Daşqın Gülməmmədov: “İranda insan hüquqlarının kobud şəkildə pozulması dünyaya məlumdur” – MÜSAHİBƏ – (SəsTV)

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri son günlər mətbuatda daha tez-tez vurğulanır. Ümumiyyətlə, hansı ölkədə olmasından asılı olmayaraq azərbaycanlıların problemlərinin araşdırılması, qabardılması və həlli yollarının axtarılması hər bir vətəndaşın borcudur. Bu çərçivədə geniş tədbirlər həyata keçirən Gürcüstan Türkləri

Konfederasiyasının prezidenti Daşqın Gülməmmədov bizi maraqlandıran bəzi sualları cavablandırıb.

– Daşqın müəllim, rəhbəri olduğunuz qurumun fəaliyyəti haqda nə deyə bilərsiniz?

– Gürcüstan Türkləri Konfederasiyası 2011-ci ilin noyabr ayında keçirilən təsis qurultayından sonra fəaliyyətə başlayıb. Konfederasiya Gürcüstanda fəliyyət göstərən 11 ictimai və qeyri hökumət təşkilatını özündə birləşdirir. Hazırda biz bir sıra digər təşkilatları da konfederasiyaya daxil etmək üzrə danışıqlar aparırırq. Fikrimiz Gürcüstanda yaşayan Axıska və Azərbaycan türklərinin vahid ictimai birliyinin yaradılmasıdır. Güman edirəm ki, Gürcüstanda yaşayan türklərin problemlərini proqram şəklində qaldıraraq hökumət tərəfindən həllinə nail olacağıq. Digər tərəfdən, beynəlxalq təşkilatlarla da qarşılıqalı əlaqələr davam etdirilir. Bu əlaqələr Gürcüstanda yaşayan azərbaycanlıların təhsil hüququnun təmin edilməsi, insan hüquqları və bir sıra digər sahələri əhatə edir. Son zamanlarda Gürcüstanda yaşayan azərbaycanlıların problemləri mətbuatda daha aydın işıqlandırılır. Bunda da bizim konfederasiyamız yaxından iştirak edir. Bunu yüksək qiymətləndiririk. Çünki problemlərin ictimailəşdirilməsi onun həll olunmasında ciddi köməklik göstərir.

 

– Sizin konfederasiya təkcə Gürcüstanda deyil, İranda yaşayan azərbaycanlıların problemləri ilə də maraqalanır. Bu haqda nə deyə bilərsiniz?

– Bəli, Gürcüstan Türklərinin Konfederasiyası yalnız Gürcüstanda deyil, dünyada yaşayan azərbaycanlıların və türklərin ümumi mərkəzi kimi fəaliyyət göstərir. Məsələn, biz Suriyada, İranda yaşayan türklərin təşkilatlanmasına çalışırıq. Bizim konfederasiyamızın və İrandakı təşkilatımızın da əsas məqsədi orada yaşayan azərbaycanlıların təhsil və digər hüquqlarının təmin olunmasıdır. Bu real həqiqətdir ki, bu gün İranda yaşayan azərbaycanlıların hüquqları kobud şəkildə pozulur. İranda fəaliyyət göstərən fars rejimi bu hüquqların təmin edilməsində maraqlı deyil. Lakin biz bunun üçün əlimizdən gələni edirik. Biz çalışırıq ki, bu problemləri dünyaya təqdim edək və beynəlxalq təşkilatların gündəliyində tez-tez səslənsin, müzakirə olunsun. Çünki İran qapalı ölkədir və özündən kənara informasiya sızmasını istəmir. Ona görə də orada yaşayan azərbaycanlıların problemlərinin beynəlxalq səviyyədə müzakirəsinə ciddi ehtiyac var. Hansı ölkədə yaşamağımızdan və vətəndaşlığımızdan asılı olmayaraq İranda yaşayan insanlara yardım etmək hamımızın borcudur. Çünki bu gün faktiki olaraq İranda yaşayan insanlar ana dilində təhsil almaq hüquqlarından məhrumdurlar. Bu isə ən böyük bədbəxtçilik və insan hüquqlarının ən kobud şəkildə pozulmasıdır.

 

– Bütün bu problemlərin həlli istiaqamətində hansı işləri görürsünüz?

– Biz bu işlərdə əsasən təbliğata üstünlük veririk. Bu gün İranda yaşayanlarla açıq-aşkar əlaqə saxlamaq da artıq mümkünsüz hal alıb. Çünki İranın kəşfiyyat və xüsusi xidmət orqanları qanuna zidd cəza tədbirləri həyata keçirirlər. Onlar insanların milli hisslərini zədələmək, demokratiya çağırışlarının oyanmasının qarşısını almaq üçün əllərindən gələni edirlər. Ona görə də İranda yaşayan azərbaycanlılarla əlaqə saxlamaq üçün elektron poçt və ya sosial şəbəkələrdən istifadə edirik. Mən hesab edirəm ki, İranda yaşayan türklər mütləq şəkildə latın əlifbasını öyrənməlidirilər. Bu onların inkişafına, təfəkkürlərinin formalaşmasına çox ciddi kömək edə bilər. Azərbaycan kütləvi informasiya vasitələri bu məsələlərdə xüsusən diqqətli olmalı və məsuliyyətlərini dərk etməlidirlər.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER