Mahmudəli Çöhrəqani: “Azərbaycan məsələsi”nin donu açılır…

“Amerikalı konqresmen Dana Rochrabacherin İranda yaşayan azərbaycanlıların müstəqil olmaq arzusunu rəsmi qaydada gündəmə gətirməsi azərbaycanlıların milli azadıq uğrunda mübarizəsinə yeni nəfəs verib”, – Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının ABŞ-da mühacirətdə yaşayan lideri doktor Mahmudəli Çöhrəqani belə düşünür.

İlk dəfədir ki, “Azərbaycan məsələsi” Birləşmiş Ştatlar “dövlət katibinin masası üzərində müzakirə olunur”, Dünya Azərbaycanlıları Konqresi Məşvərət Məclisinin sədri Vaşinqtonda BBC-Azərbaycancaya müsahibəsində deyib.

İyulun 29-da Dövlət Departamentinə ünvanladığı məktubunda konqresmen Rochrabacher administrasiyanı azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb.

“Azərbaycan xalqının qanuni haqlarının dəstəklənməsi özlüyündə nəcib əməldir… Eyni zamanda bu, Tehran üçün onun yeraltı nüvə bunkerlərinin bombalanmasından daha böyük təhlükədir”, – qanunverici yazıb.

“İki yüz il əvvəl Azərbaycan xalqı coğrafi baxımdan iki yerə bölünüb və bu gün onların çoxu vətənin birləşməsinə çağırır”, – Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədri olan Rochrabacher əlavə edib.

Avqustun 27-də Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə mətbuat katibi Victoria Nuland Konqresmenin məktuba “baxılıb cavab verildiyini” elan edib, lakin mətni açıqlamayıb.

Jurnalistlərin israrlı suallarına cavabda Nuland qeyd edib ki, Birləşmiş Ştatlar dövlətlərin ərazi bütövlüyünün tərəfdarıdır.

Cin şüşədən çıxıb…
Konqresmenin müraciətini “dərin hadisə” adlandıran Dr.Çöhrəqani diqqəti ilk növbədə məsələnin siyasi əhəmiyyətinə çəkir.

“Artıq cin şüşədən çıxdı… Konqresmenin müraciəti birbən-birə baş verməyib. Bu, İrana xəbərdarlıq olmalıdır ki, azərbaycanlıların milli haqları uğrunda mübarizəsi nəticəsiz qalmayacaq”, deyir hərəkat lideri.
Əsasən milli kimlik, ana dilində təhsil və mədəni haqlarının İranın farsəsilli hakim zümrəsi tərəfindən boğulduğunu iddia edən azərbaycanlı hərəkatçılar bu gün Çöhrəqaninin təbrinicə, “bütün dünyaya səpələniblər”.

“İran çoxmillətli dövlət olsa da, orada milli bərabərlik yoxdur, belə ki, hakimiyyət xalqa söykənmir. Artıq Qərbdə anlayırlar ki, İran rejimi heç xarici müdaxilə olmadan belə içəridən çökəcək”, deyə o vurğulayıb.

Düzdür, hələlik administrsiyanın məsələyə baxışı aydın deyil, belə ki, dövlət katibinin konqresmenə cavab mətni açıqlanmır, buna baxmayaraq, hərəkat rəhbərinin təbirincə, işin bu səviyyədə qaldırılması alqışlanası hadisədir.

“Əlbəttə, bəzi qüsurlar da var; məsələn, konqresmen məktubunda İranda 16 milyon azərbaycanlıının yaşadığını yazır, halbuki, biz iki-qat çoxuq və bölünmüş millətik. Buna baxmayaraq, dərdimizin Amerikalı konqresmenin arzusu və qələmi ilə gündəmə gəlməsi gözəl hadisədir və bu işin davamı üçün təmaslarımızı davam etdirəcəyik”, deyə o vurğulayıb.

Fars diasporu etiraz edir
Eyni zamanda, Rochrabacherin məktubu ABŞ-da məskunlaşan farsəsilli iranlıların kəskin etirazına səbəb olub.

“Biz Vaşinqtonu İranın ərazi bütövlüyünü tanıdığını açıq bəyan etməsini tələb edirik”, deyilir Amerikalı-İranlılar Alyansının son iki həftə ərzində Dövlət Departamenti və Konqresə göndərdiyi etiraz məktublarında.

“Azərbaycanlılar İran xalqının ayrılmaz hissəsidir, onlar bütün ölkəboyu səpələniblər və əksər hökumət üzvləri də etnik azərbaycanlılardır”, müəlliflər iddia edir.

Onların təbirincə, iranlıları bölmək cəhdi “demokratik dəyərlər uğrunda mübarizə aparan İran cəmiyyətinin birliyini pozmaq cəhdidir”.

Touraj Daryaee Kaliforniya universitetində İran tarixini araşdıran farsəsilli professordur.

Ötən həftə Konqresmen Rochrabacherin təşəbbüsünə etiraz olara yazdığı məqalədə o, Azərbaycanın “tarixən İran dövlətinə aid olduğunu” iddia edir.
“Aydındır ki, azərbaycanlıların İran hakimiyyətindən narazılığı var, lakin İran siyasətini Azərbaycan amili olmadan təsəvvür etmək çətindir, belə ki, ölkənin siyasi və dini elitasının əsas isimləri, o cümlədən ölkə lideri ayətullah Xamneyi etnik azərbaycanlılardır”.

Çöhrəqani Xomneyi haqda
Öz növbəsində, İran diasporunun iddialarını “iftira” adlandıran Doktor Çöhraqani uzun illər Vaşinqtonda farsəsilli iranlıların, xüsusilə, şahpərəstlərin rəğbətlə dinlənildiyinə diqqəti çəkir.

Onun təbirincə, tarixi təhrif edən şahçılar Azərbaycandan söz düşdükdə, hazırkı dini liderin timsalında ölkənin sayca çoxluq təşkil edən təbəqəsinin – azərbaycanlıların bölündüyünü təlqin etməyə çalışırlar.

“Halbuki, Xomneyi heç zaman özünü azərbaycanlı saymayıb bunu dəfələrlə dilə gətirib. Onun babalarından biri azərbaycanlı olub, amma o, özünü ərəb sayır…” deyib Doktor Çöhraqani.

BBC Azəri

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER