Konqresmen Dana Rohrabaker: “Mənim əsas məqsədim bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır”

 

ABŞ Konqresmeni Dana Rohrabacher

Konqresmen Dana Rohrabaker: “Qətnamə layihəsi – birinci addımdır”

Konqresmen Dana Rohrabaker: “Qətnamə layihəsi – birinci addımdır”

Vaşinqtondan BBC Azərbaycanca üçün..

“İran azərbaycanlılarının öz müqəddəratını təyin etmə hüqüqunun tanınmasna dair Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim etdiyim qətnamə layihəsi məqsədə doğru birinci addımdır”, ABŞ Konqressmeni Dana Rohrabaker cümə günü BBC-Azərbaycancaya eksklüziv müsahibəsində belə deyib.

H.CON.RES.137qətnamə layihəsi “Azərbaycan və İran arasında bölünnüş Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, ölkəsini seçmək hüququndan” bəhs edir.

Mənim əsas məqsədim bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır. Biz onu qanun halına salmalı idik ki, həm Birləşmiş Ştatlarda, həm də dünyanın başqa yerlərində geniş debat mövzusu aça bilək. …. Növbəti addım isə Konqresdə qətnamə layihəsi üzərində dinləməyə nail olmaq və qanunverici mərhələlər üzrə irəliləməkdir”, deyib eyni zamanda Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədri olan konqresmen Rohrabaker jurnalist Ələkbər Raufoğlu ilə söhbətində.

Kaliforniyadan seçilmiş respublikaçı konqresmen iyul ayında dövlət katibi Hillari Klintona məktubyazaraq Azərbaycan xalqının, öz razılığı olmadan 1828-ci ildə Rusiya və Fars imperiyaları arasında bölündüyünü bildirmişdi. Dövlət Departamenti məktubdan ağah olduğunun və ölkələrin “ərazi bütövlüyünü dəstəklədiyini” elan etmişdi.

Referendum, milli kimlik, mədəni haqlar…

Konqressmen Rohrabakerin təbirincə, onun təşəbbüsü sərhəd dəyişikliyinin dəstəklənməsi anlamına gəlməməlidir. Sadəcə, o hesab edir ki, Azərbaycanın İran əyalətlərində yaşayan adamların ayrılmaq istədiyini bilib-bilməmək üçün referendum keçirilməlidir.

“Mənim mesajım odur ki, azərbaycanlılarla dünyadakı bütün xalqlarla kimi ilə olduğu kimi davranılmalıdır. İlk növbədə onlara öz gələcəklərini müəyyənləşdrimək haqqı verilməlidir… Mən demirəm ki, bu gələcək konkret harada olmalıdır, amma bir şeyə əminəm ki, o, mütləq seçki qutularında, özü də saxtalaşdırılmamış seçkinin nəticələri əsasında müəyyənləşməlidir”, deyib qanunverici.

Onun fikrincə, əsas məsələ “bu insanlara milli kimliklərini, mədəni haqlaını müəyyənləşdirmək imkanı verməkdir”

“Azərbaycanlılar səs vermək, seçmək və gələcəklərini harada – İranda, Azərbaycan yoxsa tamamilə müstəqil bir ölkədə gördüklərini özləri müəyyənləşdirmək iqtidarında olmalıdırlar. Bu, onların təməl haqlarıdır və dünyadakı başqa xalqlar kimi, onların da bu bundan bəhrələnmək öz müqəddəratını təyin etmək hüququ var”, əlavə edib Konqresmen.

O həmçinin yada salıb ki, əsasən etnik azərbaycanlıların yaşadığı İran əyalətləri Şərqi və Qərbi Azərbaycan adlanır. Bununla da Tehran hökuməti təsdiq edir ki, azərbaycanlıların vətəni bölünüb…

Məqsəd addım atmaqdır

“Bu qanun layihəsi əslində konkret bir məqsədə yönəlib — addım atmaq. Konqresdə müzakirələrin nəticəsindən asılı olmayaraq, bu bir tarixdir və hazırda baş vernələr də tarixə yazılır”, deyib Konqresmen..

Onun təbirincə, beynəlxalq ictimaiyyət bugünlər “İran Azərbaycanlılarının haqları uğrunda qızğın müzakirənin iştirakı olub, münasibətini bildirəcək”.

“Beləliklə, hazırda biz birinci mərhələdəyik – yəni milli və beynəlxalq müzakirələr… Əsas sual İran Azərbaycanləlarının öz müqəddəratını təyin etmək haqlarını tanımaqdır” vurğulayıb qanunverici.

ABŞ-ın isyasəti

Müsahibə boyu Konqresmen təşəbbüsünün tənqidçilərinə də mesaj ünvanlayıb. Belə ki, onu “Azərbaycanlıların məsələsini” qabartmaqla ABŞ-İran gərginliyini, azərbaycanlıların özlərini, eləcə də Bakı-Tehran münasbətlərini risk qarşısında qoymaqda ittiham edənlər var.

“Birləşmiş Ştatların tarixi siyasəti xalqlara təcavüzün və onların hüquqlarının pozulmasının qarşısının alınmasından ibarət olub”, yada salıb Konqresmen.

“Mənim mesajım odur ki, xalqa xarici məcburiyyət olmadan, sülh və barış içində yaşayan millətlər birliyində öz statusunu seçmək imkanları verilməlidir”, deyə o vurğulayıb.

Bakının mövqeyi

BBC-Azərbaycanca həmçinin konqresmendən qətnamə layihəsini ötən həftəsonu Bakıya səfərindən dərhal sonra irəli sürməsinin səbəblərini soruşub, belə ki, Azərbaycanın rəsmi siyasəti sözügedən təşəbbüsü inkar edir.

Konqresmen Bakıdakı əhval-ruhiyyə ilə “yaxından maraqlandığını” deyib.

“Bakıda insanlarla söhbətlərimiz əsasında Azərbaycan xalqının bu ideyaya müsbət yanaşdığının şahidi olduq. Onlar da İranda azərbaycanulıların gələcəyinin seçki ilə müəyyənləşməsinin vacibliyi düşüncəsidədir”, deyib Konqresmen Dana Rohrabaker.

Ələkbər Raufoğlu

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER