ERMƏNİLƏR AĞDAMIN ƏRAZİLƏRİNİ QAZARAQ “TARİXİ TORPAQLARI” IDDIALARI OLDUQLARINA DAİR SAXTA NÜMUNƏLƏR GÖSTƏRMƏYƏ ÇAIŞIRLAR

Şahbulaq yaylaqlarında “qədim erməni dövləti”nin izlərini axtaran saxtakarlar növbəti arxeoloji qazıntını yekunlaşdırıb, tapılan “dəlillər” nümayiş etdirilib; Qarabağ xanlarının yay iqamətgahı olan tarixi abidə darmadağın olunub

Qazıntını aparan ekspedisiyanın üzvü, tarix elmləri namizədi Vardqes Səfəryan deyib ki, bu mövsümdə 20 metr qala divarı qazılıb, ümumiyyətlə 2007-ci ildən bu yana eni 2 metr 60 santimetr olmaqla 170 metr qala divarı qazılaraq çıxarılıb. Xəbərə görə, son qazıntılar zamanı erməni arxeoloqları “Tiqranakert ərazisindən” XIX əsrin sonları, X əsrin əvvəllərinə aid olan kilsə daşları tapılıb. Həmçinin “Tiqranakert kilsəsi” ərazisindən xristian mədəniyyətinə aid olan onlarla yeni xaçkarların tapıldığı iddia olunur. Bildirilir ki, qazıntı zamanı XIX əsrə aid olan dəmir bel də tapılıb. Ermənilər idda edir ki, qazıntı zamanı diametri 8 sm olan, “bir üzündə xaç, digər üzündə saqqallı kişi” təsviri olan metal diskin tapılması “əsl sensasiyadır”.

İddiaya görə diskin hər iki üzündə qədim erməni dilində yazılar var. Ermənilər qazıntılar zamanı bu ərazilərdə “Tiqranakert” adlı qədim erməni şəhərinin yerləşdiyini “təsdiq edən” digər dəlillər də aşkar etdiklərini deyirlər. Erməni tarixçiləri bu “tapıntılardan” ruhlanaraq deyirlər ki, “Tiqranakert” Kür çayının sahillərinə qədər böyük ərazini nəzarət altında saxlamağa imkan verən mühüm inzibati mərkəz olub.

 
Qeyd edək ki, ermənilərin Ağdamın işğal altındakı ərazilərində illərdir davam edən saxta arxeoloji tədqiqatları Qarabağ torpaqlarında guya qədim erməni dövlətinin mövcud olduğuna dair yalanları sübut etmək üçün əsas təbliğata çevrilib. Erməni alimləri bu qazıntılara xarici ölkələrdən də alimləri cəlb edirlər və hər dəfə “Tiqranakert kəşfləri” barədə əsasən Qərb ölkələrində geniş təbliğat aparırlar. İşğal altındakı Azərbaycan ərazilərindəki Tarixi Abidələri Müdafiə Təşkilatı ictimai birliyinin rəhbəri Faiq İsmayılovun şəxsi arxivindən götürülmüş məqalədə deyilir ki, ermənilərin illərdir qazıb dağıtdıqları Şahbulaq Qıfılı saray kompleksi – Qarabağ xanlığının yay iqamətgahlarından biridir – Ağdamın Şahbulaq yaylağında yerləşir. Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleksi “Kilid”-qıfıl adlandırmışdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı “Qıfıl-kilid” olub. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Maraqlıdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə olunmuşdur.

 
Qıfıl xan sarayı kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Saray kompleksinin tikintisi iki ilə, yəni 1751-1752-ci illərdə başa çatıb. Bu abidə kompleksi bütün məşhur elmi ədəbiyyatda Şahbulaq Qıfılı adlanır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilmişdi. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Kompleksin girişi Şərq divarının mərkəzindən qoyulmuşdu. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud idi. Şahbulaq Kilidinin Şimal Qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi. Bəzi mənbələrdə 1758-ci ildə Qarabağ xanlığının yaradıcısı və rəhbəri Pənahəli xanın məhz burada dəfn edildiyi güman edilir. Tədqiqatçıların qənaətinə görə Şahbulaq Qıfıl saray kompleksinin memarlıq üslubu Qarabağ memarlığının, xüsusilə də Qarabağın mərkəzi Şuşa şəhərinin memarlığının davamı və tərkib hissəsidir. Bu abidə kompleksi Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. Hətta Sovetlər dönəmində Auaai gaeiioia rayonu gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi. “Şahbulaq Qıfılı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Yerli əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib.

 
İşğal altındakı ərazilərdə qalan tarixi abidələri dağıdan, yaxud onları erməniləşdirən, yer adlarını, toponimlərini dəyişdirən Ermənistan tərəfindən Şahbulaq yaylağına hücum 2000-ci illərin əvvəllərində başlayıb. İşğalçı ölkə beynəlxalq normaları kobud şəkildə pozaraq bu ərazilərdə arxeoloji qazıntılara başlayıb. Şahbulaq yaylağında ilk dəfə arxeoloji qazıntılara başlayan qrupa Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Hamlet Petrosyan rəhbərlik edib, qazıntı işlərini Ermənistanın “Erkir” ictimai təşkilatlar birliyi və qondarma “DQR hökuməti” maliyyələşdirib. 2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutu daha bir qrup işçisini Azərbaycanın işğal olunmuş Şahbulaq yaylağına ezam edib. Burada onlar Hamlet Petrosyanın qrupu ilə birləşərək Şahbulağın Şimal hissəsində qazıntılara başlayıblar və qısa bir müddət sonra uydurma “Tiqranakerti” nəhayət ki tapdıqlarını xəbər verdilər. Lakin sonra daha bir biabırçı hadisə baş verib. Məlum olub ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər (Bu cür mişar daşları ermənilərin son qazıntılar zamanı “tapdıqları” dəlillər arasında da yer alır). Ermənilərin çaşqınlığı o yerə çatıb ki, nə etdiklərini unudaraq özlərinin xaç nümunələrini daşların üzərində deyil, alt oturacaqlarına (hörgünün arasına) qoyublar. Bütün bunların şahidi olan beynəlxalq ekspedisiya üzvləri sadəcə olaraq gülərək, qazıntını tərk etmişdilər.

 
Həmin il ermənilər Qarabağın Əsgəran rayonu ərazisində “qədim erməni şəhəri Tiqranakertin” qalıqlarını tapdıqları barədə uydurmanı bütün dünyaya yaymağa başladılar. Daha sonra məlum olub ki, erməni alimləri tələsdiklərindən ərazini də səhv salıblar, belə ki, həmin ərazinin əslində Ağdamın Şahbulaq yaylağı olduğu müəyyənləşib. Əslində isə tarixi mənbələrə görə mifik “Böyük Ermənistan” dövlətinin paytaxtı olan “Tiqranakert” şəhəri Şərqi Anadoluda, Van ərazisində yerləşirdi. Digər tərəfdən, “Tiqranakert” şəhərinin mövcud olduğu dövrlərdə xristianlıq ümumiyyətlə, mövcud olmayıb. Belə görünür ki, ermənilərin neçə ildir işğal altındakı Ağdam ərazisindəki həmin tarixi abidəni darmadağın edərək onun qalıqları arasından saxta dəlillər “tapmaqda” davam etməsi ilə bağlı Azərbaycan alimləri, müvafiq dövlət və qeyri-dövlət strukturları daha effektiv fəaliyyət göstərməyə borcludur. Ən azından ermənilərin bu uydurmalarını ifşa etmək üçün nüfuzlu xarici alimləri də cəlb etməklə beynəlxalq konfranslar təşkil etmək, xarici mediada, beynəlxalq qurumlarda fəal kampaniya başlatmaq lazımdır.

 Fərhad MƏMMƏDOV

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER