Novella Cəfəroğlu : “Əbülfəz Elçibəyin Turan dövləti, Güney və Quzey Azərbaycanın birləşməsi, 35 milyon azərbaycanlının hüququnun qorunması və Demokratik islahatlaın keçirilməsi istəyindən danışsınlar”.

“Elçibəyi rahat buraxın, onun ruhunu incitməyin”

Novella Cəfəroğlundan “susun!” çağırışı

“Bu məsələdə mənim mövqeyim qətidir. Əvvəla, Əbülfəz Elçibəy böyük şəxsiyyətdir. İkincisi, Əbülfəz bəyi sevənlər onun haqqında “kim zəhərləyib, kim öldürüb” kimi cəfəngiyyatı buraxıb onun istədiyi, uğrunda mübarizə apardığı məsələlərdən danışsınlar. Əbülfəz Elçibəy Turan dövləti qurmaqdan, Güney və Quzey Azərbaycanın birləşməsindən, 35 milyon azərbaycanlının hüququndan, Azərbaycanda demokratik və hüquqi dövlətin qurulmasından danışırdı. Onu sevənlər, özlərini ona yaxın hesab edənlər buyurub bu məsələlərdən bəhs etsinlər. Yoxsa biri deyir, mən çox elədim, digəri deyir, mənim xidmətlərim daha çoxdur. Əbülfəz Elçibəyin yanında olan hər bir şəxsin bu mübarizədə sözsüz ki, əməyi olub. Birinin çox, birinin az. Nə bu əməyi yaddan çıxarmaq, nə də buna tüpürmək olar. Bu məsələ doğurdan da gülüncdür. İstəyirsinizsə Əbülfəz bəyi yaşadasınız, onu dartışmayın, buyurub o kişinin ideyalarını reallaşdırmaqla onu yaşadın. Nəzərə alın ki, Əbülfəz Elçibəyi görməyən, lakin onu sevən, ideyalarını dəstəkləyən minlərlə insan var. Bəs bu insanlar neyləsin? Odur ki, baş verənlər düzgün deyil. Əbülfəz bəyi rahat və sakit buraxın, onun ruhunu incitməyin. Gəlin hamımız əl-ələ verib Turan dövləti yaradaq, türk dövlətlərinin birliyi olsun, Güney Azərbaycan məsələsindən danışaq, demokratik dəyişikliklərdən söz açaq”. Bunu Teleqraf.com-a açıqlamasında Əbülfəz Elçibəyin yaxın silahdaşı, hüquq müdafiəçisi Novella Cəfəroğlu bəyan edib. 

N.Cəfəroğlu deyib ki, Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işi açsalar da, bu məsələlərə qarışmır: “Hamı Elçibəyi sakit buraxsın. Hökumət də, müxalifət də. Əbülfəz Elçibəyin ailəsi, övladları var. Bu insanlara nə qədər əziyyət vermək olar? Əbülfəz Elçibəyin ya ideyalarından danışsınlar, ya da sussunlar!”

N.Cəfəroğlu əlavə edib ki, Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi iddiasına inanmır: “Mən bu işə bir qram da inanmıram. Bu iddianın altından da imza atmıram. Bu, cəfəngiyyatdır. Əbülfəz bəy dünyasını dəyişib. Onun nədən ölüb, nədən ölmədiyini axtarmasınlar. Əbülfəz Elçibəy Azərbaycan üçün nə etmək istəyirdi, bunu axtarsınlar. Daha “kim zəhərləyib, necə zəhərləyib” kimi axmaq şeylər haqda danışmasınlar”. 

Novella Cəfəroğlu Elçibəyin zəhərlənməsi iddiası üzərində mətbuatda bir-birini söyən Xanım Xəlilova və Fazil Qəzənfəroğlunu bu mənasız mübahisəni dayandırmağa çağırıb: “Bu məsələ dərhal dayandırılmalıdır. Biz qlobal məsələləri, rəhmətlik bəyin ideyalarını gündəmə gətiməliyik. Daha kim ona yaxın olub, kim uzaq olub kimi mənasız söhbətlər olmamalıdır. İnanın ki, mən çox pis olmuşam. Bu durum mənə həddən artıq pis təsir edir. Bu gün Azərbaycan insanında Əbülfəz Elçibəyə dərin hörmət, sevgi var. Belə anlayıram ki, qəsdlə Əbülfəz Elçibəyin adını bu məsələlərdə hallandırırlar. Həm Xanım müəllimənin, həm də Fazil bəyin özünə görə imici var. Sadəcə olaraq Əbülfəz Elçibəyi ortalığa salmasınlar. Yəni heç kəs Əbülfəz Elçibəy haqqında danışmasın. Necə ki, biz dinmir və danışmırıq, o cür hamı danışmasın. Görmüsünüzmü bir dəfə Əbülfəz bəyin adını çəkək? Amma imkan daxilində onun ideyalarını həyata keçirməyə çalışırıq. Bu gün yeganə təşkilat kimi Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti qalıb. Bu təşkilat Əbülfəz Elçibəyin təşəbbüsü ilə yaradılıb. Qoy onlar da ayrı təşkilatlar yaradıb iş görsünlər. Əbülfəz Elçibəy sağlığında nələr yaratmamışdı? Mən yaşımın bu çağından bütün tərəflərdən xahiş edirəm ki, bu qarşıdurmaları dayandırıb Elçibəyin ideyalarının reallaşması uğrunda mübarizə aparsınlar. Əbülfəz Elçibəyin yanında olan insanlar içərisində ən yaşlısı mənəm. Mən bütün tərəflərə deyirəm ki, Əbülfəz bəyi sevirlərsə, onun ideyalarını təbliğ etsinlər”.

Sonda Əbülfəz Elçibəy hələ uzun illər əvvəl tanıdığını xatırladan hüquq müdafiəçisi əlavə edib ki, insanlarda Əbülfəz Elçibəyə olan sevgi və hörmət onu qane edir: “Nə hökumətin, nə də müxalifətin ürəyində deyiləm. Amma nə zaman millətin içinə giririksə, hörmət görürük. Əbülfəz Elçibəyə məhəbbət getdikcə artır. Türkiyədə də onun adı gələndə insanlar sevinir, cumhurbaşqanımız deyə ondan söz edirlər. Elçibəy Azərbaycan xalqının yaddaşında təmiz, ləyaqətli, millətini sevən prezident kimi daima qalacaq. Bu hər kəsə nəsib olan uğur deyil. Məni bu sevgi qane edir. Azərbaycan xalqı onun adını böyük ehtiramla yad edir və Elçibəyi sevir”.

Nemət

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER