“İRAN TELE KANALLARDAN TƏXRİBATLAR”.

İran telekanalından təxribat: «Azərbaycanda talış dilində danışmaq ölümə bərabərdir»

Zaman-zaman İran telekanalları tərəfindən Azərbaycana qarşı məkrli təbliğat aparılıb. «Səhər» telekanalının efirinə yol tapan cəfəngiyyatlar yəqin, çoxlarımızın yadındadır. Amma deyəsən cənub qonşumuzda ölkəmizə münasibətdə mənfi rəy yaratmaq istəyənlərin sayı artıb. Bu mənada İranın «TV Iran Aryaee» adlı telekanalının fəaliyyətini vurğulamaq mümkündür. «Talışlar Bakının şovinist rejiminin təsiri altındadırlar» adlı bütöv bir verilişini Azərbaycanda yaşayan talışlara həsr emiş telekanalın açıq təfriqə yaratmağa yönələn təbliğat apardığı nəzərlərdən yayınmır.

Telekanal bildirir ki, etnik azlıq olan talışlar nəinki İranda, habelə pantürkist, şovinist rejimin hökm sürdüyü Arazın o tayında, yəni Azərbaycanda da yaşayırlar. Proqrama qonaq kimi qatılan və 1993-1996-cı illərdə talışların milli azadlıq hərəkatına başçılıq etdiyi bildirilən general Hammet-zadənin sözlərinə görə, Azərbaycanda milli azlıqlara heç bir diqqət ayrılmır. Maraqlıdır ki, o bu fonda neft kampaniyalarının bir çoxunun pantürkistlərin nəzarətində olduğuna dair iddia da səsləndirir.

Daha bir ilginc məqam aparıcı tərəfindən tarixin saxtalaşdırılmasına yönələn fikirlərin irəli sürülməsidir: «Biz iranlılar Qafqaz, onun tarixi faktları, İranın Fətəli şahın hakimiyyəti dövründə necə güclü olması haqqında çox az məlumatlayıq. Biz bilmirik ki, Aranda (Azərbaycan nəzərdə tutulur) yaşayan çeçenlər, talışlar və avarlar iranlılardır. Əgər qədim yunan və Romanın tarixi mənbələrini araşdırsaq, II Kirə (Əhəmənilər dövlətinin hökmdarı-red.168.az) həsr olunmuş bölmələrdə görərik ki, həmin dövrdə talışlar şahənşahın əmri ilə çuşa gələrək ordu marşı ifa ediblər».

Proqramın ən təxribatçı məqamı isə orada aparıcı tərəfindən Azərbaycanda talışların guya soyqırıma məruz qalması fikrinin qabardılmasıdır. Tarixi faktların aşkar şəkildə təhrif edildiyini isbatlayan daha bir məqam isə verilişdə «bakılılar» adı altında bir millətin mövcudluğu fikrinin sırınmasıdır. «Qafqaz İranın nəzarəti altında olanda ermənilər, gürcülər, talışlar və bakılılar arasında heç bir problem yaşanmırdı. Tarixdə türkdilli əhalinin Qafqazda yaşamasına dair heç bir fakt yoxdur. Bunlar hamısı yalandır. Onlar gəlmədirlər. Nadir şahın hakimiyyəti illərində Qafqazın əhalisi olan ermənilər və gürcülər sülh şəraitində yaşayırdılar. Sonrakı tarixi mərhələlərdə biz Azərbaycanın Ankarada hazırlanmış layihəyə uyğun olaraq talışlara qarşı repressiyalar etdiyinin şahidi olduq. Ona görə ki, onlar iranlılardır. Bu siyasət 1991-ci ildən aparılır.  Azərbaycanda talış dilində danışmaq ölümə bərabərdir. Azərbaycanda 2 milyon talış yaşayır. Onlar əsasən Lənkəran və Astarada məskunlaşıblar. Öz dillərində danışmaqdan məhrum vəziyyətdə ömür sürürlər. Kim ki etnik problemlərdən danışır, həmin adam İranın agenti kimi təqdim olunur və öldürülür».

Qeyd edək ki, həbsxanada dünyasını dəyişmiş «Taloşi-səda» qəzetinin baş redaktoru Novruzəli Məmmədovun həyat yoldaşı Məryam Məmmədovanın da internet bağlantı ilə qatıldığı və həyat yoldaşının ölümü səbəbindən Azərbaycan hakimiyyətinə qarşı mənfi fikirlər səsləndirdiyi verilişin sonunda aparıcı İran dairələrini Azərbaycandakı talışlara dəstək verməməkdə günahlandıran oyunbazlığa da yol verib.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER