“İRANDA YAŞAYAN AZƏRBAYCANLILARININ MÜSTƏQİLLİYİNƏ DAİR KONQRESƏ TƏQDİM EDİLƏN QƏTNAMƏ HƏLƏ BAŞLANĞICDIR”

“KONQRESƏ TƏQDİM ETDİYİM QƏTNAMƏ HƏLƏ BAŞLANĞICDIR”

Konqresmen Rohrabaher “Bütöv Azərbaycan” planı ilə bağlı yeni addımlar hazırlayır.

“İran azərbaycanlılarının öz müqəddəratını təyinetmə hüququnun tanınmasına dair Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim etdiyim qətnamə layihəsi məqsədə doğru birinci addımdır”. ABŞ konqresmeni Dana Rohrabaher cümə günü BBC-nin Azərbaycan xidmətinə müsahibəsində belə deyib. Xəbər verildiyi kimi, konqresmen Rohrabeher əvvəlcə İranda yaşayan azərbaycanlıların müstəqilliyinin dəstəklənməsinə dair dövlət katibi Hillari Klintona sorğu verib.

Sorğuya cavab alandan bir neçə gün sonra o, bir qrup konqresmenlə birgə Bakıda səfərdə olub. Bakıdan qayıdandan sonra Rohrabaher İran azərbaycanlılarının müstəqilliyini dəstəkləyən qətnamə layihəsini Konqresin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə təqdim edib. Amerikalı analitiklərə görə, onun təşəbbüsü İran azərbaycanlıları üçün yaxşı heç nə vəd etmir, eyni zamanda indiki həssas məqamda Azərbaycanın xeyrinə deyil.

 
“Mənim əsas məqsədim bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır. Biz onu qanun halına salmalı idik ki, həm Birləşmiş Ştatlarda, həm də dünyanın başqa yerlərində geniş debat mövzusu aça bilək. …. Növbəti addım isə Konqresdə qətnamə layihəsi üzərində dinləməyə nail olmaq və qanunverici mərhələlər üzrə irəliləməkdir” deyə konqresmen öz məqsədini izah edərkən bildirib. Rohrabaher eyni zamanda Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədridir. Konqresmenin fikrincə, onun təşəbbüsü sərhəd dəyişikliyinin dəstəklənməsi anlamına gəlməməlidir. Sadəcə, o hesab edir ki, Azərbaycanın İran əyalətlərində yaşayan adamların ayrılmaq istədiyini bilib-bilməmək üçün referendum keçirilməlidir: “Mənim mesajım odur ki, azərbaycanlılarla dünyadakı bütün xalqlarla olduğu kimi davranılmalıdır. İlk növbədə onlara öz gələcəklərini müəyyənləşdrimək haqqı verilməlidir… Mən demirəm ki, bu gələcək konkret harada olmalıdır, amma bir şeyə əminəm ki, o, mütləq seçki qutularında, özü də saxtalaşdırılmamış seçkinin nəticələri əsasında müəyyənləşməlidir”.

 
Onun fikrincə, əsas məsələ bu insanlara milli kimliklərini, mədəni haqlarını müəyyənləşdirmək imkanı verməkdir: “Azərbaycanlılar səs vermək, seçmək və gələcəklərini harada – İranda, Azərbaycan, yoxsa tamamilə müstəqil bir ölkədə gördüklərini özləri müəyyənləşdirmək iqtidarında olmalıdırlar. Bu, onların təməl haqlarıdır və dünyadakı başqa xalqlar kimi, onların da bundan bəhrələnmək, öz müqəddəratını təyin etmək hüququ var”, əlavə edib konqresmen.

 
Rohrabaher həmçinin yada salıb ki, əsasən etnik azərbaycanlıların yaşadığı İran əyalətləri Şərqi və Qərbi Azərbaycan adlanır. Bununla da Tehran hökuməti təsdiq edir ki, azərbaycanlıların vətəni bölünüb. “Bu qanun layihəsi əslində konkret bir məqsədə yönəlib — addım atmaq. Konqresdə müzakirələrin nəticəsindən asılı olmayaraq, bu bir tarixdir və hazırda baş versələr də tarixə yazılır”, deyə o bildirib.

 
Konqresmen hesab edir ki, beynəlxalq ictimaiyyət bu günlərdə İran azərbaycanlılarının haqları uğrunda qızğın müzakirənin iştirakçısı olub öz münasibətini bildirəcək”. “Beləliklə, hazırda biz birinci mərhələdəyik – yəni milli və beynəlxalq müzakirələr… Əsas sual İran azərbaycanlılarının öz müqəddəratını təyin etmək haqlarını tanımaqdır”, deyə o vurğulayıb.

 
Konqresmen onun təşəbbüsünü tənqid edənlərə də mesaj verib. Belə ki, onu “Azərbaycanlıların məsələsini” qabartmaqla ABŞ-İran gərginliyini, azərbaycanlıların özlərini, eləcə də Bakı-Tehran münasibətlərini risk qarşısında qoymaqda ittiham edənlər var. “Birləşmiş Ştatların tarixi siyasəti xalqlara təcavüzün və onların hüquqlarının pozulmasının qarşısının alınmasından ibarət olub. Mənim mesajım odur ki, xalqa xarici məcburiyyət olmadan, sülh və barış içində yaşayan millətlər birliyində öz statusunu seçmək imkanları verilməlidir”, deyə o vurğulayıb.

 
BBC-nin Azərbaycan xidmətinin əməkdaşı həmçinin konqresmendən qətnamə layihəsini ötən həftəsonu Bakıya səfərindən dərhal sonra irəli sürməsinin səbəblərini soruşub, belə ki, Azərbaycanın rəsmi siyasəti sözügedən təşəbbüsü inkar edir. Konqresmen Bakıdakı əhval-ruhiyyə ilə “yaxından maraqlandığını” deyib. “Bakıda insanlarla söhbətlərimiz əsasında Azərbaycan xalqının bu ideyaya müsbət yanaşdığının şahidi olduq. Onlar da İranda azərbaycanlıların gələcəyinin seçki ilə müəyyənləşməsinin vacibliyi düşüncəsindədir ” deyə, konqresmen bildirib.

Siyasət şöbəsi

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER