“Bölünmüş Azərbaycan problemi gec-tez həllini tapacaq”

Eldar Namazov: “Bu mövzunun ABŞ Konqresində qaldırılması önəmli məsələdir”

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Azərbaycanda olmuş ABŞ konqresmeni Dana Rohrabacher Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə “Bölünmüş Azərbaycan xalqının öz taleyini müəyyənləşdirmək, ölkəsini seçmək hüququ” adlı qətnamə layihəsi təqdim edib.
Bu mövzunun İran ətrafında proseslərin gərginləşdiyi bir dönəmdə gündəmə gətirilməsi təsadüfi hesab edilmir. Belə bir təşəbbüsün arxasında nə dayana bilər və bu məsələdə Azərbaycanın üzərinə düşən rol nədən ibarət olmalıdır?
Politoloq Eldar Namazov bu cür məsələlərin hansısa böyük geopolitik proseslərin nəticəsində öz həllini tapdığını deyir. Ona görə də ABŞ konqresmenlərinin və Avropa strukturlarının son vaxtlar bu mövzunu qaldırması önəmli məsələdir. Çünki hələ bir neçə il bundan əvvəl Azərbaycanın birləşməsi mövzusunu heç bir beynəlxalq təşkilat gündəliyinə salmırdı. Indi isə onların bu məsələdə ciddi maraqları ola bilər.
Ekspert hesab edir ki, hansısa bir ölkənin Iran rejimi, ya da regionla bağlı özəl maraqları ola bilər. Ancaq bu bizi təəccübləndirməli deyil. Çünki Azərbaycanın parçalanması da böyük siyasi oyunun nəticəsi olub. O zaman da bir çox ölkələrin maraqları toqquşurdu. Nəticədə də Azərbaycanı iki hissəyə parçaladılar.
Ekspertin sözlərinə görə, bütün hallarda dövlətlərin parçalanması, sonra da birləşməsi böyük geopolitik oyunçuların iştirakı ilə baş verir: “Burda hansısa dövlətin özəl maraqları da özünü büruzə verir. Bizim üçün əsas budur ki, vaxtilə Azərbaycanı iki hissəyə bölüblər və bu, tarixi həqiqətdir. Şimali və Cənubi Koreya var. Heç kim şübhə etmir ki, bu problem nə vaxtsa həllini tapacaq. Şərqi Almaniya və Qərbi Almaniya var idi və hamı bilirdi ki, bu məsələ nə vaxtsa həllini tapacaq. O cümlədən Azərbaycan da var”.
Ekspert hesab edir ki, hansısa bir məqamda Azərbaycan xalqının istəyi ilə geosiyasi proseslərin istiqaməti üst-üstə düşəndə bu problem gündəliyə gəlməli və məsələ ciddi müzakirələrə çıxarılmalı idi. Ancaq hər bir halda problem gec-tez öz həllini tapacaq.
Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER