İran vətəndaşlarımızı “viza labirintinə” salıb [FOTOLAR]

Dünənə vəd edilsə də, səfirlik viza verməyib, yüzlərlə insan küçələrdə sərgərdan qalıb

Xəbər verdiyimiz kimi, İran Azərbaycan vətəndaşları üçün viza rejimini bərpa edib və bu addım, İslam ölkəsinin Bakıdakı səfirliyinin qarşısında izdihamlı növbənin yaranmasına səbəb olub. 

Xəbər verdiyimiz kimi, İran Azərbaycan vətəndaşları üçün viza rejimini bərpa edib və bu addım, İslam ölkəsinin Bakıdakı səfirliyinin qarşısında izdihamlı növbənin yaranmasına səbəb olub. Dünən vətəndaşlarımıza viza veriləcəyi deyilsə də, problem həllini tapmayıb. Vətəndaşların sözlərinə görə, avqustun 15-də viza veriləcəyi ilə bağlı vəd yerinə yetirilməyib. 

Dünən İranın Azərbaycandakı səfirliyinin ikinci binasının – konsulluq şöbəsinin yerləşdiyi binanın önündə qələbəlik yaşanırdı. Hadisə yerində olan “Bizim Yol” əməkdaşının müşahidələrinə görə, vətəndaşlar vizanın verilməsində yaranan problemlərdən, ləngidilmələrdən kəskin narazılıq ifadə edirdilər. Onlar hər gün saatlarla burada gözlədildiklərindən gileylənirdilər. Əraziyə cəlb edilən polislər isə narazı vətəndaşlara təzyiq göstərərək, onları göz altına almaqla hədələyirdilər.

Qeyd edək ki, avqustun 5-dən vətəndaşlara viza almaq üçün nömrələr verilir. Bəziləri bir neçə gündür ki, səfirliyə gəlsə də, qəbula düşə bilmirlər. Onların sözlərinə görə, polisin öz siyahısı var və adamları tanışlığa görə çağırırlar.

 Qadınlardan biri bildirdi ki, ikinci gündür, viza almaq üçün Qobu qəsəbəsindən bura gəlir, amma heç nömrə də ala bilmir. Polislər özləri də baş verənləri şərh etmirlər. Səfirlik isə baş verənlərə aydınlıq gətirməkdən yayınaraq, bunun müvəqqəti tədbir olduğunu bəyan edirlər.

Xatırladaq ki, rəsmi Tehran avqustun 5-dən 31-dək İrana gələnlər üçün viza rejimi tətbiq edib. Bu, avqustun 26-da İranda Qoşulmamaq Hərəkatı Ölkələrinin sammitinin keçirilməsi ilə əlaqələndirilir. 

Qərar İrana səfər planlaşdıran Azərbaycan vətəndaşlarına, Bakıya və ölkənin digər regionlarına İran ərazisi ilə səfər edən Naxçıvan sakinlərinə ciddi problemlər yaradıb. Hər gün viza almaq istəyən adamlar səfirliyin qarşısına toplaşırlar. Bunlar, əsasən İrana müalicə üçün gedənlər, həmçinin Naxçıvan sakinləridir. 

Yeri gəlmişkən, ölkəmizdə səhiyyənin durumunun günü-gündən yaxşılaşdığı iddia olunsa da, vətəndaşlarımızın kütləvi şəkildə İrana müalicə məqsədilə axışdıqları sirr deyil. Bunun səbəbi orada tibb xidmətinin həm yüksək, həm də qiymətlərin bizdəkindən xeyli aşağı olması ilə bağlıdır. Statistikaya görə, vizasız rejimin olduğu müddətdə hər ay bir neçə min Azərbaycan vətəndaşı İrana səfər edib ki, səfərlərin də əksəriyyəti müayinə və müalicə məqsədli olub.

Ramid İBRAHİMOV
Fotolar müəllifindir

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER