DEPUTAT QƏNİRƏ PAŞAYEVANIN TƏBRİZƏ SƏFƏRİ QALMAQAL YARATDI.

İran dövlət televiziyası Qənirə Paşayevavaya viza verdiyi üçün Xarici İşlər Nazirliyini tənqid edib

Deputat: «İran mediası əleyhimə kampaniya üçün ayırdığı vaxtı zəlzələdən zərərçəkənlərin problemlərinə ayırsa, daha yaxşı olardı»

İran dövlət televiziyasının rəsmi saytı (İRİB) Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ ilə bağlı “Yaralı Cənubi Azərbaycanım” ifadəsini işlətdiyi üçün Azərbaycan parlamentinin üzvü Qənirə Paşayevanı qərəzli və təhrikedici sözlər yazmaqda ittiham edib.Deputat: «İran mediası əleyhimə kampaniya üçün ayırdığı vaxtı zəlzələdən zərərçəkənlərin problemlərinə ayırsa, daha yaxşı olardı»

APA-nın məlumatına görə, İRİB Q. Paşayevanın “facebook” səhifəsində zəlzələ ilə bağlı yazdığı fikirlərini yerləşdirərək, millət vəkilinin İranla düşmənçilik etdiyini yazıb: “Bu deputatın ölkəmizə qarşı şübhəli və təhlükəli mövqeyi İrana səfərindən öncə də məlum idi. Ekspertlər bu barədə xəbərdarlıq da etmişdilər. Lakin aydın deyil ki, İran Xarici İşlər Nazirliyi belə bir şəxsə ölkəmizə səfər etməsi üçün qısa müddət ərzində niyə viza verib?” 
«İran mediası mənim əleyhimə kampaniya üçün ayırdığı vaxtı zəlzələdən zərərçəkənlərin problemlərinə ayırsa, daha yaxşı olardı». Bunu APA-ya açıqlamasında Qənirə Paşayeva bildirib.
Q. Paşayeva deyib ki, İranın bəzi telekanallarının – dövlət televiziyası, «Səhər» telekanalı, ayrı-ayrı xəbər agentliklərinin ona qarşı kampaniya aparması birinci dəfə deyil. O, bununla həm jurnalist olaraq çalışdığı dönəmdə, həm də parlamentdə millət vəkili olduğu dövrlərdə üzləşdiyini bildirib: «Mən günahsız həbs olunan şairlərimizlə bağlı çıxış etdim. Onun sabahı mənə qarşı kampaniyaya başladılar. Yaxud Urmiya gölü ilə bağlı problem yarananda fikrilərimi söylədim. Yenə mənə qarşı böyük kampaniya başladı. İranın Azərbaycana qarşı gördüyü işlərlə bağlı çıxış edirəm, sabahı başlayırlar. Bu kampaniya tək mənə qarşı deyil, bu mövzuda danışanların hamısına qarşı aparılır». Millət vəkili deyib ki, yardım kampaniyalarına dəstək göstərilməsi ilə bağlı çağırışlar İran tərəfdən mənfi niyyətlə qarşılanır: «Zəlzələdən zərər çəkənlər azərbaycanlılardır və bizim bacı-qardaşlarımızdır. Hər bir Azərbaycan türkünün ürəyi onlarla bərabər ağrıyır və onların ağrı-acısını paylaşırıq». Millət vəkili Facebook sosial şəbəkəsində yazdığı bəzi fikirlərə İran tərəfdən gələn reaksiyalara da münasibət bildirib: «Mən vətəndaş olaraq sosial şəbəkədə yazmışam ki, bütün İranın ərazisində deyil, sadəcə Şərqi Azərbaycan vilayətində matəm elan olundu. Bunun nəyi mənfi fikirdir? Qoy özləri bunu açıqlasınlar. Bununla bağlı üzüntümü dilə gətirmişəm. İkinci, yazmışam ki, kaş ki, Türkiyənin yardımlarından imtina olunmayaydı. Çünki Azərbaycan və Türkiyə xarici ölkə deyil, İranın daxilində yaşayan və bu ölkə əhalisinin yarısını təşkil edən bir millətin qardaşıdır. Ona görə də Azərbaycan və Türkiyənin yardımı səmimi yardımdır və qardaş yardımı idi. Mətbuatdan gördüm ki, Azərbaycan vətəndaşları könüllü yardım göstərmək istəyib. Amma İran səfirliyi onu qəbul etmək istəməyib. Söhbət İranın ehtiyacının olub-olmamasından getmir. Söhbət ondan gedir ki, orada minlərlə insanımız əziyyət çəkir, ehtiyacı var. Biz bu yardımı xoş niyyətlə edirik».
Q. Paşayeva qeyd edib ki, onun Facebook səhifəsində yazdığı «Mənim yaralı anam Azərbaycan» statusundan da İran mediası ona qarşı qərəzli şəkildə istifadə edir: «Mən anlamıram ki, bu ifadə İranı niyə qıcıqlandırır?». Q. Paşayeva İranda zəlzələdən zərər çəkənlərə yardım məqsədi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başladığı kampaniyaya qoşulduğunu da vurğulayıb.

Reklamlar

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Bir Cevap Yazın

Please log in using one of these methods to post your comment:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

  • AZƏRBAYCANIN HİMNİ


    AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ

    TÜRK ÖLKƏLƏRİ PARLAMENTİ YARANMALI

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ANS TV AZ

    SW TTC DÜSSELDORF

    QARABAĞ AZƏRBAYCANINDIR




  • KATEQORİLER

  • BIRLIYIMIZ

    AZƏRBAYCAN:QARADAĞDIR

    GÜNEY AZƏRBAYCAN MİLLİ İSTİQLAL TELEVİZİYASİ

    GÜN AZ TV (CANLI YAYIN)

    DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ

    Azərbaycanca sosial şəbəkələrdə
    Twitter mikrobloqumuz

    Facebook səhifəmiz

    YouTube kanalımız

    Blog kənar saytların məzmunu üçün məsuliyyət daşımır.
    AMERİKANIN SƏSİ

    DÜNYA TV EKRANLARI

    AZƏRBAYCAN İDMAN TV

    TV - YAYIMLAR

    KURTLAR VADISI PUSU BÖLÜMLER