Millət vəkili Mustafa Kabakçı Bakının işğaldan qurtuluşu günü ilə bağlı təklif verib

 

15 sentyabr Türkiyə-Azərbaycan Qardaşlıq Günü olsun!

15 sentyabr Türkiyə-Azərbaycan Qardaşlıq Günü olsun!

Millət vəkili Mustafa Kabakçı Bakının işğaldan qurtuluşu günü ilə bağlı təklif verib

Türkiyə Böyük Millət Məclisinin üzvü, Konya millət vəkili Mustafa Kabakçı 15 sentyabrın Türkiyə-Azərbaycan Qardaşlıq Günü elan edilməsini təklif edib.

15 sentyabr – Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə açıqlama yayan Mustafa Kabakçı eyni zamanda Azərbaycanın paytaxtında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya abidə qoylması məsələsini yenidən gündəliyə gətirib.

Millət vəkili Bakının düşmən işğalından azad edilməsi üçün böyük qəhrəmanlıq və komandanlıq nümunəsi göstərən Nuru Paşanın bu tarixdəki roluna diqqət çəkib: “Vətəndaşlarımızın böyük əksəriyyəti bilməsə də Türklərin ən az Çanaqqala dastanı və İstiqlal müharibəsi qədər mühüm daha bir qələbəsi də var. Bu qələbə 1918-ci ildə erməni-rus çetelərinə qarşı Bakıda qazanılıb. Zəfərin qəhrəmanlarından olan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 20 mindən çox insanın qətlə yetirildiyi Bakının yardımına getdiyi zaman 27 yaşındaydı. Vətən torpaqlarımızın atəş içərisində olduğu və paytaxtının işğal edildiyi bir dövrdə bir tərəfdən vətənimiz müdafiə edilir, bir tərəfdən də küllərindən yeni dövlət doğulurdu. Bu çətinliklərə baxmayaraq Osmanlı dövləti Azərbaycandakı zülmlərə laqeyd qalmadı. Nuru Paşanın komandanlığındakı Türk əsgərləri Azərbaycandakı qardaşlarımızın imdadına çatdı. Bu, bizim qardaşlığımızın tarixdəki ən gözəl nümunələrindən biridir”.

Bu gün Bakıda, Şamaxıda, İsmayıllıda, Göyçayda və Azərbaycanın bir çox başqa bölgələrində Nuru Paşanın qəhrəman əsgərlərinin adsız məzarlarının olduğunu qeyd edən Mustafa Kabakçı Azərbaycan xalqının bu qəhrəmanları ürəyində yaşatdığını bildirib: “15 sentyabrın qardaşlıq günü elan edilməsi və Nuru Paşaya Bakıda bir abidənin qoyulması bu sevginin də ifadəsi olacaq. İki ölkənin ən qısa müddətdə bu istiqamətdə lazımi addımları atacağına inanıram”.

www.trtazerbaycan.com

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER