – sentyabrın 19-da prezident Abdullah Gül Çankayada T.Özalın xanımı və oğlu ilə də görüşməsi xəbəri yayılıb.

 
T.Özalın son səfəri Azərbaycan və Orta Asiyadakı türk cümhuriyyətlərinə olmuşdu. Səfər proqramına qatılanlar 11 günlük səfərdən olduqca yorğun qayıtdıqlarını xatırlayırlar. Eks-prezidentin mühafizə xidmətinin rəhbəri Musa Öztürk yeli telekanallardan birinə bu haqda danışarkən bildirib ki, Özal həm Azərbaycanda, həm də Bosniyadakı olaylara görə ciddi gərginlik keçirirmiş: “Hər iki ölkədə müsəlmanların qanı axıdılırdı. Biz ondan xahiş etdik ki, gərginlik səhhətinizə pis təsir edir, bəlkə Azərbaycana səfərinizi təxirə salıb bir müddət müalicə alasınız. Prezident cavab verdi ki, orada qanlar axıdılan bir zamanda sakitcə müalicə ala bilməz”.

T.Özalın Azərbaycanda hansı coşğu ilə qarşılandığını isə çoxları xatırlayır. Bu, tarixə Azərbaycanın ən şanlı səhifələrindən biri kimi düşüb. Bakı hava limanında çoxminli vətəndaşların qarşılaması, onun prezident Əbülfəz Elçibəylə üstüaçıq maşında paytaxtın əsas küçələri ilə Azadlıq meydanına gəlişi, oradakı möhtəşəm mitinq bir çox rakursdan Azərbaycan və Türkiyənin siyasi uğuru idi. Türkiyə dövlətinin başçısı regiondan uzun illər dəmir pərdələr arxasında qalan türk torpaqlarında böyük sayğı, ən əsası da xalqın inanılmaz coşğusu ilə qarşılanırdı. Bu səfərlə bölgədə yeni güc mərkəzi yaranmaqda idi. Özal uzun illər xəyal etdiyi və altyapısını hazırladığı ortaq türk dünyası ideyasını gerçəkləşdirmə yolunda önəmli bir addım atırdı.

 
Təbii, bu coğrafiyada marağı olan dövlətlər – həm ərazinin keçmiş ağası Rusiya, həm də dünyanın neft-qazla zəngin qaynaqlarına cığır açmaq üçün demokratik dəyişikliklərə nisbətən yardım edən Qərb bunun fərqində idi. Rusiya davamlı olaraq Qarabağ savaşını tətikləməklə Azərbaycanı zəiflətməyə çalışırdı. Həm Türkiyədəki, həm də Azərbaycandakı bir sıra ekspertlər Özalın qəfil ölümünə onun yeni güc mərkəzi yaratmaq ideyası kontekstində yanaşılmasını doğru sayır. Proseslər inkişaf etdikcə diqqət Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin üzərində cəmləşir. Özal ailəsi iddia edir ki, Dəmirəl zəhərlənmə olayından xəbərdardır. Eks-prezidenti bu planın tərkib hissəsi sayanlar da var. Onların qənaətinə görə, Özalın türk dünyasının birliyi ideyasının fiaskoya uğradılması missiyası məhz Dəmirələ tapşırılıb. Bu versiyanı müdafiə edənlər bildirir ki, Dəmirəlin Özaldan sonra prezident seçilməsi, eləcə də Azərbaycanda prezident Elçibəyin devrilməsi deyilənlərə sübutdur.

Aygün MURADXANLI

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER